6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İsrail-İran müharibəsi: Qısa döyüş, cavabsız suallar

İsrail və İran arasında baş verən müharibədə atəşkəsin elan edilməsi, onun başlanması qədər gözlənilməz və sarsıdıcı oldu.

25 İyun 2025 15:00
İsrail-İran müharibəsi: Qısa döyüş, cavabsız suallar

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

İsrail və İran arasında baş verən müharibədə atəşkəsin elan edilməsi, onun başlanması qədər gözlənilməz və sarsıdıcı oldu. Ən müxtəlif təhlil və proqnozlarda iştirak edən müşahidəçilər bu qarşılıqlı raket və hava zərbələrinin uzun müddət davam edəcəyində, tərəflərin məsul şəxsləri tərəfindən irəli sürülən maksimalist hədəflərə çatmaq üçün kifayət qədər uzun zamana ehtiyac olacağına dair ortaq fikir bildirirdilər.

Qərginlik öz zirvə nöqtəsinə çatanda – İran Qətərdəki Əl-Udeyd ABŞ bazasına raketlər atdığı anda – artıq Fars körfəzi ölkələrinin də, Cənubi İsraildən tutmuş Şərqi İrana qədər, Suriyanı, Livanı və İraqı əhatə edən genişmiqyaslı bir müharibənin cəbhəsinə çevriləcəyi düşünülürdü. Ancaq cəmi bir neçə saat sonra ABŞ Prezidenti Donald Tramp çıxış edərək atəşkəsin əldə olunduğunu elan etdi və İranın hücum qərarı barədə ABŞ-ı əvvəlcədən xəbərdar etdiyinə görə təşəkkür etdi.

Tramp müharibə günlərində olduqca aktiv və səsli görünürdü. O, İsrailin gözlənilməz hücumunu belə əsaslandırdı: bu, İranla aparılan son danışıqların əvvəlində verilmiş 60 günlük vaxtın bitməsi ilə əlaqədar idi. Onun çıxışları, tvitləri və jurnalistlərlə söhbətləri daha çox şəxsi əhval-ruhiyyəsinin təzahürü kimi görünürdü, nəinki dəqiq müəyyən olunmuş siyasi strategiyanın ifadəsi kimi.

Trampın ABŞ-ın birbaşa müdaxiləsindən əvvəl tərəflərə mövqelərini müəyyənləşdirmək üçün iki həftəlik vaxt verəcəyi ilə bağlı açıqlaması, eyni anda ABŞ-ın B-2 bombardmançı təyyarələrinin İranın Fordo, İsfahan və Natanz şəhərlərindəki obyektlərini bombalamağa yollanması ilə paralel baş verirdi.

Bu isə bir tərəfdən döyüş zamanı qəbul edilə biləcək bir “hiylə” kimi görünsə də, digər tərəfdən dünya ictimaiyyəti üçün mesaj idi: ABŞ-ın mövcud rəhbərliyi ilə işləmək çətindir. Bu, həm də o narahatlığı artırır ki, Vaşinqton artıq nə beynəlxalq hüquqa, nə də öz daxili qanunlarına əməl edir. Çünki Tramp Konqresin razılığı olmadan hərbi əməliyyatlara başlamağı əmr etmişdi.

Məsələni daha da qəlizləşdirən odur ki, elan edilmiş atəşkəsin məzmunu, onun bəndləri və döyüşən və ya vasitəçi tərəflərin konkret öhdəlikləri ilə bağlı heç bir aydınlıq yoxdur – əgər belə bəndlər doğrudan da mövcuddursa. Amma bu qeyri-müəyyənlik Trampın – atəşkəsin əsas təşəbbüskarı olan şəxsin – həm İsraili, həm də İranı bu razılaşmanın yerinə yetirilməməsinə görə qınamasına mane olmadı.

İran–İsrail müharibəsi – heç olmasa onun birinci raundu – uzun çəkmədi. Lakin çoxsaylı suallar doğurdu. Məsələn, nə üçün İsrailin Baş naziri Benyamin Netanyahu müharibəni dayandırdı? Halbuki o yaxşı bilirdi ki, İranın nüvə proqramı tamamilə məhv edilməyib, yüksək dərəcədə zənginləşdirilmiş uran hələ də Tehranın nəzarətindədir. O da bəllidir ki, İsrailin məqsədi təkcə İran rejimini çökdürmək idi və bu, reallaşmayıb. Eyni zamanda, İsrail şəhərlərində görünməmiş miqyasda dağıntı, hərbi əməliyyatların yüksək maliyyə dəyəri və ümumi iqtisadi həyatın iflic olması, Netanyahunun əleyhinə işləyə biləcək ciddi siyasi nəticələr doğura bilər – müharibə zamanı israillilərin onun ətrafında sıx birləşməsinə baxmayaraq.

