Türkiyə və Suriya arasında enerji və mədənçilik üzrə yeni əməkdaşlıq sazişi imzalanıb
Türkiyə ilə Suriya arasında mədən sənayesinin inkişafı və enerji əməkdaşlığının genişləndirilməsi məqsədilə Şamda “Fosfat Sahəsində Anlaşma Memorandumu” imzalanıb. İmza mərasimində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və Suriyanın energetika naziri Məhəmməd Bəşir iştirak ediblər.
Diyarbəkirdə 6,1 milyard barellik neft ehtiyatı üçün qazıntı başlayıb
Türkiyənin Diyarbəkir vilayətinin Bismil rayonunda potensial olaraq Gabar yatağından bir neçə dəfə böyük olduğu bildirilən şist neftinin hasilatı üçün qazma işlərinə başlanılıb. Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar ABŞ şirkəti ilə birlikdə bölgədə şist neftinin çıxarılması üzrə işlərin başladığını açıqlayıb. Məlumata görə, Bismil və Silvan ərazilərində 7 min kvadrat kilometrlik bloklarda aparılan araşdırmalar təxminən 6,1 milyard barel neft ehtiyatı potensialını göstərir. Ehtiyatların cari bazar dəyərinin 540 milyard dollar civarında olduğu bildirilir.
Türkiyənin enerji şəbəkəsi 3 qitəyə yayılır: Somali, Qazaxıstan və Macarıstana qədər uzanan strategiya
Türkiyə enerji sahəsində tam müstəqillik hədəfi çərçivəsində üç qitədə fəaliyyətini genişləndirir. Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Ankara İraqın Kərkük bölgəsindən Somaliyə, Liviyadan Omana, Azərbaycandan Macarıstana qədər quru və dənizdə müxtəlif enerji layihələri və tərəfdaşlıqlar həyata keçirir.
Türkiyə illik 500 milyon dollar tranzit gəliri əldə edəcək
Türkiyə ilə İraq arasında imzalanan yeni neft sazişi çərçivəsində Türkiyə hər il təxminən 500 milyon dollar həcmində neft nəqli gəliri əldə edəcək. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib. Nazir A Haber televiziya kanalına müsahibəsində deyib ki, avqustun 1-də imzalanan razılaşmaya əsasən, İraq tərəfi gündəlik 750 min barel neftin mövcud boru kəmərləri ilə daşınmasına dair öhdəlik götürüb.
Türkiyə və İraq arasında mühüm razılaşma əldə olundu
Türkiyə ilə İraq arasında xam neft boru kəmərinin daha səmərəli istifadəsinə dair bir illik saziş imzalanıb. Razılaşma çərçivəsində kəmərin gündəlik 750 min barel daşıma gücü üzrə yeni tutum tənzimləməsi tətbiq olunacaq. Alparslan Bayraktar bildirib ki, imzalanan saziş Türkiyə ilə İraq arasında enerji əməkdaşlığının inkişafına və mövcud neft infrastrukturunun daha səmərəli istifadəsinə töhfə verəcək.
Türk dron texnologiyasının banisi Səlçuk Bayraktar bəşəriyyətə xəbərdarlıq etdi
"Baykar" İdarə Heyətinin sədri və Texnologiya Lideri Səlçuk Bayraktar SAHA 2026-da etdiyi çıxışı ilə XXI əsrin texnoloji hegemonluğuna və rəqəmsal əsarətə qarşı bəyanatlar səsləndirib.
Türkiyənin enerji siyasətində yeni mərhələ - “Sürpriz anlaşma” siqnalı
Türkiyənin enerji siyasətində yeni mərhələnin başlaya biləcəyi ilə bağlı mühüm açıqlama verilib. Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar “təəccübləndirəcək bir anlaşma üzərində işlədiklərini” bəyan edərək ölkənin enerji strategiyasında dönüş nöqtəsinə işarə edib.
İranla qaz müqaviləsi yaxın vaxtlarda başa çatır, hələlik uzadılması barədə danışıqlar yoxdur - Türkiyə
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar İrandan Türkiyəyə təbii qaz axınını tənzimləyən müqavilənin yaxın aylarda başa çatacağını bildirib. VOA xəbər verir ki, nazir iki ölkə arasında müqavilənin uzadılması imkanlarının müzakirə oluna biləcəyini, lakin hazırda heç bir rəsmi danışıqların aparılmadığını vurğulayıb. Jurnalistlərə açıqlama verən Bayraktar, Ankaranın qaz tədarükünü şaxələndirməyə çalışdığını, bura Rusiyadan gələn mayeləşdirilmiş təbii qaz (LNG) yüklərinin də daxil olduğunu qeyd edib.
Energetika naziri Türkiyədə enerji əməkdaşlığını müzakirə edib
Energetika naziri Pərviz Şahbazov Türkiyədə bir sıra ikitərəfli görüşlər həyata keçirib. Məlumata əsasən, nazir Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə görüşündə Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının qlobal enerji təhlükəsizliyində rolunu müzakirə edib.
Türkiyə və Somali liderləri ikitərəfli əlaqələri müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Somali Prezidenti Həsən Şeyx Mahmud ilə bir araya gəlib. Prezident Ərdoğan somalili həmkarını Dolmabağça ofisində rəsmi mərasimlə qarşılayıb. Nümayəndə heyətlərinin bir-birinə təqdim edilməsindən sonra iki lider təkbətkəb görüşə keçib.
Alparslan Bayraktar qlobal enerji böhranından çıxmaq üçün Bakının rolundan danışıb
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar "Əl-Cəzirə"yə verdiyi bəyanatda Hörmüz boğazındakı gərginliyi "bütün böhranların anası" kimi xarakterizə edərək, dünyanı yeni bir enerji arxitekturası qurmağa çağırıb. VOA xəbər verir ki, nazir qlobal neft bazarında yaranan 20 milyon barellik kəsirin enerji marşrutlarının şaxələndirilməsini hər zamankından daha zəruri etdiyini vurğulayıb.
Türkiyənin Abdülhamid Han gəmisi Qara dənizdə qazma işlərinə başlayır
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar ölkənin enerji müstəqilliyi hədəfi istiqamətində mühüm addımların atıldığını bəyan edib. Nazir bildirib ki, "Abdülhamid Han" qazma gəmisi sabah səhər saatlarından etibarən Qara dənizdə fəaliyyətə başlayacaq. Bununla yanaşı, aprel ayında "Fatih" gəmisi ilə yeni quyuların qazılması və Somali sahillərində araşdırmaların aparılması planlaşdırılır.