İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
SEPAH komandiri Həsən Həsənzadə İranın müdafiə mərhələsindən hücum əməliyyatlarına keçmək ərəfəsində olduğunu bildirib.
ABŞ zərbəsi nəticəsində İranın Sirik şəhərində 3 nəfərin öldüyü bildirilir
İranın Sirik şəhərində ABŞ zərbəsi nəticəsində üç nəfərin öldüyü və 15 nəfərin yaralandığı bildirilir. İranın ISNA xəbər agentliyinin məlumatına görə, hücum balıqçılıq körpüsünə həyata keçirilib. Yerli hakimiyyət orqanları zərbə nəticəsində insan itkilərinin olduğunu açıqlayıb. Hadisə ABŞ və İran arasında gərginliyin artdığı bir dövrdə baş verib. Hücumun detalları və hədəfin seçilmə səbəbləri barədə əlavə məlumat verilməyib. Bölgədəki qarşıdurmalar mülki əhalinin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır.
ABŞ və NATO Əfqanıstandakı böhrana görə məsuliyyət daşıyır – İran XİN
İranın xarici işlər naziri Abbas Əraqçi, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Çinin, Rusiyanın və Pakistanın XİN rəhbərləri ilə Əfqanıstan mövzusunda keçirilən dördtərəfli görüşdə ABŞ və NATO-nu regiondakı problemlərin əsas məsuliyyət daşıyıcıları kimi göstərib.
Nüvə proqramından imtina mümkün deyil - İran
İran xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ın raket zərbələri nəticəsində ciddi zərər görən nüvə obyektlərinin bərpa olunacağını və uranın zənginləşdirilməsinin davam etdiriləcəyini bəyan edib.
İran yeni nüvə obyektləri inşa etsə, onlarıda vuracağıq - Tramp
ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər Tehran yeni nüvə obyektlərini inşa etmək qərarına gəlsə, həmin obyektlər məhv ediləcək.
İran hərbi hücuma cavab verməyə hazırdır - Xamenei
İranın ali lideri Əli Xamenei bu gün (çərşənbə) bildirib ki, Tehran yeni hərbi hücuma dərhal və sərt şəkildə cavab verməyə hazırdır.
İran xalqı ABŞ və İsrailin təcavüzünə milli həmrəyliklə cavab verdi - Xamenei
İran İslam İnqilabının Ali Lideri Ayətullah Seyid Əli Xamenei bildirib ki, ABŞ və İsrailin son aylarda İrana qarşı həyata keçirdiyi hərbi və siyasi təzyiqlər zamanı xalq fərqli mövqelərə baxmayaraq bir araya gələrək milli həmrəylik nümayiş etdirib.
İran ABŞ-ın Kubaya qarşı yeni sanksiyalarını pisləyib
İran İslam Respublikası ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi yeni sanksiyalara sərt reaksiya verib.
Netanyahu qarşısına qoyduğu heç bir məqsədə çata bilmədi - Ərakçi
İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzadakı “qələbə” vədinin nəticəsi yalnız hərbi çıxılmaz vəziyyət və müharibə cinayətləri ittihamları olub, İranın nüvə proqramını məhv etmə arzuları isə uğursuzluğa düçar olub.
İsrail və ABŞ-ın hücumları beynəlxalq hüquqa ziddir - Ərakçi
İranın xarici işlər naziri Abbas Ərakçi Braziliyada keçirilən BRİKS sammitində çıxışı zamanı İsrailin və ABŞ-ın İranın nüvə obyektlərinə yönəlmiş son hücumlarını sərt şəkildə tənqid edib.
İran nəzarətə icazə vermir, nüvə fəaliyyətini davam etdirir - Tramp
ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramına dair təftiş və zənginləşdirmə fəaliyyətlərindən imtina etdiyini bəyan edib
İran hücumdan əvvəl bizə xəbərdarlıq edib - Tramp
ABŞ prezidenti Donald Tramp İranın Qətərdəki Əl-Udeyd Hərbi Hava Bazasına hücum etməzdən əvvəl Vaşinqtonu məlumatlandırdığını bir daha bəyan edib.