9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Qəzza əhalisinin ərzaq məhsullarını belə almağa imkanı yoxdur - BMT

5 İyun 2025 22:46
Qəzza əhalisinin ərzaq məhsullarını belə almağa imkanı yoxdur - BMT

BAKI, AzerVoice

Qəzzadakı ailələrin 90 faizindən çoxunun bazarda hələ də mövcud olan çox məhdud miqdarda ərzaq məhsullarını belə almağa imkanı yoxdur.

AzerVoice xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) məlumat yayıb.

“Əhalinin qida rasionunda demək olar ki, ət, süd məhsulları, tərəvəz və meyvələr yoxdur, yumurta isə bazardan itib”. Bildirilir ki, ərzaq ehtiyatları azalmağa davam edir, çünki Qəzzaya yalnız kiçik partiyalarla yük maşınları buraxılır. Belə ki, bu həftə Qəzzaya gündəlik təxminən 250 min porsiya yemək daşınıb, halbuki aprel ayının sonunda gündəlik 1 milyondan çox porsiya paylanırdı. Bundan əlavə, ərzaq çatışmazlığı səbəbindən Qəzza zolağındakı ictimai yeməkxanaların yarısı fəaliyyətini dayandırmağa məcbur olub" - deyə, məlumatda qeyd olunub.

Qəzza hökumətinin hesablamalarına görə, əhalinin əsas tələbatlarını ödəmək üçün zolağa hər gün təxminən 500 yük maşını ilə humanitar yardım çatdırılmalıdır. Mayın 19-da İsrail hökuməti Qəzza zolağında aclıq təhlükəsinin qarşısını almaq üçün əsas ərzaq məhsullarının gətirilməsinə icazə verəcəyini açıqlayıb. 18 may tarixində isə İsrail ordusu genişmiqyaslı quru əməliyyatı çərçivəsində anklavın şimal və cənub bölgələrində döyüş əməliyyatlarının başladığını elan edib.

Beynəlxalq monitorinq təşəbbüsü olan “Ərzaq Təhlükəsizliyi üzrə İnteqrasiya edilmiş Faza Təsnifatı”nın (IPC) məlumatına görə, hazırda Qəzzada təxminən 1,95 milyon fələstinli ərzaq çatışmazlığı ilə üzləşir, onlardan 133 mindən çoxu isə aclıq çəkir. Hesabatda qeyd edilir ki, İsrailin hərbi əməliyyatlarını bütün anklav boyu genişləndirməsi və humanitar təşkilatların əhaliyə yardım çatdıra bilməməsi səbəbindən Qəzza sektorunda aclığın baş verməsi getdikcə daha da real görünür.

Məqalədə: #İsrail #Fələstin #Qəzza zolağı #BMT #humanitar böhran #OCHA #Qəzzada ərzaq çatışmazlığı #Qəzzada aclıq və səfalət #Qəzzada aclıq və resurs çatışmazlığı

Mövzu üzrə digər xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

00:22
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər

Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo

8 Sentyabr 20:06
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.