5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İki Nüvə Gücü Qarşı-qarşıya: Hindistan və Pakistan Ordularının Hərbi Potensialı

Aşağıda Hindistan və Pakistanın mövcud konvensional və strateji hərbi imkanlarının müqayisəli icmalı təqdim olunur:

7 May 2025 18:00
İki Nüvə Gücü Qarşı-qarşıya: Hindistan və Pakistan Ordularının Hərbi Potensialı

BAKI,AzerVoice analitik Təhlil Mərkəzi

1947-ci ildə Britaniya müstəmləkə idarəsinin sona çatması ilə baş tutan bölgüdən bəri Hindistan və Pakistan arasında qarşıdurmalar, diplomatik böhranlar və həll olunmamış ərazi iddiaları ilə zəngin bir tarix formalaşıb. Bu iki dövlət bu günə qədər üç dəfə tammiqyaslı müharibə aparıb ki, onların ikisi mübahisəli Himalay bölgəsi – Kəşmir üzərində olub.

Aşağıda Hindistan və Pakistanın mövcud konvensional və strateji hərbi imkanlarının müqayisəli icmalı təqdim olunur:

Müdafiə Büdcələri və Sursat İdxalı-Stockholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatlarına əsasən:

Hindistan 2023-cü ildə müdafiə sahəsinə 86.1 milyard ABŞ dolları xərcləyib. Bu, əvvəlki illə müqayisədə 1.6% artım deməkdir.

Bu məbləğ Hindistanı dünyanın ən çox hərbi xərcləyən beşinci ölkəsinə çevirir.

Pakistanın isə 2024-cü il üzrə hərbi xərcləri 10.2 milyard dollar təşkil edib – bu rəqəm Hindistanın büdcəsindən təxminən doqquz dəfə azdır.

2020–2024-cü illərdə Hindistan dünyanın ikinci ən böyük silah idxalçısı, Pakistan isə beşinci olub.

Nüvə Başlıqları və Doktrina Fərqləri

Hindistan: Təxminən 172 nüvə başlığına malikdir.

Pakistan: Təxminən 170 nüvə başlığına sahibdir.

Bu iki ölkə arasında nüvə silahlarının istifadə qaydaları (doktrinalar) fərqlidir. Mütəxəssislərə görə, bu, mümkün qarşıdurmanın dağıdıcı nəticələrə gətirib çıxara biləcəyinə işarə edir.

Hərbi Şəxsi Heyət və Parametrlər

Hindistan:

Ümumi aktiv personal: 1.47 milyon

Quru qoşunları: 1,237,000

Hərbi dəniz qüvvələri: 75,500

Hərbi hava qüvvələri: 149,900

Sahil mühafizəsi: 13,350

Paramilitar və jandarma: 1,616,050 nəfər

Ehtiyat qüvvələr:

Quru qoşunları: 960,000

Hava qüvvələri: 140,000

Donanma: 55,000

Paramilitar: 941,000

Pakistan:

Ümumi aktiv personal: 660,000

Quru qoşunları: 560,000

Hava qüvvələri: 70,000

Dəniz qüvvələri: 30,000

Paramilitar: Təxminən 291,000 nəfər

Ehtiyat qüvvələr: Müxtəlif mənbələr fərqli rəqəmlər göstərir; təxminən 550,000 nəfər (Global Firepower-ə görə)

Hərbi Hava Qüvvələri

Hindistan:

Döyüşə hazır təyyarələr: 730

Əsas modellər: Fransız istehsalı Rafale, rus istehsalı Su-30MKI, Hindistanın yerli Tejas

Pakistan:

Döyüşə hazır təyyarələr: 452

Əsas modellər: ABŞ istehsalı F-16, Çin-Pakistan istehsalı JF-17 Thunder, Mirage III/V

Hərbi Dəniz Qüvvələri

Hindistan:

Əsas səth döyüş gəmiləri: 29

2 təyyarədaşıyan gəmi

11 esmines

16 freqat

Sahil və patrul gəmiləri: 160

Sualtı qayıqlar: 16 (nüvə və konvensional)

Pakistan:

Fregatlar: 10

Təyyarədaşıyan və esmines: yoxdur

Sahil və patrul gəmiləri: 21

Sualtı qayıqlar: 8

Quru Qoşunları və Topçu Gücü

Hindistan:

Əsas döyüş tankları: 3,740

Topçu sistemləri: 9,743

Pakistan:

Əsas döyüş tankları: 2,537

Topçu sistemləri: 4,619-dan çox

Raket və Ballistik Silah Sistemləri

Hindistan:

Agni və Prithvi seriyaları ilə qısa, orta və uzunmənzilli ballistik raketlərə sahibdir.

Agni-V: 5,000 km-dən çox mənzilli, nüvə daşıya bilən raket.

Pakistan:

Shaheen (katı yanacaq) və Ghauri (sıvı yanacaq) seriyaları ilə qısa və orta mənzilli nüvə başlığı daşıyan ballistik raketlərə malikdir.

Babur qanadlı raketi: yerüstü və sualtı platformalardan atıla bilər.

Shaheen-III: həm nüvə, həm də konvensional başlıq daşıya bilər, mənzili 2,750 km.

Hindistan, insan resursları, müdafiə büdcəsi, texnoloji üstünlük və silah müxtəlifliyi baxımından Pakistan üzərində əhəmiyyətli bir strateji üstünlüyə malikdir. Pakistan isə daha çevik və asimmetrik taktikalarla bu fərqi qismən kompensasiya etməyə çalışır. Hər iki ölkənin nüvə silahına malik olması, gərginliyin artmasının beynəlxalq səviyyədə ciddi təhlükə yaratdığını göstərir.

Məqalədə: #Pakistan #Hindistan #Hindistan-Pakistan əlaqələri #Hindistan və Pakistan orduları arasında atışma #Pakistanda yanacaq tankeri partlayışı #Hindistan Pakistan gərginliyi #Hindistan hərbi hücum #Kəşmir münaqişəsi 2025 #Hindistan Pakistan müharibə #Hindistan-Pakistan sərhəd gərginliyi #Cammu və Kəşmir siyasəti #Kəşmir münaqişəsi 1965

Mövzu üzrə digər xəbərlər

Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək
Qətər

Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

3 Sentyabr 15:43
İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib
İran

İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

2 Sentyabr 19:33
Səudiyyə Ərəbistanı və Pakistan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Pakistan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir

2 Sentyabr 09:41
Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib
Qətər

Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

1 Sentyabr 18:47

Son Xəbərlər

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
19:54
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
19:49
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
19:32
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.