9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Hava Məkanımızı Pozan 25 İsrail İstehsalı PUA Vurulub - Pakistan

8 May 2025 20:00
Hava Məkanımızı Pozan 25 İsrail İstehsalı PUA Vurulub - Pakistan

BAKI, AzerVoice

Pakistan ordusu Hindistandan havaya qalxdığı bildirilən və ölkənin hava məkanını pozan 25 pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.

AzerVoice xəbər verir ki, vurulan PUA-lar İsrail istehsalı olub və hücumlar əsasən Kəraçi, Lahor və Ravalpindi şəhərlərində qeydə alınıb.

Pakistan Silahlı Qüvvələrinin sözçüsü Əhməd Şərif Çaudrinin verdiyi açıqlamaya əsasən, Ravalpindi üzərində ordunun Baş Qərargahının yerləşdiyi ərazidə daha bir pilotsuz aparat vurulub.

Lahor yaxınlığındakı hərbi hədəfə edilən PUA hücumu nəticəsində 4 əsgərin yaralandığı bildirilib.

“Hindistan bu açıq təcavüzün bədəlini ağır şəkildə ödəyəcək”- deyə Çaudri bildirib.

Çaudri bildirib ki, vurulan PUA-ların qalıqları toplanır və Pakistan bu hücumları açıq hərbi təxribat kimi qiymətləndirir: “Hindistan bu açıq təcavüzün bədəlini ağır şəkildə ödəyəcək,” – deyə o xəbərdarlıq edib.

Hindistan Müdafiə Nazirliyi Pakistanın son hücumlarına cavab olaraq bu gün Pakistan ərazisində yerləşən radar və hava hücumundan müdafiə mövqelərinə zərbələr endirdiyini açıqlayıb. Nazirliyin məlumatına görə, Pakistanın ötən gecə və bu gün səhər saatlarında Hindistanın şimal və qərb bölgələrinə pilotsuz uçuş aparatları və raketlərlə hücum cəhdləri hava hücumundan müdafiə sistemləri vasitəsilə dəf olunub.

Eyni zamanda, Kəşmirin nəzarət xətti boyunca baş verən artilleriya atışmaları nəticəsində Hindistan 13 mülki şəxsin həlak olduğunu, 59 nəfərin isə yaralandığını bəyan edib. Pakistan isə bu hücumlarda azı 31 mülki şəxsin öldüyünü, 50-dən çox insanın yaralandığını bildirib.

İslamabad bu gün əlavə olaraq beş Hindistan qırıcısının vurulduğunu açıqlasa da, Hindistanın Pekindəki səfirliyi bu məlumatı “dezinformasiya” adlandırıb. İki ölkə arasındakı qarşıdurma Hindistanın iki həftə əvvəl Pakistanı Kəşmirdə 26 nəfərin ölümünə səbəb olan hücumda ittiham etməsindən sonra pik nöqtəyə çatıb.

Regionda artan hərbi gərginlik iqtisadi göstəricilərə də mənfi təsir edib. Pakistan fond birjası 6,3 faiz dəyər itirdikdən sonra müvəqqəti olaraq ticarəti dayandırıb. Hindistanda isə rupinin dəyəri azalıb, səhmlər və istiqraz bazarları da mənfi tendensiya göstərib.

Hindistanın Pəncab əyalətində, xüsusilə sərhəd bölgələrində panik alış-veriş dalğası başladığı müşahidə olunub. Əhali ərzaq və əsas ehtiyac mallarını ehtiyat üçün yığmağa başlayıb. Pakistan isə təhlükəsizlik tədbirləri çərçivəsində Lahor, Kəraçi və Sialkot hava limanlarında uçuşları müvəqqəti dayandırıb.

Çin Xarici İşlər Nazirliyi vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çağıraraq bildirib ki, Pekin sülh və sabitlik üçün beynəlxalq ictimaiyyətlə birgə hərəkət etməyə hazırdır. Rusiya və ABŞ da oxşar çağırış edərək tərəfləri diplomatik dialoqa çağırıblar.

Məqalədə: #Pakistan #Hindistan #Hindistan-Pakistan qarşıdurması #Pakistan Hindistan gərginliyi 2025 #İsrail istehsalı PUA-lar #Pakistan vurulan pilotsuz təyyarələr #Kəşmir artilleriya hücumları #PUA hücumları Pakistan Hindistan #Cənubi Asiyada hərbi eskalasiya #Pakistan fond birjası çöküş #ABŞ diplomatik həll təklifi #Çin və Rusiya Hindistan-Pakistan çağırışı #Hindistanın hava hücumundan müdafiəsi

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

10:14
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

00:22

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.