Qətər və Qayana kənd təsərrüfatı və texnologiya sahələrində əməkdaşlığın gücləndirilməsi məqsədilə anlaşma memorandumu imzalayıb.
ArabAZ xəbər verir ki, memorandum Qətərin Bələdiyyə naziri Abdullah bin Həməd bin Abdullah Əl-Ətiyyə və Qayananın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Hyu Hilton Todd tərəfindən imzalanıb.
Sənəd tərəflər arasında davamlı kənd təsərrüfatının inkişafı və müasir texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Razılaşma çərçivəsində kənd təsərrüfatında müasir texnoloji həllərdən istifadənin təşviqi və davamlı inkişaf prinsiplərinin dəstəklənməsi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
Memorandumun Qətər və Qayana arasında kənd təsərrüfatı və texnologiya sahələrində təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar yaratması gözlənilir.