8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Tramp və İran... “Fordo”dan sonrakı mərhələ nədir?

Həqiqət, təxribat və ABŞ-İran qarşıdurmasının mümkün ssenariləri

22 İyun 2025 10:08
Tramp və İran... “Fordo”dan sonrakı mərhələ nədir?

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

İranla İsrail arasında gedən müharibəni yalnız “Fordo” nüvə obyektinin taleyi ilə əlaqələndirmək – sadələşdirilmiş və yanıltıcı bir yanaşmadır. Donald Trampın Fordo kimi yeraltı nüvə obyektini məhv etmək üçün döyüş təyyarələri göndərdiyini təsəvvür etsək belə, əsas sual yaranır: sonra nə olacaq?

Trampın Yaxın Şərqə genişmiqyaslı müdaxilələrə qarşı ehtiyatlı mövqeyi nəzərə alınarsa, o, birbaşa zərbə ilə kifayətlənib bombardmançıları geri çağırar və bunu siyasi “qələbə” kimi təqdim edərdi. Lakin bu, problemin həqiqi həllimi olardı? Çətin...

İranın cavabı: Yaxınlıqdakı ABŞ bazaları və qisas imkanı

İran, hücuma məruz qalarsa, bölgədəki ABŞ qüvvələri və maraqlarına cavab zərbələri endirəcəyini dəfələrlə bəyan edib. Coğrafi yaxınlıq bu cavabın effektivliyini artırır. Bu, İranın İsrailə qarşı eyni reaksiyanı verməməsinin əsas səbəblərindən biridir: uzaqlıq və müasir hava qüvvələrinin olmaması.

İranın atəş açması isə ABŞ-ın məcburi və dağıdıcı cavabına gətirib çıxara bilər. Hətta Trampın son bəyanatlarında olduğu kimi, bu, Ali lider Əli Xameneinin hədəfə alınması ilə nəticələnə bilər.

Trampın İranı “kəsmə zərbəsi” ilə sarsıtması mümkün olsa da, bununla iş bitmir. ABŞ Mərkəzi Komandanlığı yüksək hazırlıq vəziyyətindədir və əsgərlərinin bir qismini artıq bölgədən çıxarıb. Amma bu belə, ABŞ-ı itkisiz buraxmaz, sadəcə itkiləri azalda bilər. İranın isə cavab zərbələrinə güvəni daha güclüdür.

İranın gələcəyi: Rejim süqutu və ya daha sərt diktatura?

Əgər ABŞ Fordo zərbəsi ilə kifayətlənərsə və Tehran rejimi yerində qalarsa, nəticə daha da radikallaşmış bir sistem olacaq. Lakin əgər rəhbərlik fiziki olaraq aradan götürülərsə, bu halda İranın qarşısında boşluq yaranacaq: nə yeni siyasi sistem, nə də “Sepah”dan (İslam İnqilabı Keşikçiləri Korpusu) asılı olmayan iqtisadi struktur mövcuddur.

Bəziləri şahın oğlu Rza Pəhləvini alternativ kimi təqdim edir. Lakin onun real nüfuz dairəsi və xalq içində dəstəyi barədə ciddi şübhələr var. Bu, bir qədər İraqda ABŞ-ı işğala inandıran, lakin sonradan xalqın dəstəyini qazanmayan Əhməd Çələbi ilə müqayisə edilə bilər.

ABŞ 1991-ci ildə “Səhrada Fırtına” əməliyyatı zamanı Səddam Hüseyni devirməkdən imtina etmişdi – bu, o vaxt strateji baxımdan doğru hesab olunmuşdu. Amma 2003-cü ildə Corc Buş həmin dərsi nəzərə almadı. Tramp eyni seçim qarşısındadır: bir obyektin məhv edilməsi ilə kifayətlənmək, yoxsa rejimi tam dəyişmək?

İran xalqı “daha pis” və “ən pis” arasında sıxışıb

ABŞ sadəcə zərbə endirib geri çəkilərsə, İran rejimi bir müddət sonra daha da sərtləşərək nüvə və regional proqramlarını bərpa edəcək. Əgər rəhbərlik devrilərsə, idarəsiz və iqtisadiyyatsız bir İran qalacaq. Hər iki ssenaridə isə əziyyəti xalq çəkəcək – bütün müharibələrdə olduğu kimi.

Yekun: “Fordo” sadəcə başlanğıcdır – əsl dilemma isə ondan sonra gəlir.

Məqalədə: #Əli Xamenei #Ayətulla Seyid Əli Xamenei #İran-ABŞ münasibətləri #Xameneinin varisi #İran-ABŞ gərginliyi #İran və ABŞ-nın Suriyadakı mübarizəsi #ABŞ İran danışıqları və Həşd məsələsi #İran ABŞ danışıqları #ABŞ-İran arasında nüvə danışıqları #Ali Xamenei 2025 #İran-ABŞ Muskat görüşü #Donald Trump və Ali Xamenei #Niyə Xamenei danışıqlara məcbur qalıb? #İran və ABŞ arasında yeni saziş olacaqmı? #Riyad Tehran dialoqu #Ayətullah Xamenei #Muskatda ABŞ-İran danışıqları fonunda Tehranda səfər #Ayətullah Xamenei ilə Xalid bin Salman nə müzakirə etdi? #Tehranda diplomatik ab-hava #ABŞ İran danışıqlarında Türkiyənin rolu #İran-ABŞ əlaqələri #ABŞ və İran liderləri #ABŞ-İran razılaşması #ABŞ və İsrailin İran siyasəti #İran ABŞ dolayı danışıqları #SEPAH və Xamenei əlaqəsi #ABŞ-İran sanksiya qərarı #Tehran partlayış araşdırması #Xamenei və iqtisadi qurumlar #ABŞ-İran gərginliyi #Əli Xamenei Suriya açıqlamaları #Tehran Dialoq Forumu #Təl-Əviv Tehrana qarşı #Müctəba Xamenei liderliyi #Ayətullah Xamenei və İran siyasəti #Ayətullah Xamenei təyinatları #Fordo nüvə obyekti

Mövzu üzrə digər xəbərlər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran

İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”

4 Sentyabr 17:33
ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf
İran

ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

2 Sentyabr 19:49
İran problemləri ABŞ-la dialoq yolu ilə həll etməyə hazırdır - Pezeşkian
İran

İran problemləri ABŞ-la dialoq yolu ilə həll etməyə hazırdır - Pezeşkian

29 Avqust 15:37

Son Xəbərlər

Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.