11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Gələcək nəsillərə mədəni miras ötürmək imkanlarımız var - Bilal Ərdoğan

22 May 2025 16:50
Gələcək nəsillərə mədəni miras ötürmək imkanlarımız var - Bilal Ərdoğan

BAKI, AzerVoice

Biz mədəni izləri yenidən canlandırırıq.

AzerVoice xəbər verir ki, İstanbul Atatürk Hava Limanında start götürən 7-ci Etnospor Mədəniyyət Festivalı rəngarəng proqramı ilə davam edir.

Dörd gün ərzində keçiriləcək festivalın açılışında Dünya Etnosport Birliyinin sədri Bilal Ərdoğan, Gənclər və İdman Naziri Osman Aşkın Bak, İstanbul Valisi Davud Gül və bir sıra ölkələrdən gəlmiş nümayəndələr iştirak ediblər.

Festivalın açılışı Han Çadırı qarşısında təşkil olunmuş rəsmi mərasimlə gerçəkləşib. Bilal Ərdoğan çıxışında festivalın əsas hədəflərindən danışaraq “Biz öz köklərimizə söykənən dəyərləri, kollektiv yaddaşımızı və gələcək nəsillərə buraxacağımız mədəni izləri canlandırırıq. Bu festival mədəniyyət və idman sahəsində dünyanın aparıcı tədbirlərindən birinə çevrilmək iddiasındadır. Bu ilki mövzumuz isə ‘Ənənə ailədən başlayır’ şüarı ilə ailə dəyərlərinin önəmini ön plana çıxarır.” - deyə bildirib.

Ərdoğan çıxışında, 2025-ci ilin “Ailə ili” elan olunması ilə əlaqədar festivalın ailə bağlarını möhkəmləndirən ənənəvi idman və oyunlara xüsusi diqqət ayırdığını vurğulayıb.
“Bu torpaqları vətənə çevirən ağsaqqallarımızın mirasını yeni nəsillərə ötürmək üçün güclü imkanlara sahibik. Festivalda müşahidə olunan yüksək maraq, gənclərin öz irsinə olan bağlılığını əks etdirir.” - deyə o qeyd edib.

O, həmçinin Qəzzada uşaqların oyun hüququndan məhrum edilməsinə diqqət çəkərək, “Keçən il ‘Hər uşağın oynamaq haqqı var’ şüarını önə çıxardıq. Bu il də eyni prinsipi müdafiə edirik. Dünya uşaqlarının bombalar altında deyil, oyun meydanlarında böyüməsini istəyirik,” – deyə bildirib.

Festivalda çıxış edən Gənclər və İdman Naziri Osman Aşkın Bak isə qeyd edib ki, bu cür tədbirlər vasitəsilə milli dəyərlər gənc nəsillərə aşılanır.

İstanbul Valisi Davud Gül də festivalın mədəni müxtəliflik və ailə bağlarının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, İstanbulun 130 ölkədən daha sıx əhaliyə sahib bir şəhər olduğunu xatırladaraq, belə tədbirlərin multikultural dəyərlərin yaşadılmasına böyük töhfə verdiyini söyləyib.

Festival çərçivəsində kortej keçidi və müxtəlif səhnə proqramları təqdim olunub.

Məqalədə: #Türkiyə #Etnoidman #Necməddin Bilal Ərdoğan #Etnospor Mədəniyyət Festivalı 2025 #Ailə ili və mədəni dəyərlər #Dünya Etnosport Birliyi tədbirləri #Multikultural mədəniyyət tədbirləri #Mədəni izlərin canlandırılması

Mövzu üzrə digər xəbərlər

İraq Hizbullahınnı Sinqapurda terror  planı ifşa olunub
İraq

İraq Hizbullahınnı Sinqapurda terror planı ifşa olunub

10 Sentyabr 17:03
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
Liviya

Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?

10 Sentyabr 16:45
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.