11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Sədr İraq seçkilərində necə və nə vaxt iştirak edəcək?

Seçkilər 2025-ci ilin noyabr ayında keçirilməsi planlaşdırılır.

5 İyul 2025 20:00
Sədr İraq seçkilərində necə və nə vaxt iştirak edəcək?

BAKI,AzerVoice ANalitik Təhlil Mərkəzi

Müqtəda əs-Sədrin İraqdakı siyasi prosesə qayıtma ehtimalı və qarşıdan gələn seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı fikirlər İraqda ictimai rəyin diqqətini üzərində saxlamaqda davam edir – seçkiyə namizədlərin qeydiyyatı başa çatmış olsa da.

Bu ehtimallar xüsusilə Sədr tərəfdarlarının Bağdadın mərkəzində yerləşən və İraqdakı etirazların rəmzi sayılan “Təhrir Meydanı”nda çadır qurmasından sonra daha da güclənib.

Hazırda Müqtəda əs-Sədr namizədliyini irəli sürə bilməz, çünki Müstəqil Seçki Komissiyası artıq qeydiyyat müddətinin başa çatmasını elan edib. Lakin müşahidəçilər hesab edir ki, bu müddət yenidən uzadıla bilər.

Məlumata görə, İraqın baş naziri Məhəmməd Şiə əs-Sudani seçki komissiyasının səlahiyyətli şəxsləri ilə əlavə namizədlik müddətinin hüquqi imkanlarını müzakirə edə bilər. Bu isə Sədrin seçki yarışına qayıtması üçün yeni bir fürsət ola bilər.

Əgər Sudani belə bir təşəbbüs irəli sürərsə, bu, bir çoxlarını, xüsusən də “Koordinasiya Çərçivəsi” ittifaqı üzvlərini narahat edə bilər. Çünki bu, onun ikinci müddətə baş nazir olmaq üçün “Sədr Cərəyanı” ilə mümkün ittifaqa girəcəyinə dair şübhələri artıracaq. Lakin Sədr tərəfi bu məsələdə heç bir təminat vermir.

Hüquqşünas Əli ət-Təmimi “əş-Şərq əl-Əvsat” qəzetinə bildirib ki, “Baş nazirin səlahiyyətlərinə əsasən, o, Seçki Komissiyasına namizəd qeydiyyat müddətinin yenidən açılması üçün müraciət edə bilər. Eyni zamanda, Seçki Komissiyasının da qanuni səbəblərlə bu qərarı verə bilməsi mümkündür.”

Siyasi təhlilçi İyad əs-Səməvi isə bildirib: “Sudaninin ikinci dəfə baş nazir olmaq şansı nisbətən böyükdür, lakin bu, hazırda ölkədə tətbiq edilən məzhəbi və etnik kvota sistemi əsasında aparılan siyasi razılaşmalardan asılıdır.”

Bütün bu ehtimallar fonunda Müqtəda əs-Sədr hələ də öz siyasi gələcəyi ilə bağlı aydın mövqe ortaya qoymayıb. Onun bəyanatları əsasən dini xarakter daşıyır və sosial şəbəkələrdə fərqli yozumlara səbəb olur.

Əs-Sədr Məhərrəm ayının başlanğıcında “Təhrir Meydanı”nda çadır qurmağı əmr edib. “Sədr Cərəyanı”nın liderlərindən Hazim əl-Əərəci bəyan edib ki, bu yer “islahat üçün mayak” olacaq. Cərəyanın Bağdad bürosunun rəhbəri İbrahim əl-Cabiri isə qeyd edib ki, “Təhrir Meydanı”nın seçilməsi səbəbsiz deyil – bu məkan Bağdadın “ürəyidir”.

Müşahidəçilər hesab edir ki, bu simvolik məkan, eyni zamanda qarşıdan gələn parlament seçkilərinə hazırlıq çərçivəsində “Sədr Cərəyanı” və onunla müttəfiq olan yeni qüvvələrin mümkün etiraz aksiyalarına start verməsi üçün bir siqnaldır. Seçkilər 2025-ci ilin noyabr ayında keçirilməsi planlaşdırılır.

2021-ci ildə keçirilmiş son parlament seçkilərində “Sədr Cərəyanı” parlamentdə 73 mandatla birinci olmuşdu. Lakin Müqtəda əs-Sədr sonradan siyasi prosesdən tam çəkilmişdi. Onun rəqibləri – “Koordinasiya Çərçivəsi” qüvvələri parlamentdə bloklayıcı üçdəbir çoxluğu işə salaraq prezident seçkisini əngəlləmiş və nəticədə Sədrin rəhbərlik etdiyi çoxluğun hökumət qurmasının qarşısını almışdılar.

