7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Qəzza üçün sülh missiyası müzakirələri - Azərbaycan niyə ehtiyatlı mövqe tutur?

Yaxın Şərqdə illərdir davam edən qarşıdurmalar bir daha göstərir ki, sülh yalnız silahların susması ilə deyil, düşünülmüş diplomatiya, etimad və uzunmüddətli təhlükəsizlik mexanizmləri ilə mümkündür. Münaqişə ocaqlarında sabitliyin bərqərar olunması prosesində hər dövlətin rolu onun siyasi çəkisi, beynəlxalq etibarı və praktiki təcrübəsi ilə ölçülür. Məhz bu kontekstdə Azərbaycanın Qəzza ilə bağlı mümkün sülhyaratma təşəbbüsləri ətrafında aparılan müzakirələr təkcə regional deyil, qlobal miqyasda diqqət çəkən bir mövzuya çevrilib. Rəsmi Bakının ehtiyatlı, ölçülüb-biçilmiş və beynəlxalq hüquqa əsaslanan yanaşması isə bu məsələdə emosional deyil, rasional mövqenin üstün tutulduğunu göstərir. Bəs Azərbaycan ordusunun sülhməramlı qüvvələrinin Qəzzada olmasına mane olan nədir? Qəzza üçün alternativ sülhməramlı missiyası hansı dövlətə məxsusdur?

29 Dekabr 2025 11:42
Qəzza üçün sülh missiyası müzakirələri - Azərbaycan niyə ehtiyatlı mövqe tutur?

BAKI,AzerVoice

Yaxın Şərqdə illərdir davam edən qarşıdurmalar bir daha göstərir ki, sülh yalnız silahların susması ilə deyil, düşünülmüş diplomatiya, etimad və uzunmüddətli təhlükəsizlik mexanizmləri ilə mümkündür. Münaqişə ocaqlarında sabitliyin bərqərar olunması prosesində hər dövlətin rolu onun siyasi çəkisi, beynəlxalq etibarı və praktiki təcrübəsi ilə ölçülür. Məhz bu kontekstdə Azərbaycanın Qəzza ilə bağlı mümkün sülhyaratma təşəbbüsləri ətrafında aparılan müzakirələr təkcə regional deyil, qlobal miqyasda diqqət çəkən bir mövzuya çevrilib. Rəsmi Bakının ehtiyatlı, ölçülüb-biçilmiş və beynəlxalq hüquqa əsaslanan yanaşması isə bu məsələdə emosional deyil, rasional mövqenin üstün tutulduğunu göstərir. Bəs Azərbaycan ordusunun sülhməramlı qüvvələrinin Qəzzada olmasına mane olan nədir? Qəzza üçün alternativ sülhməramlı missiyası hansı dövlətə məxsusdur?

AzerVoice xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Rizvan Nəbiyev Crossmedia.az-a açıqlama verib:

"Hər hansı münaqişə ocağında sülhün bərqərar olunmasına və təhlükəsizliyin təmin edilməsinə töhfələr müxtəlif formalarda göstərilə bilər. Bu, vasitəçilik missiyaları, sülhməramlı qüvvələrdə iştirak və ya dövlətin malik olduğu digər resurslar çərçivəsində həyata keçirilən alternativ missiyalar vasitəsilə mümkündür. Azərbaycan da müxtəlif vaxtlarda müraciət olunduğu hallarda, malik olduğu imkanlar əsasında müxtəlif vasitəçilik və sülhyaratma təşəbbüslərini peşəkarlıqla icra edib. Prezident İlham Əliyevin Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirakı bir daha göstərir ki, Azərbaycan əldə etdiyi sülh təcrübəsini müxtəlif beynəlxalq aktorlarla bölüşür. Cənab Prezident bu mövqeni BMT Baş Məclisinin 80-ci sessiyasında da açıq şəkildə ifadə edib. Beləliklə, sülhün əldə olunması istiqamətində formalaşmış bir Azərbaycan təcrübəsi mövcuddur və ölkəmiz bu təcrübəni dünya dövlətləri ilə bölüşməyə hazırdır. Qəzzada beynəlxalq sabitləşdirici və ya sülhməramlı missiyanın tərkibində iştirak məsələsi isə xüsusi yanaşma tələb edən bir mövzudur. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi mövcuddur. Qeyd edilməlidir ki, ABŞ-ın BMT yanında Daimi Nümayəndəsi həmin qətnamənin qəbulundan qısa müddət sonra mümkün sülhyaratma missiyasına dəvət oluna biləcək bir sıra dövlətlərin adlarını açıqlamışdı və Azərbaycan da bu siyahıda yer almışdı. Bu fakt Azərbaycanın malik olduğu potensialın aparıcı qlobal aktorlar tərəfindən tanındığını, ölkəmizlə əməkdaşlığa maraq göstərildiyini təsdiqləyir. Eyni zamanda, münaqişə tərəflərinin, İsrail və Fələstinin Azərbaycana etimad göstərdiklərini təsdiqləyir".

Deputat həmçinin əlavə edib ki, bununla belə, bu məsələ ilə bağlı hələ bir sıra açıq və aydınlaşdırılmamış məqamlar mövcuddur: "Prezidentin köməkçisi, Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlaması da məhz bu məqamlara diqqət çəkirdi. Onun haqlı olaraq vurğuladığı kimi, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamə və irəli sürülmüş təşəbbüslər missiyanın mandatı, fəaliyyət dairəsi, icra mexanizmləri və öhdəlikləri baxımından hələ kifayət qədər konkret deyil. Bu qeyri-müəyyənlik isə Azərbaycanın məsələ ilə bağlı qərar qəbul etməsini çətinləşdirir. Bu baxımdan, məsələnin daha dərindən öyrənilməsi, həmçinin müvafiq təhlükəsizlik şəraitinin formalaşması olduqca vacibdir, müəyyən zamana ehtiyac var. Azərbaycanın mümkün missiyada iştirak edib-etməyəcəyi ilə bağlı hələlik qərar qəbul edilməməsi də mövcud real şəraitdən və sadalanan amillərdən irəli gəlir. Bu mənada dövlətimizin hazırki mövqeyi tam anlaşılandır.”

Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu isə Crossmedia.az-a açıqlamasında bildirib:

"Qəzza mövzusu ilə bağlı yanaşmaların nə qədər həssas və çoxşaxəli olduğunu hər kəs anlayır. Açıq demək lazımdır ki, Azərbaycanın mövcud reallıqlar fonunda Qəzzəyə ordu və ya sülhməramlı qüvvə göndərməsi olduqca risklidir.

Bugünkü vəziyyət çərçivəsində məsələyə yanaşsaq, bu addım təkcə Azərbaycan üçün deyil, ümumiyyətlə, bir çox ərəb ölkələri üçün də təhlükəli hesab oluna bilər. Çünki bölgədə real və dayanıqlı sülh yoxdur. Mövcud olan yalnız kövrək bir atəşkəsdir və bu atəşkəsin dəfələrlə pozulduğunu müşahidə etmişik. Belə bir şəraitdə heç kim zəmanət verə bilməz ki, istər Azərbaycan, istərsə də bölgəyə kontingent göndərən digər müsəlman ölkələrinə qarşı təxribatlar baş verməyəcək.

Bu kimi məsələlərdə tələskən davranmaq, önə çıxmaq və təşəbbüskar rolunda hərəkət etmək hər zaman doğru olmur. Azərbaycan hakimiyyəti bunu çox yaxşı anlayır. Bəzən elə təqdim olunur ki, guya Azərbaycan bu məsələlərdə passiv mövqe tutur, lakin bu, həqiqəti əks etdirmir.

Azərbaycanın Yaxın Şərq siyasəti olduqca dərin, düşünülmüş və tarazlı bir siyasətdir. Bu siyasət həm İslam dünyası ilə, həm də İsraillə balanslı münasibətlərin qorunmasına əsaslanır. Məhz bu tarazlıq sayəsində Azərbaycan bu gün regionda mövcud olan bütün tərəflərlə normal dialoq apara bilir. Diplomatiya baxımından bu, kifayət qədər uğurlu bir yanaşmadır.

