Hindistan Rampage raketlərinin yerli istehsalını sürətləndirir
Hindistan, “Make in India” strategiyası çərçivəsində Rampage tipli uzun mənzilli raketlərin yerli istehsalına start verib. Müdafiə mütəxəssisləri bu addımı ölkənin xarici asılılığını azaltmaq və müdafiə texnologiyalarında müstəqilliyi möhkəmləndirmək baxımından kritik əhəmiyyət daşıyan qərar kimi qiymətləndirirlər. AzərVoice xəbər verir ki, rəsmi mənbələrə görə, istehsal prosesi Hindistan Hərbi Hava Qüvvələrinin (IAF) ehtiyaclarına uyğun uzunmüddətli strateji proqram əsasında həyata keçiriləcək. Müdafiə sahəsindəki bir rəsmidən sitat gətirilir: “Yerli istehsal yalnız maliyyət baxımından səmərəlilik yaratmayacaq, həm də texnologiya transferini və logistika dəstəyini tamamilə Hindistanın nəzarətinə verəcək.”
İki Nüvə Gücü Qarşı-qarşıya: Hindistan və Pakistan Ordularının Hərbi Potensialı
Aşağıda Hindistan və Pakistanın mövcud konvensional və strateji hərbi imkanlarının müqayisəli icmalı təqdim olunur: