12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Pakistan ordusuna Hindistana cavab üçün tam səlahiyyət verilib

7 May 2025 16:41
Pakistan ordusuna Hindistana cavab üçün tam səlahiyyət verilib

BAKI, AzerVoice

Pakistan Hindistanın hücumuna cavab verib.

AzerVoice xəbər verir ki, Hindistanın son hərbi hücumlarına cavab olaraq Pakistan hökuməti Silahlı Qüvvələrə lazımi tədbirlər görmək üçün tam səlahiyyət verildiyini bəyan edib.

Hücumlar nəticəsində Pakistan tərəfdən 26 nəfər ölüb, 46 nəfər yaralanıb. Hindistan isə ən azı 8 mülki şəxsin öldüyünü, 29 nəfərin yaralandığını açıqlayıb.

Hindistan ordusu Pakistan və Azad Kəşmir bölgəsindəki “terror düşərgələrini” hədəfə aldıqlarını bildirib. Cavab olaraq Pakistan ordusu 5 Hindistan döyüş təyyarəsi və 1 pilotsuz aparatı vurduğunu açıqlayıb.

Pakistanın Milli Təhlükəsizlik Şurası Baş Nazir Şahbaz Şərifin rəhbərliyi ilə fövqəladə iclas keçirib. Açıqlamada Hindistanın bu hücumunun BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, Pakistanın özünümüdafiə hüququnu tanıdığı və bu hücumların beynəlxalq hüquqa görə açıq müharibə aktı olduğu bildirilib.

Pakistan tərəfi mülki ərazilərin, o cümlədən məscidlərin və mülki infrastrukturun hədəf alındığını və bunun nəticəsində qadınlar və uşaqlar daxil olmaqla dinc sakinlərin həyatını itirdiyini vurğulayıb. Hücumların Körfəz ölkələrinə məxsus kommersiya hava yollarını da təhlükə altında qoyduğu qeyd edilib.

Qeyd edək ki, Hindistan bu addımı aprelin 22-də Kəşmirin Pahalgam bölgəsində baş verən və 26 nəfərin həyatını itirdiyi terror aktına cavab olaraq atdığını açıqlayıb. Hindistan “Müqavimət Cəbhəsi (TRF)” və “Ceyşi Məhəmməd” qruplaşmalarının bu hücumla əlaqəli olduğunu iddia edir.

Pakistan isə bu iddiaları rədd edərək, həmin bölgələrdə heç bir terror düşərgəsinin mövcud olmadığını bildirib və beynəlxalq media nümayəndələrinin hadisə yerlərinə baş çəkməsi üçün şəffaf araşdırma təklifi irəli sürdüyünü vurğulayıb.

Məqalədə: #Pakistan #Hindistan #Şahbaz Şərif #Hindistan-Pakistan əlaqələri #Hindistan və Pakistan orduları arasında atışma #Kəşmir məsələsi #Hindistan Pakistan gərginliyi #Pakistan hərbi cavab #Hindistan-Pakistan sərhəd gərginliyi

Mövzu üzrə digər xəbərlər

Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
İslam və Tarix

Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları

11:06
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
Ərəb turizmi

BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır

10:44
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
Küveyt

Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır

10:18
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
Avto İcmal və Testlər

701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı

10:11

Son Xəbərlər

Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
09:47
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.