4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Qətərə və Səudiyyə Ərəbistanına səfərimiz zamanı trilyonlarla dollar sərmayə topladıq - Tramp

15 May 2025 17:36
Qətərə və Səudiyyə Ərəbistanına səfərimiz zamanı trilyonlarla dollar sərmayə topladıq - Tramp

BAKI, AzerVoice

ABŞ-ın sabiq prezidenti Donald Tramp Yaxın Şərq turu çərçivəsində Səudiyyə Ərəbistanı və Qətərə etdiyi səfərlərdə trilyonlarla dollar dəyərində investisiya topladıqlarını bildirib.

AzerVoice xəbər verir ki, Tramp, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər etməzdən əvvəl prezident təyyarəsi "Air Force One"da jurnalistlərə verdiyi açıqlamada bildirib.

Yaxın Şərq səfərinin ilk dayanacaqları olan Səudiyyə Ərəbistanı və Qətərdə çox mühüm razılaşmalar imzaladıqlarını deyib.

“Ölkəmiz üçün trilyonlarla dollar dəyərində investisiya əldə etdik. Səudiyyə Ərəbistanı və Qətərdə çox yaxşı dostlarımız var,” – deyə Tramp vurğulayıb.

O, Qətər Hava Yolları ilə ABŞ-ın təyyarə istehsalçısı "Boeing" arasında 160 təyyarənin alınmasını nəzərdə tutan 200 milyard dollarlıq müqaviləyə də toxunaraq, “Düşünürəm ki, bu aviasiya tarixində verilmiş ən böyük sifarişdir,” – deyə bildirib.

Tramp, həmçinin Türkiyənin ev sahibliyi ilə İstanbulda keçirilməsi planlaşdırılan Rusiya–Ukrayna sülh danışıqlarına da münasibət bildirib. Moskvanın danışıqlara göndərəcəyi nümayəndə heyəti barədə məlumatsız olduğunu deyən Tramp, “Putin və mən görüşənədək heç nə olmayacaq,” – ifadəsini işlədib.

Qeyd edək ki, Donald Tramp 2025-ci il mayın 12-də Yaxın Şərq turu çərçivəsində Səudiyyə Ərəbistanı və Qətərə səfər edib. Mayın 13-də Riyadda Vəliəhd Məhəmməd bin Salmanla, mayın 14-də isə Dohada Əmir Tamim bin Həməd Al Tani ilə görüşüb.

Məqalədə: #BƏƏ #Qətər #Donald Tramp #Doha #Yaxın Şərq münaqişəsi #Trampın siyasətləri #Trampın Yaxın Şərq siyasəti #Trampın Avropa siyasəti #Yaxın Şərqdə diplomatik səylər #Donald Tramp 2025 siyasəti #BƏƏ səfəri #Yaxın Şərq diplomatiyası #Dohada görüş

Mövzu üzrə digər xəbərlər

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

13:44
Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?
Ərəb idmançılar

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?

13:00
Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək
ArabSport

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək

12:38
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45

Son Xəbərlər

Misir funtu dollar qarşısında həftəni 51 funt səviyyəsində başa vurub
Misir funtu dollar qarşısında həftəni 51 funt səviyyəsində başa vurub
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
15:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.