10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Əhməd Şəraa İsraillə əlaqələri olan BƏƏ-yə niyə səfər edib?

Şəraa yanvar ayında prezident vəzifəsinə başladıqdan sonra Türkiyə, Misir və İordaniyaya da xarici səfərlər etmişdi.

14 Aprel 2025 22:00
Əhməd Şəraa İsraillə əlaqələri olan BƏƏ-yə niyə səfər edib?

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Suriya prezidenti Əhməd Şəraa bazar günü rəsmi səfərlə Əbu-Dabiyə gəlib. Səfərin məqsədi ərəb dünyasının qəbulunu qazanmaq yolunda ən mühüm mərhələni aşmaqdır. Birləşmiş Ərəb Əmirlikləri öz siyasi çəkisi və regional mövqeyi ilə yeni Suriyanın ərəb mühitinə inteqrasiyası üçün həlledici qapı rolunu oynayır.

Əbu-Dabi Suriyanın ərəb səhnəsinə tədricən dönüşü üçün ən mühüm qapı sayılır. Bu, onun regional və beynəlxalq tərəflərlə çevik münasibətlərinə və məsələləri gərginləşdirmək əvəzinə nəzarət və idarəetmə üzərində qurulmuş praqmatik yanaşmasına əsaslanır.

Şəraa Əbu-Dabidəki "Qasr əş-Şati"də (Sahil sarayı) BƏƏ prezidenti şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb. Analitiklərin fikrincə, bu görüş Əmirliklərin yeni Suriya rəhbərliyi ilə rəsmi və protokollu mühitlərdən (məsələn, "Qasr əl-Vətən" sarayından) uzaq, şəxsi və birbaşa dialoq kanalı açmaq istəyi ilə bağlıdır.

Səudiyyə Ərəbistanı fevral ayında Şəraanı Ər-Riyadda qəbul etməklə Suriya ilə əlaqələri bərpa istiqamətində addımlar atdı. Şəraanın Qətərlə də sıx münasibətləri mövcuddur. Səfər etmədiyi ölkələrdən Ərəb dünyasında təsirli olan yalnız BƏƏ qalmışdı.

Şəraa yanvar ayında prezident vəzifəsinə başladıqdan sonra Türkiyə, Misir və İordaniyaya da xarici səfərlər etmişdi.

Bu səfər qəfil və əvvəlcədən elan olunmadan baş tutdu. Bu da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu səfərin kulis arxasında baş tutmasında rol oynamış ola biləcəyini göstərir. Xüsusilə də Şəraa həmin günlərdə Türkiyədə "Antalya Diplomatik Forumu"nda iştirak edirdi.

BƏƏ yaxşı anlayır ki, regional təhlükəsizlikdə mühüm yer tutan Suriya ərəb məkanının kənarında qala bilməz.

Səfər İsrailin Suriyadakı mövqelərə hücumlarının artdığı bir dövrə təsadüf edir. Bu da gündəmə belə bir sualı çıxarır: görəsən, Şəraa İsraillə yaxşı münasibətləri olan BƏƏ-dən hücumların dayandırılması üçün vasitəçilik xahiş edəcəkmi?

İsrail ordusu vaxtaşırı olaraq Suriyanın cənub, mərkəz və şimal bölgələrindəki mövqeləri vurur. Bu hücumlar 7 oktyabr hücumundan sonra formalaşdırılan yeni milli təhlükəsizlik strategiyasına əsaslanır. Strategiya sərhədlər boyunca təhlükələrin yığılmasının qarşısını almağa yönəlib. Bu isə Suriya ilə bəzi hərbi bazalara nəzarət əsasında açıq hərbi əməkdaşlığa hazırlaşan Türkiyənin narazılığına səbəb olub.

Müşahidəçilərin fikrincə, BƏƏ İsrailin Suriyaya hücumlarının dayandırılması istiqamətində vasitəçilik rolu oynaya bilər. Lakin bu, yalnız Suriyanın radikal qruplarla əlaqələri kəsməsi və "Müsəlman Qardaşları" təşkilatı ilə münasibətlərini aydınlaşdırması ilə mümkün ola bilər.

Əbu-Dabi uzun müddətdir ki, bölgədə, o cümlədən Misir, Sudan və Liviyada fəaliyyət göstərən islamçı qrupların sərt əleyhdarı kimi tanınır. BƏƏ əvvəllər də qeyd etmişdi ki, ekstremizm və terrorizm Əsədin devrilməsindən sonra Suriyada ciddi narahatlıq doğuran mənbələrdir.

Suriya prezidentliyindən verilən açıqlamaya görə, prezident Əhməd Şəraa bazar günü Əbu-Dabidə BƏƏ prezidenti ilə görüşüb. Bu, Şəranın prezident vəzifəsinə başladıqdan sonra Körfəz ölkələrinə etdiyi ikinci səfərdir. Bu səfər Suriyanın yeni islamçı hakimiyyətinin xarici tərəfdaşlara ölkədə hərtərəfli siyasi sistem qurmaq niyyətində olduqlarını çatdırmaq səylərinin bir hissəsidir.
BƏƏ-nin bu səfərə verdiyi əhəmiyyət aydın görünürdü. Görüşdə ölkənin siyasi və təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli rəsmilər iştirak edirdilər. Bunlar arasında BƏƏ vitse-prezidenti şeyx Mənsur bin Zayed Əl Nəhyan, xarici işlər naziri şeyx Abdullah bin Zayed və Milli Təhlükəsizlik Şurasının baş katibi Əli bin Həmmad əş-Şəmsi yer alırdı.

Məqalədə: #Suriya #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya Müdafiə Nazirliyi #Suriya Xarici İşlər Nazirliyi #Suriya hökumətinin daxili və xarici siyasətində hansı dəyişikliklər olub? #Suriya prezidenti #BƏƏ səfəri #Əbu-Dabi görüşü #İsraillə münasibətlər #BƏƏ İsrail əlaqələri #Ərəb dünyasında qəbul #Suriya-BƏƏ münasibətləri #Şeyx Məhəmməd bin Zayed #Suriya diplomatik səfər #Suriya ərəb inteqrasiyası #Suriya İsrail gərginliyi #İsrailin Suriya hücumları #Türkiyə Suriya əməkdaşlığı #Suriya diplomatik forum #Müsəlman Qardaşları və Suriya #Suriya regional təhlükəsizlik #BƏƏ-nin vasitəçilik rolu #Suriya Körfəz ölkələri #Suriya islamçı hökuməti #Suriya Qərb münasibətləri #Suriya BƏƏ görüşü #BƏƏ və ərəb siyasəti #Yaxın Şərq diplomatiyası

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

9 Sentyabr 10:14
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

9 Sentyabr 08:09
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

9 Sentyabr 00:22

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.