10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türkiyə Suriyaya enerji ixracına başlayır

10 May 2025 12:00
Türkiyə Suriyaya enerji ixracına başlayır

BAKI, AzerVoice

Türkiyə Suriyaya enerji ixracına başlayır – Gözlənilən gəlir 1 milyard dollardan çox olacaq.

AzerVoice xəbər verir ki, Türkiyə Suriyada həyatın normallaşdırılması və yenidənqurma prosesinə töhfə olaraq bu ölkəyə elektrik və təbii qaz ixracına başlayacaq.

İxracatın üç ay ərzində həyata keçirilməsi və Türkiyə xəzinəsinə ümumilikdə 1 milyard 60 milyon dollar gəlir gətirməsi planlaşdırılır.

Hazırda Suriyaya 200 meqavat elektrik enerjisi ixrac olunur. Birecik-Hələb enerji xətti üzrə 500 meqavatlıq əlavə güc üçün texniki işlər başa çatmaq üzrədir. Yaxın aylarda ixrac gücü 700 meqavata çatacaq və bu da Suriyada təxminən 350 min ev təsərrüfatının elektrik tələbatını ödəyəcək.

Bununla yanaşı, Kilis-Hələb Təbii Qaz Xəttinin inşasının üç ay ərzində tamamlanacağı gözlənilir. Xətt vasitəsilə gündəlik 6 milyon kubmetr, illik isə 2 milyard kubmetr təbii qaz ixrac ediləcək. Hazırkı bazar qiymətləri ilə bu, 710 milyon dollarlıq qaz ixracı deməkdir.

Qeyd edək ki, Türkiyə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, ixrac ediləcək qazın əsasən Hələb və Homsdakı elektrik stansiyalarında istifadə olunacağını bildirib. Nazir əlavə edib ki, enerji təminatı Suriyada həyatın normallaşması və Türkiyədəki suriyalıların könüllü geri dönüşü üçün vacib şərtlərdən biridir.

Məqalədə: #Türkiyə #Alparslan Bayraktar #Suriya #enerji istehlakı #qaz ixracı #Türkiyə Suriyada infrastruktur dəstəyi #Türkiyə Suriya münasibətləri #Elektrik bərpa işləri

Mövzu üzrə digər xəbərlər

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10:37
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

09:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

9 Sentyabr 10:14

Son Xəbərlər

Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.