5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Azərbaycan və Yunanıstan XİN rəhbərləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

11 Dekabr 2023 19:27
Azərbaycan və Yunanıstan XİN rəhbərləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Bakı. AzerPress:

11 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşündə iştirakı çərçivəsində Yunanıstan Respublikasının xarici işlər naziri Giorgos Gerapetritis ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AzerPress-ə verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan Yunanıstan arasında ikitərəfli və çoxtərəfli platformalarda mövcud əməkdaşlıq, o cümlədən gələcək perspektivlər, bölgədəki son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə Nazir Ceyhun Bayramov təyinatı münasibətilə Yunanıstan nazirinə təbriklərini çatdırıb. Ötən il Azərbaycan və Yunanıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyi məmnunluqla vurğulanıb. Nazirlər ikitərəfli münasibətlərin daha da inkişafına önəm verdikləri, bundan sonra da bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, energetika, kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə münasibətləri inkişaf etdirməyin və xalqlarımızın mənafelərinə uyğun əməkdaşlığı genişləndirməyin vacibliyi qeyd olunub.

Qarşılıqlı səfərlərin, müxtəlif platformalar çərçivəsində artan təmasların ölkələrimiz arasında siyasi dialoqun gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Tərəflər həmçinin Azərbaycanın enerji təhlükəsizliyi sahəsində Avropanın etibarlı və strateji tərəfdaşı olduğunu bir saha təsdiqləyərək Cənub Qaz Dəhlizi, Trans-Adriatik boru kəməri, eləcə də Yunanıstan Bolqarıstan Qaz İnterkonnektoru müstəsna əhəmiyyətini vurğulayıblar.

Bu xüsusda, iki ölkə arasında enerji sahəsində uğurlu əməkdaşlığın regionun inkişafına və sabitliyinə töhfə verəcəyi, qarşılıqlı maraq doğuran digər sahələri də əhatə edəcəyinə əminlik ifadə olunub.

Nazir Ceyhun Bayramov həmkarını postmünaqişə dövründə bölgədə yaranmış yeni reallıqlar, antiterror tədbirlərini şərtləndirən amillər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, habelə sülh müqaviləsi gündəliyi, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri istiqamətində atılan addımlar barədə ətraflı məlumatlandırıb.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparıb.

Azərbaycan və Yunanıstan XİN rəhbərləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər Azərbaycan və Yunanıstan XİN rəhbərləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
Məqalədə: #Ceyhun Bayramov

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib
Siyasət

Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

3 Sentyabr 11:39
Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib
Siyasət

Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

1 Sentyabr 11:05
Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət

Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

27 Avqust 13:40
Ceyhun Bayramov Ukrayna Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Siyasət

Ceyhun Bayramov Ukrayna Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

6 Avqust 21:39

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.