5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İran Silah Yox, Status İstəyir: Danışıqlarda Qırmızı Xətlər Haradadır?

Danışıqlar, iştirakçı tərəflərlə yanaşı, prosesdə birbaşa iştirak etməyən digər regional güclərə də siqnallar göndərmək məqsədi daşıyır.

28 May 2025 09:00
İran Silah Yox, Status İstəyir: Danışıqlarda Qırmızı Xətlər Haradadır?

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

İranla ABŞ arasında aparılan nüvə danışıqları sadəcə diplomatik bir proses deyil, həm də real və saxta təkliflərin, qarşılıqlı yoxlamaların və manipulyasiya edilmiş mesajların sınaq meydanına çevrilib. Danışıqlar, iştirakçı tərəflərlə yanaşı, prosesdə birbaşa iştirak etməyən digər regional güclərə də siqnallar göndərmək məqsədi daşıyır.

Məsələn, ABŞ-ın İranı uranı zənginləşdirməyi dayandırmağa və digər ölkələr kimi zənginləşdirilmiş uranı xaricdən almağa çağırması bəzi müşahidəçilər tərəfindən İsrailin Baş naziri Benyamin Netanyahunun könlünü almaq cəhdi kimi şərh edilib. Çünki ABŞ ilə husilər arasında dəniz hücumlarının dayandırılması barədə əldə edilən razılaşmanın Tel-Əvivlə məsləhətləşmədən baş verməsi Netanyahu tərəfindən narazılıqla qarşılanmışdı.

Bu səbəbdən amerikalılar, əslində sərt mövqedə olmadıqları halda, zənginləşdirmə məsələsində sərt görünməyə çalışırlar. Bu "tango"nun bir hissəsi kimi, İranın ali rəhbəri Əli Xamenei də danışıqlardan nəticə gözləmədiyini bildirərək pessimistik mesajlar verir.

"Nüvə dövrü" və İranın siyasi inadkarlığı

İran uzun illərdir ki, nüvə enerjisinin "tam dövrəsinə" – yəni xam uranın çıxarılmasından tutmuş, zənginləşdirilməsinə və elektrik istehsalı, tibbi araşdırmalar, kənd təsərrüfatı kimi sahələrdə istifadəsinə qədər olan prosesə – sadiq olduğunu bildirir. Bu isə Tehran üçün istənilən zənginləşdirmə səviyyəsini seçmək imkanı yaradır. İranın 60%-lik zənginləşdirmə səviyyəsinə çatdığını elan etməsi də bu güc nümayişinin bir hissəsidir. Halbuki enerji istehsalında istifadə olunan reaktorlar 5%-dən artıq zənginləşdirilmiş urana ehtiyac duymur.

Nüvə proqramı – milli qürur məsələsi

İllər keçdikcə, İranın nüvə proqramı daxildə siyasi spektrin bütün təbəqələri üçün milli qürur məsələsinə çevrilib. Bu proqramın başlanğıcı Almaniyanın “Siemens” şirkətinin Şah dövründən qalma tikililəri idisə, bu günə qədər milyardlarla dollar xərclənərək onlarla obyekt tikilib. İsrail və ABŞ-ın hücumlarına, alimlərin qətlinə və iqtisadi sanksiyalara baxmayaraq, Tehran bu layihəni davam etdirir.

İlk dəfə olaraq İran bu proqramın detalları barədə danışıqlara açıq yanaşır. Halbuki 2015-ci ildə prezident Obama dövründə əldə olunan və sonradan Tramp tərəfindən ləğv edilən nüvə razılaşmasında İran bu qədər açıq mövqe sərgiləməmişdi.

İran zəifləyən regional təsiri ilə danışıqlara gəlir

Bu dəfəki danışıqlar konteksti də fərqlidir. İranın Qəzzadan İraqa, Yəməndən Suriyaya qədər uzanan təsir zonası zəifləyib. Tehran əvvəllər danışıqlarda mütləq şəkildə Hizbullah və Bəşşar Əsəd kimi fiqurları masaya gətirirdi. İndi isə nə Hizbullahın raket təhdidləri, nə də Əsədin dəstəyi əvvəlki kimi masada deyil.

İraq milisləri artıq susdurulub, husilər isə zəifləmiş və Trampla əldə edilmiş razılaşmadan çıxa bilmir. İranın əvvəllər bölgədəki manevr imkanları daha geniş idi – məsələn, husilərin Körfəz ölkələrini bombalaması və ya Hizbullahın İsrailin şimalına hücum təhdidi – amma indi bu ssenarilər ya sıradan çıxıb, ya da Tehranla bağını itirib.

İranın əvvəllər absurd görünən bəyanatları – məsələn, ABŞ-ı İran bazarına 4 trilyon dollar sərmayə yatırmağa çağırması və ya ABŞ-ın İranın “sülhməramlı” nüvə proqramına nəzarət etməsi kimi təkliflər – bu gün “məntiqli güzəştlər” kimi təqdim olunur. Tehran açıq şəkildə bildirir ki, “nüvə silahı istehsal edə bilərik, amma etməyəcəyik.” Bu, İranın bölgədəki güc balansının dəyişdiyini və manevr imkanlarının azaldığını qəbul etdiyini göstərir.

Məqalədə: #İran-ABŞ münasibətləri #ABŞ-İran münasibətləri #İran nüvə proqramı #ABŞ-İran diplomatik münasibətləri #İran nüvə sazişi #İran nüvə razılaşmasının gələcəyi #ABŞ-İran diplomatik münasibətləri 2025 #İran nüvə sazişi 2025-də necə dəyişəcək? #ABŞ-İran münasibətləri: Yeni eskalasiya dalğası? #ABŞ-İran arasında nüvə danışıqları #ABŞ İran danışıqlarında Türkiyənin rolu #ABŞ və İran liderləri #ABŞ-İran razılaşması #İran nüvə silahı #İran-ABŞ nüvə gərginliyi #ABŞ və İsrailin İran siyasəti #İran nüvə təhlükəsi #Tramp İran nüvə razılaşması #ABŞ-İran sanksiya qərarı #ABŞ-İran gərginliyi #Suriya-ABŞ münasibətləri və İran #ABŞ-İran münasibətləri kontekstində Suriya

Mövzu üzrə digər xəbərlər

İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran

İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”

4 Sentyabr 17:33
ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf
İran

ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

2 Sentyabr 19:49
Dəniz mühasirəsi zamanı 84 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
Digər Xəbərlər

Dəniz mühasirəsi zamanı 84 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

1 Sentyabr 20:31
ABŞ mühasirəni gücləndirsə, İran hərbi cavab verəcək - Qalibaf
İran

ABŞ mühasirəni gücləndirsə, İran hərbi cavab verəcək - Qalibaf

1 Sentyabr 20:28

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.