4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Məhkəmə Netanyahunun həbs orderinin ləğv edilməsi ilə bağlı müraciəti rədd edib

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahunu və sabiq müdafiə naziri Yoav Qalant barəsində çıxarılmış həbs orderlərinin ləğv edilməsi ilə bağlı müraciəti rədd ediblər.

16 İyul 2025 22:00
Məhkəmə Netanyahunun həbs orderinin ləğv edilməsi ilə bağlı müraciəti rədd edib

BAKI, AzerVoice

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahunu və sabiq müdafiə naziri Yoav Qalant barəsində çıxarılmış həbs orderlərinin ləğv edilməsi ilə bağlı müraciəti rədd ediblər.

AzerVoice-un məlumatına görə, məhkəmə, həmçinin İsrailin Qəzza zolağındakı müharibə ilə bağlı BCM-nin yurisdiksiyasına dair irəli sürdüyü etirazlar üzrə qərar verənədək həmin orderlərin qüvvədə qalmasına qərar verib.

Məhkəmənin rəsmi saytında yayımlanan qərara görə, hakimlər həmçinin İsrailin BCM-nin Fələstin ərazilərində törədildiyi hərbi əməliyyatlarla bağlı apardığı genişmiqyaslı istintaqı dayandırmaq tələbini də rədd ediblər.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi 21 noyabr tarixində Netanyahunun, Qalantın və HƏMAS lideri Məhəmməd Diyab İbrahim əl-Misrinin barəsində Qəzzada müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətmək ittihamı ilə həbs qərarları çıxarmışdı.

Məhkəmə daha sonra, fevral ayında, əz-Misrinin öldüyünə dair etibarlı məlumatlar daxil olduğu üçün onun barəsindəki həbs orderini geri götürdüyünü açıqlamışdı.

İsrail, qərargahı Haaqada yerləşən BCM-nin yurisdiksiyasını tanımır və Qəzzada hərbi cinayət törətmədiyini iddia edir. İsrail 2023-cü il oktyabrın 7-də HƏMAS tərəfindən həyata keçirilən hücuma cavab olaraq bu hərbi əməliyyatları keçirdiyini və məqsədinin HƏMAS-ı sıradan çıxarmaq olduğunu bildirir. Bu səbəbdən Netanyahu və Qalant barəsindəki həbs qərarlarına qarşı apellyasiya verib.

İsrail hesab edir ki, apellyasiya palatasının İsrailin BCM-nin yurisdiksiyası ilə bağlı irəli sürdüyü etirazların yenidən nəzərdən keçirilməsi barədə göstərişi bu həbs qərarlarının hüquqi əsasının olmadığını göstərir.

Lakin BCM hakimləri bu arqumenti qəbul etməyiblər və bu gün bildiriblər ki, İsrailin həbs qərarları ilə bağlı hüquqi apellyasiya prosesi hələ də davam edir və həmin orderlər məhkəmə bu məsələ üzrə yekun hökm verənədək qüvvədə qalacaq.

Hazırda bu yurisdiksiya məsələsi üzrə hökmün nə vaxt çıxarılacağına dair konkret vaxt cədvəli yoxdur.

Qeyd edək ki, iyun ayında ABŞ, Benyamin Netanyahunun həbsi ilə bağlı BCM tərəfindən çıxarılan orderə cavab olaraq məhkəmənin dörd qadın hakiminə qarşı misli görünməmiş şəkildə sanksiyalar tətbiq edib. Həmin dörd hakimin ikisi İsrailin müraciətini rədd edən komitənin tərkibində iştirak edib.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #ABŞ #HƏMAS #Yoav Qalant #Beynəlxalq Cinayət Məhkəməsi #məhkəmə #cinayət #Sülh və insanlıq əleyhinə cinayətlər #Müharibə cinayətləri #Məhkəmə prosesi #müharibə cinayəti

Mövzu üzrə digər xəbərlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

21:12
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

20:26

Son Xəbərlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
21:12
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
20:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.