9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Yaxın Şərqdə İdeoloji Müharibələr sona çatır...Uduzan kimlərdir?

Eyni şəkildə HƏMAS da ideologiyanı dövlətin və xalqın üzərinə qoyduğu üçün uduzdu.

22 İyun 2025 12:00
Yaxın Şərqdə İdeoloji Müharibələr sona çatır...Uduzan kimlərdir?

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

1973-cü il 6 Oktyabr savaşı İsraili necə təəccübləndirdisə, 2023-cü il 7 Oktyabrda baş verən “Əqsa Tufanı” da bir o qədər sarsıdıcı oldu. Bu iki savaş arasında düz 50 il fərq olsa da, hər biri tarixi mərhələlərin sonunu və yenisinin başlanğıcını simvolizə edir. Birincisi ərəb dövlətlərinin İsrailə qarşı sonuncu klassik müharibəsi oldu və Misirlə sülh müqaviləsi ilə nəticələndi. İkincisinin – “Əqsa Tufanı”nın – nəticələri isə hələ tam görünməsə də, bölgədə “milis əsri”nin və İranın Fələstin bəhanəsi ilə regiona nüfuzunun sonunu xəbər verir.

Sadat barışa getdi, bəs HƏMAS...?

1973-cü ildən sonra Misir prezidenti Ənvər Sadat sülh yolunu seçdi. Baxmayaraq ki, o dövrün bəzi ərəb dairələri onu “xain” adlandırdı, bir çoxları isə onu zamanını qabaqlayan, müdrik qərar verən lider hesab etdi. Sadat torpağını geri aldı və ölkəsini növbəti savaşlardan xilas etdi.

Bəs eyni sual HƏMAS üçün keçərlidirmi? 7 oktyabrda İsraili vuran HƏMAS barış yolunu seçə bilərdimi? Cavab sadə deyil. Sadat misirli idi və milli maraqlar əsas idi. HƏMAS isə bölgədəki daha geniş – İran yönümlü – regional gündəmin tərkib hissəsidir. HƏMAS liderləri dəfələrlə bəyan ediblər ki, onların mübarizəsi Fələstin dövləti üçün olmaqla yanaşı, təşkilatın öz varlığı üçündür. İsrail isə bu hücumdan sonra yalnız bir şeyi qəbul edəcəkdi – tam təslimiyyət.

İsrail illərdir hazırlaşırdı

İsrail üçün 7 oktyabr sürpriz oldu, lakin sonrakı hadisələr göstərdi ki, bu savaş Tel-Əvivin uzun illər öncədən planlaşdırdığı strateji bir mərhələ idi. Fordo və Nətənz kimi obyektlərə hücum, İsmayıl Haniyyənin, Fəttah Şükürün və Həsən Nəsrullahın hədəfə alınması, Dəməşqdə İran konsulluğuna zərbə, hətta İranda daxildən həyata keçirilən əməliyyatlar bunu sübut edir. İsrail yalnız “qolları” deyil, “başı” – yəni İranın özünü də hədəf seçmişdi.

İdeoloji savaşların sonu

Əgər bu müharibənin sonunda İran danışıqlar masasına geri dönərsə – istər şərtlərə görə bu “təslimiyyət” adlandırılsın, istərsə də “görüş” – hər iki halda bu, İran İslam Respublikasının bölgədəki ideoloji layihəsinin sonudur. Artıq Fələstin “bəhanəsi” kimi istifadə edilə bilməyəcək.

Eyni şəkildə HƏMAS da ideologiyanı dövlətin və xalqın üzərinə qoyduğu üçün uduzdu.

İki cəbhə, bir nəticə: Uduzan həm də İsraildir

İran və onun müttəfiqləri ideologiyaya qapılaraq dövləti məhv etdilər. Ancaq bu savaşda uduzan yalnız onlar deyil. İsrailin özü də hazırda radikal ideologiya ilə idarə olunur. Müharibədən sonra bu sual onun qarşısında dayanacaq: O, radikalların təsiri altında qalacaq, yoxsa beynəlxalq hüququ tanıyan dövlət kimi rasional davranacaq?

Bütün bu suallara indi cavab vermək çətindir. Amma bir həqiqət aydındır – bu savaş digər savaşlardan fərqlənir. Burada tək qalib yoxdur. Bu, həm də İsrail üçün, həm də İran üçün, həm də Fələstin üçün dağıdıcı bir dönüş nöqtəsidir. Tarixin bu səhifəsi həm bölgədə, həm də dünyada ideoloji savaşların sonunu yazır.

Məqalədə: #İsrail #İran #HƏMAS #Həsən Nəsrullah #İsmayıl Haniyə kimdir? #İran ballistik raketləri #İran inqilabı və şiə siyasəti #İsrail və Hizbullah qarşıdurması #HƏMAS və Hizbullah əlaqələri #Hizbullah və Livan siyasəti #İran siyasəti #İranın ali rəhbəri #İranın dini elitası #İran dini bürokratiyası #Həsən Nəsrullah sui-qəsdi #Hizbullah və Livan münaqişəsi #İsrailə qarşı etirazlar #ABŞ-İsrail ortaq strategiyası #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #İran və HƏMAS əlaqələri #HƏMAS və İslami Cihad #Nəsrullahın dəfni #HƏMAS-ın bəyanatı #HƏMAS rəsmisi Usamə Həmdan #7 Oktyabr HƏMAS hücumu #HƏMAS-ın qəfil hücumu #HƏMAS İsrail münaqişəsi #HƏMAS və İsrail müharibəsi #HƏMAS-ın hərbi strategiyası #İsrail hökuməti HƏMAS hücumuna niyə hazır deyildi? #HƏMAS İsrailə necə hücum etdi? #HƏMAS-ın girovlarla bağlı siyasəti #HƏMAS və İsrail münaqişəsi #Həmasın təşkilati strukturu #Xalq HƏMAS-ın uzaqlaşdırılmasını istəyir #İsrailin HƏMAS-a qarşı siyasəti #HƏMAS və İsrail #Hizbullah Briqadaları İraq #Hizbullah və Əl-Əmal Hərəkatı #Hizbullahın silahsızlaşdırılması #Naim Qasim və Hizbullah #Həsən Nəsrullah və şiə travması #İsmayıl Haniyyə qətlə yetirildi

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

10:14
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

00:22

Son Xəbərlər

Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
20:28
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
20:02
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
19:59
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
19:54
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.