Digər tərəfdən, bu müharibə İranın regiondakı gələcək roluna dair də sualları cavabsız buraxdı. Rusiya və Çin kimi güclərin susqunluğu müəyyən mənada anlaşılandır. Bu ölkələr heç vaxt İranı strateji müttəfiqləri kimi təqdim etməyiblər – istər iqtisadi əməkdaşlıqda, istərsə də silah satışı çərçivəsində. Onlar bu müharibədən uzaq durmağı seçdilər. Beləliklə, İran beynəlxalq arenada tək qaldı və hətta əvvəllər onun mövqeyini anlayışla qarşılayan ölkələrdə belə sərt tənqidlərə məruz qaldı.

Ərəb ölkələrinin və bəzi digər dövlətlərin İsrailin İrana hücumunu pisləyən bəyanatları belə, İranın beş onillik ərzində formalaşdırdığı və nəticədə onu diplomatik təcridə sürükləyən siyasətinin doğurduğu beynəlxalq tənhalığı gizlədə bilmədi. İran heç bir böyük güclə iqtisadi əlaqələrin fövqündə duran dərin strateji münasibət qura bilməyib. Əvəzində, özünü qlobal mərkəz ölkəsi və İslam dünyasının lideri kimi təqdim etməyə çalışıb, halbuki bu iddianı dəstəkləyəcək real güc imkanlarına malik deyil.

Daha önəmli bir məqam isə İranın uzun illər ərzində “Hizbullah”, husilər və İraqın silahlı şiə qruplarını silahlandırıb dəstəkləməsinə baxmayaraq, bu təşkilatların İrana dəstək verməyə nə istək, nə də imkan göstərməməsidir. Bu, İranın regiondakı təsirinin zəiflədiyini və “müqavimət oxu” adlanan deterrens sisteminin iflasa uğradığını açıq şəkildə göstərir. 7 oktyabr 2023-cü ildə baş vermiş strateji səhv bu strukturun çökməsinin başlanğıcı oldu və indi yüksək ritorikaya baxmayaraq, real güc nümayiş etdirməkdə acizdirlər.

Bir daha qeyri-müəyyənlik hökm sürür: qərarlar, əməli addımlar, siyasi ritorika və proqnozlar olduqca dəyişkəndir. Netanyahu öz gözləri ilə Tehran, İsfahan, Məşhəd və Şiraz küçələrində “molla rejiminin” devrilməsini tələb edən izdihamlar görmədi. İran isə uzun illər milyardlarla dollar xərcləyib silahlandırdığı və təlim keçirdiyi müttəfiqlərinin susqunluğuna aciz şəkildə tamaşa etməli oldu.
Bütün bunların fonunda görünən odur ki, bu müharibənin ən böyük qalibi nə İran nə də İsrail nə də Trampdır.

Məqalədə: #İsrail #İran #İsrail və İran gərginliyi #İran-ABŞ münasibətləri #İsrail və İran münasibətləri #İsrail-İran münaqişəsi #İran-İsrail geosiyasi mübarizəsi #ABŞ-İran münasibətləri #İran və İsrail gərginliyi #İran İsrail münasibətləri #İran-İsrail gərginliyi #ABŞ-İran diplomatik münasibətləri #İran və İsrail kəşfiyyat savaşı #İran-ABŞ gərginliyi #İran-İsrail münaqişəsi #ABŞ-İran diplomatik münasibətləri 2025 #İran və İsrail arasında hərbi toqquşma riski #ABŞ-İran münasibətləri: Yeni eskalasiya dalğası? #İran və İsrail münasibətləri #İsrail və İran arasında artan gərginlik #İran və İsrail qarşıdurması #İran ABŞ danışıqları #ABŞ-İran arasında nüvə danışıqları #İran-ABŞ əlaqələri #ABŞ və İran liderləri #ABŞ-İran razılaşması #İran-ABŞ nüvə gərginliyi #ABŞ-İran gərginliyi #İsrail İran hücumu #ABŞ İran gərginliyi #İran-İsrail qarşıdurması #İsrail İran hücumu 2025 #İran İsrail qarşıdurması #İsrail İran əməliyyatı 2025 #ABŞ-İsrail-İran üçbucağı

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.