8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran yeni nüvə obyektləri inşa etsə, onlarıda vuracağıq - Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər Tehran yeni nüvə obyektlərini inşa etmək qərarına gəlsə, həmin obyektlər məhv ediləcək.

19 İyul 2025 19:37
İran yeni nüvə obyektləri inşa etsə, onlarıda vuracağıq - Tramp

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər Tehran yeni nüvə obyektlərini inşa etmək qərarına gəlsə, həmin obyektlər məhv ediləcək.

AzerVoice xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb.

“İranın üç nüvə obyekti tamamilə məhv edilib. Onların fəaliyyətini bərpa etmək üçün illərlə vaxt lazım olardı. Bu obyektləri bərpa etməkdənsə, yenilərini tikmək daha asan olardı – əgər İran bu qərarı versəydi” – deyə Tramp vurğulayıb.

Bundan əvvəl, "NBC News" telekanalı mənbələrə istinadla məlumat vermişdi ki, ABŞ-ın iyun ayında zərbə endirdiyi üç nüvə obyektindən yalnız biri demək olar ki, tamamilə dağıdılıb. Mənbələrin sözlərinə görə, digər iki obyektə daha az ziyan dəyib və əgər Tehran müvafiq qərar versə, yaxın aylarda bu obyektlərdə zənginləşdirmə işləri yenidən başlaya bilər. Ağ Ev isə bu qiymətləndirmələri rədd edib. Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildirib ki, ABŞ-ın zərbələri İranın nüvə potensialının “tamamilə məhv edilməsinə” gətirib çıxarıb.

Digər tərəfdən, ABŞ kəşfiyyatı hesab edir ki, endirilən zərbələr İranın nüvə proqramının əsas komponentlərini məhv etməyib. ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin ilkin qiymətləndirməsinə görə, bu hücumlar Tehranın nüvə bombasına sahib olmasını sadəcə bir neçə ay təxirə salıb. Bununla belə, idarə bu nəticələrin dəqiqliyinə aşağı inam səviyyəsi ilə yanaşıldığını da qeyd edib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək rütbəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər həlak olub. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas çağırılmasını istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

Məqalədə: #İsrail #İran #ABŞ #Qətər #nüvə proqramı #İsrail və İran gərginliyi #İran-ABŞ münasibətləri #İsrail və İran münasibətləri #İsrail-İran münaqişəsi #İranın nüvə proqramı #İran-İsrail geosiyasi mübarizəsi #ABŞ-İran münasibətləri #İran nüvə proqramı #İran və İsrail gərginliyi #İran İsrail münasibətləri #ABŞ və İran arasında hərbi gərginlik #İran və İsrail kəşfiyyat savaşı #İran-ABŞ gərginliyi #İran-İsrail münaqişəsi #ABŞ-İran diplomatik münasibətləri 2025 #İran və ABŞ arasında gərginlik #İranın nüvə proqramı və beynəlxalq reaksiyalar #İran və İsrail qarşıdurması #hava zərbələri #İran-İsrail münasibətləri #İranın nüvə proqramı 2025 #İran-ABŞ nüvə gərginliyi #İsrail İran hücumu #Nətənz nüvə obyekti #İsrail İran hücumu 2025 #İsrail İran əməliyyatı 2025 #Fordo nüvə obyekti #ABŞ-İsrail-İran üçbucağı #İsrail-İran atəşkəsi

Mövzu üzrə digər xəbərlər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb

7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

7 Sentyabr 22:04
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.