10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Aİ Qəzzaya humanitar yardımın çatdırılması ilə bağlı İsraillə razılığa gəlib

Razılaşma daha çox keçid məntəqəsinin açılmasını, yardım və ərzaq daşıyan yük maşınlarının bölgəyə girişini, həyati əhəmiyyətli infrastrukturun təmirini və humanitar yardım işçilərinin qorunmasını əhatə edir

10 İyul 2025 20:44
Aİ Qəzzaya humanitar yardımın çatdırılması ilə bağlı İsraillə razılığa gəlib

BAKI, AzerVoice

Avropa İttifaqı (Aİ) İsraillə Qəzza zolağına humanitar yardım çatdırılması barədə razılığa gəlib.

AzerVoice xəbər verir ki, bu barədə Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib.

Kallasın sözlərinə görə, bu razılaşma Qəzzaya humanitar yardımın çatdırılma imkanlarının genişləndirilməsini nəzərdə tutur.

"Razılaşma daha çox keçid məntəqəsinin açılmasını, yardım və ərzaq daşıyan yük maşınlarının bölgəyə girişini, həyati əhəmiyyətli infrastrukturun təmirini və humanitar yardım işçilərinin qorunmasını əhatə edir" - deyə, Kallas bildirib.

O əlavə edib ki, İsrailin razılaşdırılmış bütün tədbirləri dərhal tətbiq etməsi gözlənilir.

Aİ-nin Xarici Fəaliyyət Xidmətinin yaydığı əlavə bəyanatda bildirilib ki, gündəlik olaraq Qəzzaya daxil olan ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu yük maşınlarının sayının əhəmiyyətli dərəcədə artırılması, həm şimal, həm də cənub istiqamətində yeni keçid məntəqələrinin açılması, İordaniya və Misir vasitəsilə yardım yollarının yenidən istifadəyə verilməsi, təndirlər və aş evləri vasitəsilə qida paylanmasının təşkil olunması, yardım mərkəzləri üçün operativ səviyyədə yanacaq tədarükünün bərpası, yardım işçilərinin təhlükəsizliyinin təmin olunması, su təmizləmə qurğularına elektrik verilişinin bərpası və digər həyati əhəmiyyətli infrastrukturların təmiri planlaşdırılır.

Məqalədə: #İsrail #Qəzza zolağı #Avropa İttifaqı (Aİ) #humanitar yardım #Kaya Kallas #Qəzza humanitar böhranı

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

9 Sentyabr 10:14
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

9 Sentyabr 08:09
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

9 Sentyabr 00:22

Son Xəbərlər

Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
9 Sentyabr 21:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.