Qəzza məsələsinə konkret olaraq toxunduqda qeyd etmək lazımdır ki, Azərbaycan ilk gündən etibarən bu mövzuda aktiv mövqe sərgiləyib. Hətta bəzi ərəb ölkələri ilə müqayisədə daha prinsipial və fəal davranıb. Bu baxımdan Azərbaycanın ordu göndərməməsi və bunun riskli olduğunu açıq şəkildə bəyan etməsi tamamilə normal qarşılanmalıdır. Bu, Azərbaycanın bölgədə sülhdə maraqlı olmadığı anlamına gəlmir.

Əksinə, Azərbaycanın ümumi xarici siyasət kursu hər zaman sülhə, rifaha və ortaq gələcəyə xidmət edib. Bu siyasət həm qonşu ölkələrə, həm İslam dünyasına, həm də İsrailə münasibətdə davam etdirilir".

Ekspert həmçinin bildirib ki, Azərbaycan Qəzzədə sülhün tərəfdarıdır, lakin bölgədə hələ də həllini tapmayan ciddi problemlər mövcuddur:

"Açıq demək lazımdır ki, İsrail bu gün verdiyi sözlərə əməl etməyən nadir dövlətlərdən biridir. Burada söhbət İsrail xalqından deyil, konkret olaraq siyasi hakimiyyətdən gedir. Çünki bu hakimiyyət həm öz xalqının gələcəyini risk altına atır, həm də bölgədə separatizmi və qarşıdurmaları qızışdırır. Somalilenddə separatçı rejimin dövlət kimi tanınması da beynəlxalq hüquqa münasibətin göstəricisidir.

Digər tərəfdən, bu günə qədər Qəzzədə atəşkəsin rəsmi qarantı kimi çıxış edən bir dövlət belə yoxdur. Türkiyənin müəyyən açıqlamaları olsa da, real təsir imkanlarının məhdud olduğu görünür. Humanitar yardım göndərilsə də, bölgədə istənilən səviyyədə aktivlik təmin edilə bilmir.

Bütün bunlar fonunda Azərbaycan rəsmilərinin ehtiyatlı mövqe sərgiləməsi tam əsaslıdır və bu, ölkənin Yaxın Şərq siyasətinə kölgə salmır. Bugünkü reallıqda Azərbaycanın Qəzzədə sülhün əsas təminatçılarından biri olması mümkün görünmür.

Bu prosesdə əsas rol ilk növbədə region ölkələrinə və ərəb dövlətlərinə məxsus olmalıdır. Xüsusilə Səudiyyə Ərəbistanı, Misir, Qətər kimi ölkələr ön planda dayanmalıdır. Yalnız bundan sonra Azərbaycanın hərbi iştirak məsələsi müzakirə mövzusuna çevrilə bilər.

Eyni zamanda nəzərə almaq lazımdır ki, bölgə getdikcə daha da həssaslaşır. Livanda yeni bir genişmiqyaslı münaqişə ehtimalı, İraq və İran ətrafında artan gərginlik Yaxın Şərqin nə qədər təhlükəli mərhələyə daxil olduğunu göstərir. Belə bir şəraitdə Azərbaycanın bütün riskləri hesablayaraq rasional və ölçülüb-biçilmiş addımlar atacağına şübhə yoxdur".

Məqalədə: #Azərbaycan #Rufiz Hafizoğlu #Yaxın Şərq diplomatiyası #İsrail–Fələstin münaqişəsi #Qəzza sülh missiyası #Azərbaycan sülhyaratma təcrübəsi #BMT Təhlükəsizlik Şurası mandatı #beynəlxalq sülhməramlı qüvvələr #Azərbaycan balanslı xarici siyasət #regional təhlükəsizlik mexanizmləri #humanitar və sabitləşdirici missiya #Rizvan Nəbiyev

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.