İordaniya görüşündən sonra İsrail-Suriya razılaşması mümkün olacaqmı?
İordaniyanın paytaxtı Əmmanda Suriya və İsrail nümayəndə heyətləri arasında keçirilən son görüş iki ölkə arasında təhlükəsizlik razılaşmasının əldə olunması ehtimalını yenidən gündəmə gətirib. Görüşdə Suriyanın cənubundakı vəziyyət və avqustun 22-də İsrailin Əbu Zühur hərbi hava limanına endirdiyi zərbə müzakirə olunub. Suriya nümayəndə heyətinə xarici işlər naziri Əsəd əş-Şeybani rəhbərlik edib. İsrail tərəfdən isə Mossad rəhbəri Roman Qofman nümayəndə heyətinə başçılıq edib.
Trampın Hörmüz boğazı üzərində “tam nəzarət” iddiası danışıqlara ziddir
Ekspert Abbas Əslani Donald Trampın ABŞ-ın Hörmüz boğazı üzərində “tam nəzarət” iddiasının ABŞ-İran danışıqları ilə ziddiyyət təşkil etdiyini bildirib. Onun sözlərinə görə, əgər Vaşinqton boğaz üzərində tam nəzarətə malikdirsə, danışıqlara ehtiyac azalır. İran və Oman arasında boğazın açılması ilə bağlı danışıqlar davam edir. Tehran sanksiyaların aradan qaldırılmasını, neft ixracına icazə verilməsini və müharibənin dayandırılmasını əsas tələblər kimi irəli sürür. İran məsələnin yalnız Hörmüz boğazı ilə məhdudlaşdırılmasına qarşı çıxır.
Ağ Ev Livan Prezidenti Cozef Aunu ABŞ-a dəvət edib
Ağ Ev Livan Prezidenti Jozef Aunu iyulun 21-də ABŞ-a rəsmi səfərə dəvət edib. Bu barədə Ağ Evin rəsmisi məlumat verib. Bildirilib ki, dəvət ötən ay Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə keçirilən danışıqlardan sonra İsrail və Livan arasında imzalanmış çərçivə sazişinin ardınca göndərilib. Həmin danışıqlar İsrail ilə İranın dəstəklədiyi "Hizbullah" silahlı qruplaşması arasında döyüşlərin dayandırılmasına yönəlmişdi.
İranla ABŞ arasında sülh şansı azalır – Tramp daha sərt ritorikaya gedir
İran və ABŞ arasında sülh sazişinin formalaşdırılmasına yönəlmiş yeni təkliflər ətrafında yaranmış nikbinlik bu həftə sürətlə zəifləyib. Prezident Donald Tramp bildirib ki, aprelin 8-dən qüvvədə olan İranla atəşkəs hazırda “yaşam dəstəyi” vəziyyətindədir. Trampın administrasiyası ABŞ-ın döyüş əməliyyatlarını yenidən başlada biləcəyinə dair açıq siqnallar verir. Analitiklər isə Trampın sərt ritorikasına baxmayaraq, Yaxın Şərq bölgəsinin hələ də “boz zona”da qaldığını vurğulayır.
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimində dəyişiklik gözlənilir
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında müəyyən pasport növləri üçün viza rejiminin ləğvini nəzərdə tutan razılaşmanın bu gün imzalanması gözlənilir. Sənəd Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Ferhan Al-Suud arasında keçiriləcək görüş çərçivəsində rəsmiləşdirilə bilər.
Səudiyyə Ərəbistanı və İordaniya xarici işlər nazirləri regional vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan ilə İordaniyanın xarici işlər naziri Ayman Səfadi arasında telefon danışığı baş tutub. Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi (SPA) və İordaniyanın Petra agentliyinin yaydığı məlumata görə, tərəflər çərşənbə axşamı axşam saatlarında telefon vasitəsilə əlaqə saxlayıblar.
Məhəmməd bin Salman Riyadda Hillari Klintonu qəbul etdi
Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz çərşənbə günü ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonu qəbul edib. Hillari Klinton 26-28 yanvar tarixləri arasında Riyadda keçirilən 5-ci "Gələcəyin Daşınmaz Əmlakı" forumunda əsas məruzəçi kimi iştirak edib. "Genişlənən üfüqlər və çiçəklənən daşınmaz əmlak" şüarı altında keçirilən forum böyük yerli və qlobal auditoriyanın marağına səbəb olub
Qəzza üçün sülh missiyası müzakirələri - Azərbaycan niyə ehtiyatlı mövqe tutur?
Yaxın Şərqdə illərdir davam edən qarşıdurmalar bir daha göstərir ki, sülh yalnız silahların susması ilə deyil, düşünülmüş diplomatiya, etimad və uzunmüddətli təhlükəsizlik mexanizmləri ilə mümkündür. Münaqişə ocaqlarında sabitliyin bərqərar olunması prosesində hər dövlətin rolu onun siyasi çəkisi, beynəlxalq etibarı və praktiki təcrübəsi ilə ölçülür. Məhz bu kontekstdə Azərbaycanın Qəzza ilə bağlı mümkün sülhyaratma təşəbbüsləri ətrafında aparılan müzakirələr təkcə regional deyil, qlobal miqyasda diqqət çəkən bir mövzuya çevrilib. Rəsmi Bakının ehtiyatlı, ölçülüb-biçilmiş və beynəlxalq hüquqa əsaslanan yanaşması isə bu məsələdə emosional deyil, rasional mövqenin üstün tutulduğunu göstərir. Bəs Azərbaycan ordusunun sülhməramlı qüvvələrinin Qəzzada olmasına mane olan nədir? Qəzza üçün alternativ sülhməramlı missiyası hansı dövlətə məxsusdur?
Parisdə Fransa, Səudiyyə Ərəbistanı, ABŞ və Livanın iştirakı ilə dördtərəfli görüşü keçiriləcək
Paris cümə axşamı Fransa, Səudiyyə Ərəbistanı, ABŞ və Livanın nümayəndələrini bir araya gətirən dördtərəfli görüşə ev sahibliyi edəcək. Görüş İsrailin mümkün hərbi eskalasiyasının bir ildən artıqdır qüvvədə olan atəşkəs razılaşmasını pozacağı ilə bağlı artan narahatlıqlar fonunda baş tutacaq. Fransalı rəsmilər bildiriblər ki, İsrailin müharibəni bərpa etməklə bağlı təkrarlanan və açıq təhdidləri Livan üçün təcili təhlükə yaradır. Paris həmçinin ABŞ-ın İsrailin niyyətləri ilə bağlı mövqeyindəki qeyri-müəyyənlikdən narahatdır. Fransada hakim olan rəyə görə, ABŞ prezidenti Donald Tramp administrasiyası İsraili cilovlamağa meyilli deyil.
Türkiyə, Qətər və Misir HƏMAS-ı Trampın Qəzza planına inanmağa çağırır
Yaxın Şərqdə diplomatik səylər intensivləşib. Qətər, Misir və Türkiyə son 24 saat ərzində Fələstin hərəkatı HƏMAS-ı ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi sülh planını qəbul etməyə təşviq etmək üçün birgə təzyiq göstəriblər. Bu barədə Axios portalı mənbələrə istinadla məlumat yayıb.
Əhməd Şəraa İsraillə əlaqələri olan BƏƏ-yə niyə səfər edib?
Şəraa yanvar ayında prezident vəzifəsinə başladıqdan sonra Türkiyə, Misir və İordaniyaya da xarici səfərlər etmişdi.