14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Qəzzada həlak olan fələstinlilərin sayı 54 minə yaxınlaşıb

25 May 2025 16:26
Qəzzada həlak olan fələstinlilərin sayı 54 minə yaxınlaşıb

BAKI, AzerVoice

İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində həyatını itirənlərin sayı 54 minə yaxınlaşıb.

AzerVoice xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi Telegram kanalında məlumat yayıb.

Məlumata görə, son sutka ərzində Qəzza zolağındakı xəstəxanalara 38 nəfərin cəsədi və 204 yaralı daxil olub. Bildirilib ki, statistikaya Şimali Qəzza vilayətindəki xəstəxanalarla bağlı məlumatlar daxil deyil, çünki həmin bölgələrə çıxış demək olar ki, mümkün deyil.

“7 oktyabr 2023-cü ildən bəri İsrailin hərbi təcavüzü nəticəsində ölənlərin sayı 53 min 939 nəfərə, yaralananların sayı isə 122 min 797 nəfərə çatıb” - deyə, məlumatda qeyd olunub.

Qeyd edək ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edib, yanvar ayında elan edilən atəşkəs rejimini pozaraq bölgəyə kütləvi hava zərbələri endirib.

İsrail Baş naziri Binyamin Netanyahunun ofisindən verilən açıqlamaya görə, əməliyyatın əsas məqsədi bütün girovların azad olunmasıdır. Bildirilib ki, hərbi əməliyyatların bərpası, HƏMAS-ın ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və digər vasitəçilərin irəli sürdüyü təklifləri qəbul etməməsi ilə izah olunur.

Öz növbəsində, HƏMAS hərəkatı isə hərbi toqquşmaların yenidən başlamasında məsuliyyətin İsrail və ABŞ-ın üzərində olduğunu bəyan edib.

Məqalədə: #İsrail #Fələstin #Qəzza zolağı #ABŞ #HƏMAS #atəşkəs #Binyamin Netanyahu #Stiven Uitkoff

Mövzu üzrə digər xəbərlər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir
ArabAZ analitika: Geosiyasi təhlillər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir

13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
BookHub: Kitab təhlilləri və xülasələr

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub

13 Sentyabr 21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə Ərəbistanı

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü

13 Sentyabr 20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Texnologiya

Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq

13 Sentyabr 19:51

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.