12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Fələstin düşərgələrinin silahsızlaşdırılması – Livanın Hizbullahla bağlı planları qədər çətin və prioritet məsələdir

Ekspertlər bu məsələnin Livan üçün Hizbullahın silahsızlaşdırılması qədər əhəmiyyətli və riskli olduğunu bildirirlər.

22 May 2025 15:00
Fələstin düşərgələrinin silahsızlaşdırılması – Livanın Hizbullahla bağlı planları qədər çətin və prioritet məsələdir

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Livanın Hizbullahın silahsızlaşdırılması və dövlət hakimiyyətinin gücləndirilməsi ilə bağlı müzakirələrinin intensivləşdiyi bir vaxtda, prezident Mahmud Abbasın ölkəyə səfəri fonunda yeni bir mövzu da gündəmə gəlib: fələstinli qaçqın düşərgələrindəki silahlı qruplaşmaların nəzarət altına alınması. Ekspertlər bu məsələnin Livan üçün Hizbullahın silahsızlaşdırılması qədər əhəmiyyətli və riskli olduğunu bildirirlər.

Livanlılar Abbasın səfərinin bu prosesə fələstinli tərəfdən siyasi dəstək qazandıracağına ümid edir. Lakin prezident Abbas üçün bu səfər həm də regionda və beynəlxalq arenada öz siyasi varlığını xatırlatmaq vasitəsidir. Çünki son aylarda ona qarşı artan tənqidlər, yeni mərhələdə onun liderliyinə qarşı müqavimət və Fələstin rəhbərliyində islahatların labüdlüyü fikrini gücləndirib.

Silahlı Düşərgələr: Hizbullah qədər təhlükəlidirlərmi?

Livan məsələləri üzrə mütəxəssislər vurğulayırlar ki, düşərgələrdəki silahlar da Hizbullahın arsenalı qədər təhlükə yaradır. Bu silahların bir hissəsi məhz Hizbullah və İran tərəfindən təmin edilib. Xüsusilə HƏMAS və İslami Cihad qruplaşmalarına mənsub döyüşçülər İran və Hizbullah mütəxəssisləri tərəfindən təlim alıblar. Beləliklə, bu qüvvələr lazım gəldikdə Hizbullah tərəfindən "ehtiyat qüvvə" kimi istifadə oluna bilər.

Həmçinin istisna edilmir ki, Hizbullah bəzi silahlarını dövlət orqanlarının daxil ola bilmədiyi fələstinli düşərgələrdə gizlədir.

Addımlar ardıcıl olacaq, yoxsa paralel?

Hazırda Livan hökumətinin Hizbullah və fələstinli düşərgələrin silahsızlaşdırılması məsələlərini hansı ardıcıllıqla həll edəcəyi bəlli deyil. Lakin bir məqam dəqiqdir: dövlət özündən kənar heç bir silahlı qüvvənin mövcudluğuna icazə vermək niyyətində deyil.

ABŞ-ın Yaxın Şərq üzrə nümayəndəsinin müavini Morqan Ortaqus bildirib ki, Livan hələ də Hizbullahın tam silahsızlaşdırılması üçün "çox iş görməlidir". O, Qətərdə keçirilən iqtisadi forumda deyib ki, Livan rəhbərliyi son altı ayda son 15 ildəkindən daha çox irəliləyişə nail olub, lakin hələ kifayət deyil.

Ortaqus bildirib: “ABŞ Hizbullahın ölkə daxilində – təkcə Litani çayının cənubunda deyil – hər yerdə silahsızlaşdırılmasını istəyir.” O, Livan rəhbərliyini bu istiqamətdə konkret qərar verməyə çağırıb.

Fələstin düşərgələri: suverenlik və gücün göstəricisi

Livanın fələstinli düşərgələr üzərində nəzarəti bərpa etməsi ölkənin suverenliyinin və təhlükəsizlik orqanlarının imkanlarının nümayişi baxımından mühüm addım olacaq. Bu, eyni zamanda ABŞ-a da ordunun fəaliyyət qabiliyyəti barədə müsbət siqnal göndərmək məqsədi daşıyır.

Qeyd edək ki, fələstinli düşərgələr onilliklərdir hüquqi və təhlükəsizlik baxımından Livan dövlətinin tam nəzarətindən kənarda fəaliyyət göstərir. Orada idarəçilik əsasən fələstinli fraksiyaların əlindədir.

Prezident Cözef Aun: Sülh və savaş qərarı yalnız dövlətə aiddir

Livan prezidenti Cözef Aun Misirin “ON TV” kanalına verdiyi müsahibədə bildirib:
“Silah yalnız dövlətin əlində olmalıdır. Savaş və sülh qərarını yalnız dövlət verməlidir. Burada söhbət təkcə Hizbullahdan yox, həm də fələstinli düşərgələrdəki silahlardan gedir.”
O, bu məsələni Abbasla müzakirə edəcəyini də bildirib.

Abbasın ziyarətindən gözləntilər realdırmı?

Müşahidəçilər Livanın Abbasın səfəri ilə silahsızlaşdırma istiqamətində əsaslı nəticə əldə edəcəyinə dair gözləntilərini real saymırlar. Regiondakı mürəkkəb siyasi vəziyyət, düşərgələrdə müxtəlif qrupların təsiri və Abbasın onlara qarşı zəif təsir imkanları bu prosesin mürəkkəbliyini artırır. Abbasın bu səfərinin dialoqu başlatmaq baxımından əhəmiyyətli ola biləcəyi qeyd edilsə də, bu təşəbbüsün gerçək siyasi nəticələrə gətirib çıxaracağı hələlik sual altındadır.

Fələstin rəhbərliyinə daxili tənqidlər

Bəzi fələstinli dairələr Mahmud Abbası Qəzzada HƏMAS-ın 2023-cü ilin oktyabrındakı hücumundan sonra yaranan dağıntıya görə məsuliyyət daşımaqda ittiham edirlər. Onun rəhbərlik etdiyi Fələstin Muxtariyyəti nə bölgəyə nəzarət edə bildi, nə də HƏMAS-ın qarşısını almağa çalışdı. Üstəlik, Abbasın Fəth hərəkatı daxilində də liderlik böhranı yaşanır.

Onun təşəbbüs göstərməməsi və Fələstin Azadlıq Təşkilatına daxil olan fraksiyaları bir araya gətirə bilməməsi rəhbərliyi zəiflədib, HƏMAS-ın hərbi və siyasi nüfuzunu artırıb.

Ziyarət fonu və ümumi razılaşma

Bu, Mahmud Abbasın 2017-ci ildən bəri Livana ilk səfəridir və üç gün davam edəcək. Livanda hazırda 220 mindən çox fələstinli yaşayır. Onlar sıx və ağır şəraitdə yerləşən düşərgələrdə məskunlaşıblar və ölkədə bir çox sahələrdə işləmək hüququndan məhrumdurlar.

Məqalədə: #Livan #Mahmud Abbas #livan xin #Livan xəbərləri #Livan hava limanı böhranı #İraq və Livan müqavimət hərəkatı #Livan siyasəti 2025 #Mahmud Abbas və Suriya prezidenti Əhməd Şəra görüşü #Mahmud Abbas Dəməşqə səfər #Livan Hizbullah #Mahmud Abbas Livanda #Cözef Aun və Mahmud Abbas görüşü #Mahmud Abbasın səfəri 2025

Mövzu üzrə digər xəbərlər

"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
Neft və qaz

"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə

11 Sentyabr 23:07
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.