12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfər edib

21 Aprel 2025 11:45
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfər edib

BAKI,AzerVoice

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində aprelin 21-də bir sıra görüşlər keçirib.

AzerVoice xəbər verir ki, Hanoy Ticarət və Turizm Kollecində Leyla Əliyeva yaradıcı sənaye nümayəndələri və təhsil müəssisələrinin liderləri, eləcə də sovet dövründə Azərbaycanda təhsil almış vyetnamlı məzunlar ilə görüşüb.

Görüşdə bildirilib ki, 1965-ci ildən fəaliyyət göstərən Hanoy Ticarət və Turizm Kolleci bu sahədə Vyetnamın ən böyük və nüfuzlu təhsil müəssisələrindən biridir. Təxminən 3000 tələbəsi olan kollecin müxtəlif akademik və peşə təhsilinin səviyyələri üzrə 50-dən çox təlim proqramı var.

Eyni zamanda, Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında müxtəlif sahələrdə mövcud əlaqələr, iki xalq arasındakı möhkəm dostluq münasibətləri, bu əlaqələrin qurulmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfərinin ölkələr arasında münasibətlərdə yeni səhifə açdığı vurğulanıb. Mövcud əlaqələrin genişlənməsinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin öz töhfəsini verdiyi qeyd olunub. Fondun təhsil və sosial yönümlü layihələrinin Vyetnamı da əhatə etdiyi diqqətə çatdırılıb. Bu istiqamətdə Vyetnamın Ha Giang əyalətində Heydər Əliyev Fondunun dəstəyi ilə ibtidai məktəbin inşa edildiyi xatırladılıb.

Görüş zamanı ikitərəfli münasibətlərə, Ümummilli Lider Heydər Əliyevin iki ölkənin və xalqın dostluğu istiqamətindəki töhfələrə, hazırda Azərbaycan-Vyetnam yüksəksəviyyəli əlaqələrinə dair fikir mübadiləsi aparılıb. Mövcud münasibətlərin daha da genişləndirilməsi, bu çərçivədə Heydər Əliyev Fondu tərəfindən təhsil və sosial sahələrdə həyata keçiriləcək layihələr müzakirə edilib.

Ticarət və Turizm Kollecində, həmçinin 1968-1990-cı illərdə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil almış vyetnamlı məzunlarla görüş keçirilib. İki ölkə arasında dostluq münasibətlərinin formalaşmasında Azərbaycanda təhsil almış vyetnamlı məzunların xüsusi rol oynadıqları diqqətə çatdırılıb. Bildirilib ki, məhz Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfərindən sonra Azərbaycanda təhsil alan vyetnamlı tələbələrin sayı artıb. Sovet dönəmində Azərbaycanda 5 minədək vyetnamlı təhsil alıb.

Görüşdə Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sertifikatı təqdim edilib.

Daha sonra Dünya Barbekü Assosiasiyasının vitse-prezidenti, tanınmış aşpaz David İsrafilov tərəfindən Azərbaycan mətbəxinin nümunələrinin təqdimatı olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfər edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfər edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfər edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfər edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfər edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfər edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfər edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfər edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfər edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfər edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfər edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfər edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfər edib
Məqalədə: #Vyetnam #Heydər Əliyev Fondu #Leyla Əliyeva

Mövzu üzrə digər xəbərlər

"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
Neft və qaz

"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə

11 Sentyabr 23:07
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.