5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ və NATO Əfqanıstandakı böhrana görə məsuliyyət daşıyır – İran XİN

İranın xarici işlər naziri Abbas Əraqçi, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Çinin, Rusiyanın və Pakistanın XİN rəhbərləri ilə Əfqanıstan mövzusunda keçirilən dördtərəfli görüşdə ABŞ və NATO-nu regiondakı problemlərin əsas məsuliyyət daşıyıcıları kimi göstərib.

26 Sentyabr 2025 14:33
ABŞ və NATO Əfqanıstandakı böhrana görə məsuliyyət daşıyır – İran XİN

BAKI,AzerVoice, Fərid Mikayılov

İranın xarici işlər naziri Abbas Əraqçi, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Çinin, Rusiyanın və Pakistanın XİN rəhbərləri ilə Əfqanıstan mövzusunda keçirilən dördtərəfli görüşdə ABŞ və NATO-nu regiondakı problemlərin əsas məsuliyyət daşıyıcıları kimi göstərib.

AzerVoice xəbər verir ki, Əraqçi çıxışında bildirib ki, ABŞ-ın iki onillik davam edən hərbi iştirakı Əfqanıstana “faciə və qeyri-sabitlikdən başqa heç nə gətirməyib”. Onun sözlərinə görə, bu müddətdə minlərlə insan həyatını itirib, terrorçuluq, narkotik dövriyyəsi, korrupsiya, yoxsulluq və qaçqınlıq halları daha da dərinləşib.

“2021-ci ildəki çıxış məsuliyyətin sonu deyil, əksinə, biabırçı bir geri çəkilmə idi və onun nəticələri hələ də region ölkələrinin üzərinə düşür” – deyə o qeyd edib.

İranlı diplomat Əfqanıstana tətbiq olunan sanksiyaları tənqid edərək, onların ölkənin iqtisadi bərpasını əngəllədiyini vurğulayıb.

“Əfqanıstanın dondurulmuş aktivləri qeyd-şərtsiz azad edilməli, bu vəsaitlər ölkənin iqtisadi sabitliyinin bərpasına və əhalinin rifahına yönləndirilməlidir”- deyə Əraqçi bildirib.

Nazir, İŞİD-lə mübarizədə müəyyən irəliləyişlərə baxmayaraq, digər ekstremist və terror qruplarının hələ də Əfqanıstanda mövcudluğunu region üçün ciddi təhlükə adlandırıb. O, müvəqqəti hökuməti “bütün terror təhdidlərinə qarşı şəffaf, yoxlanıla bilən və qəti tədbirlər” görməyə çağırıb.

Məqalədə: #İran #Rusiya #ABŞ #Pakistan #NATO #Çin #Əfqanıstan #İŞİD terror təşkilatı #İran XİN #Abbas Əraqçi #İran-ABŞ gərginliyi #ABŞ İran toqquşması

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.