Əs-Sədrin siyasətdən geri çəkilməsindən sonra sabiq baş nazir Heydər əl-İbadi də seçkilərdən geri çəkildiyini açıqlayıb. Onun bu qərarı da ölkədə qarşıdan gələn seçkilərlə bağlı yeni suallar doğurub.

Seçkilərin və hökumətin gələcəyi necə olacaq?

Şiə partiyaları daxilində yayılan fikirlərə görə, bəzi güclü dairələr seçkilərin təxirə salınmasını istəyə bilər. Bunun əsas səbəbi, İraqda və bölgədə siyasi mənzərənin qeyri-müəyyən olması, xüsusilə də İran ilə ABŞ və İsrail arasında artan gərginlikdir.

Yazıçı və jurnalist Müntəzir Nasir bu barədə belə deyib:
“Heydər əl-İbadinin çəkilməsi sıradan bir məsələ deyil. O, siyasi prosesin sütunlarından biri olub, daha əvvəl baş nazirlik edib, bir neçə hökumətdə nazir postu tutub və hər zaman öz seçki blokları ilə seçkilərə qatılıb. O, nə ‘Sədr Cərəyanı’na, nə də etiraz qüvvələrinə və ya yeni partiyalara bənzəyir.Hər seçki mövsümündə seçkilərin cəlbediciliyi azalır. Bu isə vətəndaşın prosesə olan inamının sarsılması ilə bağlıdır. Xüsusilə də ‘ən böyük blok’ anlayışının siyasi şəkildə izah olunması səbəbilə, həmişə seçkidə uduzan tərəf hakimiyyətə gəlir.”

O, əlavə edib ki, İraqda baş nazirin seçilməsi konstitusiyaya əsaslanan bir mexanizmlə həyata keçirilir: əvvəlcə parlamentdə ən böyük blokun namizədi seçilir, sonra hökumət üzvləri və prezident bu çərçivədə razılaşdırılır. Prezidentin seçilməsi isə parlamentin üçdə iki çoxluğu ilə mümkündür və “bloklayıcı üçdəbir” təcrübəsinin təkrarlanmaması vacibdir.

Təhlilçi İyad əs-Səməvi də “əş-Şərq əl-Əvsat”a açıqlamasında qeyd edib:
“Bu məsələ sonda parlamentin birinci iclasından sonra formalaşacaq ən böyük blokun səlahiyyətinə aid olacaq. Baş nazir də məhz bu blok tərəfindən namizəd göstəriləcək.”

Məqalədə: #Müqtəda Sədr #Müqtəda əs-Sədr #Müqtəda Əl-Sədr #Sədr hərəkatı #İraqda seçki boykotu #Sədrin geri çəkilməsi #Sədrçilər #Müqtəda əs-Sədr seçkilərdən niyə çəkildi? #İraqda növbəti seçkilər nə vaxt olacaq? #Müqtəda əs-Sədrin seçki boykotu nə deməkdir? #Sədr hərəkatı İraqda hansı rola malikdir? #Müqtəda əs-Sədrin İranla münasibətləri #İraqda seçkiləri kim qazanacaq? #Sədrin seçkiləri boykot etməsi nəyi dəyişəcək? #İraqda seçki islahatlarına kim mane olur? #Sədr tərəfdarları seçkilərdə iştirak edəcəkmi? #Sədrçi Hərəkat seçki boykotu #Müqtəda əs-Sədr seçkilər #İraqda seçki ittifaqları necə formalaşır? #Müqtəda Sədr seçki qərarı #Sədr hərəkatı seçkiləri boykot edir #İraqda seçki böhranı #Sədr hərəkatı və siyasi təcrid #Sədrin tərəfdarlarının boykotu #İraqda seçki iştirak faizi #Məhəmməd Sadiq əs-Sədrin ildönümü #Sədrin korrupsiyaya qarşı mövqeyi #Sədrəddin əl-Qəbançi

Mövzu üzrə digər xəbərlər

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

16:21
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

12:43

Son Xəbərlər

Qətər Körfəzdə vahid turizm sisteminin yaradılmasına çağırıb
Qətər Körfəzdə vahid turizm sisteminin yaradılmasına çağırıb
17:54
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
17:50
ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
17:46
İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu
İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu
17:42
İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib
İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib
17:39
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.