12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Tramp administrasiyası Harvard Universitetini xarici tələbə qəbulundan məhrum etməklə hədələyir

“Harvard artıq layiqli təhsil müəssisəsi sayıla bilməz və dünyanın ən yaxşı universitetləri və ya kollec siyahılarına daxil edilməməlidir.”-deyə, Tramp bildirib.

17 Aprel 2025 09:08
Tramp administrasiyası Harvard Universitetini xarici tələbə qəbulundan məhrum etməklə hədələyir

BAKI,AzerVoice

ABŞ administrasiyası Harvard Universitetini, Prezident Donald Trampın tələbini – tələbə qəbulu, işə qəbul və siyasi yönümlə bağlı dövlət nəzarətinə tabe olmaq – qəbul etmədiyi təqdirdə, xarici tələbə qəbulundan məhrum etməklə hədələyib.

Daxili Təhlükəsizlik Nazirliyi bəyan edib ki, “əgər Harvard məlumatlandırma tələblərinə tam şəkildə əməl etdiyini sübut edə bilməzsə, universitetin xarici tələbə qəbul etmək hüququ ləğv ediləcək”. Nazir Kristi Noem çərşənbə günü Harvard Universitetinə aid, ümumi dəyəri 2,7 milyon dollardan çox olan iki dövlət qrantının ləğv edildiyini açıqlayıb.

“Bu addım Prezident Donald Trampın Harvard Universitetinə yönəlik 2,2 milyard dollarlıq federal maliyyəni dondurmaq və universitetin vergi güzəşti statusunu ləğv etmək qərarından sonra atılıb, səbəb isə ekstremist ideologiyaya dəstək verməsidir”.-deyə o bildirib.

Çərşənbə günü Tramp Harvard Universitetinə qarşı tənqidlərini təkrarlayıb və onu geniş dövlət nəzarətini qəbul etmədiyi üçün federal maliyyə və vergi güzəştlərindən məhrum etməklə hədələyib. Harvard isə Trampın geniş dövlət nəzarətinə tabe olma tələblərini rədd edib, bu məsələdə digər bir çox universitetlərin əksinə, Ağ Evin təzyiqləri qarşısında geri çəkilməyib.

“Harvard artıq layiqli təhsil müəssisəsi sayıla bilməz və dünyanın ən yaxşı universitetləri və ya kollec siyahılarına daxil edilməməlidir.”-deyə, Tramp bildirib.

Tramp və onun administrasiyası universitetlərə təzyiq kampaniyasını antisemitizm və Fələstin Həmas hərəkatına dəstəklə əlaqələndirərək əsaslandırır. Bu ittihamlar İsrailin Qəzzaya qarşı müharibəsinə etiraz olaraq keçən il universitetlərdə keçirilən etiraz aksiyaları ilə bağlı yaranmış müzakirələrə əsaslanır. Eyni zamanda, Ağ Ev tələbə və işçi heyəti arasında müxtəlifliyi dəstəkləyən siyasətlərə görə onlarla universitet və kollecə federal maliyyəni dayandırmaqla hədələyib.

Məqalədə: #Fələstin #Donald Tramp #Fələstinə dəstək yürüyüşü #Fələstin soyqırımı

Mövzu üzrə digər xəbərlər

"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
Neft və qaz

"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə

11 Sentyabr 23:07
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.