8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Milli Məclisin sədri Mərakeş Krallığının Xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilərlə iş üzrə naziri ilə görüşüb

15 Dekabr 2023 21:04
Milli Məclisin sədri Mərakeş Krallığının Xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilərlə iş üzrə naziri ilə görüşüb

Bakı. AzerPress:

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 15-də Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilərlə iş üzrə naziri Naser Burita ilə görüşüb.

Parlamentdən AzerPress-ə verilən məlumata görə, nazir Naser Burita Azərbaycanın Mərakeş üçün qardaş ölkə olduğunu söyləyərək, ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini bildirib.

Onun sözlərinə görə, həm Mərakeş, həm də Azərbaycan öz regionlarının mühüm aktorlarıdır və Mərakeş Azərbaycanı regionda mühüm tərəfdaş kimi görür.

Görüşdə ölkələrimizin ərazi bütövlüyü və suverenlik məsələlərində hər zaman bir-birinə qarşılıqlı dəstək verdiyi qeyd edilib. Nazir Naser Burita Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi münasibətilə təbriklərini çatdırıb.

Milli Məclisin sədri Sahibə Qafarova xalqlarımızın oxşar dəyərləri bölüşdüyünü qeyd edərək, Azərbaycan və Mərakeşin qardaş ölkələr olması fikrini təsdiqləyib və bu qardaşlığın hərtərəfli tərəfdaşlığa doğru inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Nazir Naser Burita deyib ki, gələn il Ulu Öndər Heydər Əliyevin Mərakeş Krallığına səfəri və Mərakeş Kralı mərhum II Həsənlə görüşünün 30-cu ildönümü tamam olur. O, bu əlamətdar tarixi hadisə ilə əlaqədar Azərbaycan-Mərakeş əlaqələrini gücləndirmək, münasibətlərimizi qardaşlıqdan tərəfdaşlığa çevirmək niyyətini ifadə edib.

Görüşdə Nazir Naser Burita Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini qeyd edib. Spiker Sahibə Qafarova isə ölkəmizin Hərəkatın sədri kimi qlobal təşəbbüsləri haqqında məlumat verib. O, Mərakeş parlamentinin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində fəal iştirakını vurğulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan parlamentinin rəhbəri kimi Mərakeş Krallığına bu ilk rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlər və apardığı müzakirələr barədə məlumat verib. Ali qanunvericilik orqanlarımız arasında əlaqələrin daha da inkişafı, parlamentlərimizin komitələri, dostluq qrupları arasında əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi bildirilib.

Ölkələrimiz arasında münasibətlərin hazırkı səviyyəsi barədə fikirlərini bölüşən spiker Sahibə Qafarova deyib ki, iqtisadi əlaqələr ölkələr arasında ikitərəfli münasibətlərin əsas komponentlərindən biridir. Bu mənada, Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətinə toxunulub.

Milli Məclisin sədri ikitərəfli əlaqələrdə müqavilə-hüquq bazasının genişləndirilməsinin önəmini qeyd edib. O, ölkələrimiz arasında bir sıra sahələrdə əlaqələrin inkişafı ilə bağlı fikirlərini bölüşüb.

Söhbət zamanı insanlar arasında təmasların sıxlaşdırılması, turizm sahəsində və işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub. Həmçinin, enerji sahəsində əməkdaşlığın gələcək perspektivləri haqqında da fikir mübadiləsi aparılıb və nəqliyyat sahəsində əməkdaşlığın inkişafı məsələlərinə də diqqət çəkilib.

Görüşdə Milli Məclisin sədri postmünaqişə dövründə regionda mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən yenidənqurma və bərpa işləri, həmçinin ölkəmizin sülh təşəbbüsləri, son dövrlərdə Azərbaycan və Ermənistan arasında həyata keçirilən etimad tədbirləri barədə də məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri Mərakeş Krallığının Xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilərlə iş üzrə naziri ilə görüşüb Milli Məclisin sədri Mərakeş Krallığının Xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilərlə iş üzrə naziri ilə görüşüb

Mövzu üzrə digər xəbərlər

Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər

Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo

20:06
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

16:20

Son Xəbərlər

Misir Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalarını alqışlayıb
Misir Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalarını alqışlayıb
21:04
İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
20:55
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
20:18
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
20:11
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
20:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.