11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Suriya hökuməti druz nümayəndələri arasında silahların təhvil verilməsi ilə bağlı razılaşma əldə olundu

Bu razılaşmalar ölkədə son günlərdə baş verən məzhəb zəmnində zorakılıqlara cavab olaraq həyata keçirilir.

2 May 2025 08:30
Suriya hökuməti druz nümayəndələri arasında silahların təhvil verilməsi ilə bağlı razılaşma əldə olundu

BAKI,AzerVoice

Suriya hökuməti paytaxt Dəməşqə yaxın Cərmana şəhəri və cənubdakı Süveyda vilayətində yerli icma rəhbərləri ilə silahların təhvil verilməsini nəzərdə tutan razılaşmalara imza atıb. Bu razılaşmalar ölkədə son günlərdə baş verən məzhəb zəmnində zorakılıqlara cavab olaraq həyata keçirilir.

Hökumət Cərmana şəhərinin ağsaqqalları ilə ağır silahların dərhal təhvil verilməsi və şəhərdə təhlükəsizlik qüvvələrinin mövcudluğunun artırılması barədə razılığa gəlib. Dəməşq ətrafı təhlükəsizlik idarəsinin rəhbəri Hüssam Təhhanın sözlərinə görə, razılaşmaya əsasən, bütün silahlar yalnız rəsmi dövlət orqanlarının ixtiyarında olacaq və qeyri-qanuni fərdi silahlar da təslim edilməlidir. Məqsəd bölgədə sabitliyin bərpası və həyatın normal axarına qaytarılmasıdır.

Eyni zamanda, Müdafiə Nazirliyinə bağlı qüvvələrin şəhərin kənarlarında yerləşdirilməsi qərara alınıb.

Cənubdakı Süveyda vilayətində isə şəhərin dini və yerli liderləri, həmçinin silahlı fraksiyaların nümayəndələri arasında keçirilən geniş toplantı nəticəsində oxşar razılaşma əldə olunub. Görüş, druz icmasının mənəvi mərkəzi olan Əyn əz-Zəman məbədində baş tutub. İştirakçılar silahların tam şəkildə təhvil verilməsinə və onların dövlətin nəzarətinə verilməsinə razılaşıblar. Bu addım bölgədə qan tökülməsinin qarşısını almağa və təhlükəsizliyi təmin etməyə yönəlib.

Bundan əlavə, toplantıda Daxili İşlər Nazirliyinin qüvvələrinin şəhərə daxil olaraq təhlükəsizlik obyektlərinə nəzarəti ələ alması və yalnız Süveyda sakinlərindən ibarət, təmiz reputasiyaya malik yerli zabitlərin rəhbərliyi altında Müdafiə Nazirliyinə bağlı köməkçi ordu qurulması qərara alınıb. Yeni hərbi birliyə Süleyman Əbdül Baki və Yəhya Həccar rəhbərlik edəcək.

Həmçinin vilayətin idarə olunması üçün yeni icra orqanı yaradılıb və Mustafa Bəkur Süveyda ilə Dəməşq arasında əlaqələndirici şəxs təyin olunub.

Druz icmasının dini rəhbərliyi razılaşmanı təsdiqləyən bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, bu addım milli, panərəb və İslam dəyərlərinə uyğun şəkildə, qorxmadan və tərəddüdsüz atılıb. Druz liderliyi vətənə olan sevgini imanın bir hissəsi sayaraq, hər cür parçalanma və ayrılma çağırışlarını rədd edib.

Xatırladaq ki, son günlərdə Cərmana və Sahnaya şəhərlərində – əsasən druz əhalisinin yaşadığı ərazilərdə – məzhəb zəmnində toqquşmalar baş verib. Suriyalı mənbələrə görə, Cərmanada druz və sünni silahlı qruplar arasında baş verən qarşıdurmalarda 12 nəfər həyatını itirib. Sahnayada isə silahlı hücum nəticəsində 16 nəfərin öldüyü bildirilir.

Bundan əlavə, Suriya televiziyası xəbər verir ki, cənubdakı Süveyda və Dəraa şəhərlərini birləşdirən avtomobil yolu yaxınlığında “qanunazidd silahlı dəstələr”in açdığı atəş nəticəsində iki təhlükəsizlik əməkdaşı həyatını itirib.

Bu gün daha əvvəl Suriyanın xarici işlər naziri Əsəd Şeybani məzhəbçilik, fitnə və ayrılma çağırışlarının yaratdığı təhlükə barədə xəbərdarlıq edərək, Suriyanın sosial toxumasını qorumaq üçün bu çağırışların rədd edilməsinin vacibliyini vurğulayıb.

Məqalədə: #Druz #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #Livan druz lideri Valid Cumblat #druzlar #Suveyda Üsyanı #Suriya hökumətində druz və əlavi təmsilçiləri varmı? #İsrailin Suriya daxilində druz və kürdlərlə əlaqələri

Mövzu üzrə digər xəbərlər

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

12:43
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06

Son Xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
12:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.