13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Sudanda atəşkəs elan edildi

Sudanda ordu ilə toqquşan “Sürətli Dəstək Qüvvələri” (RSF) ABŞ-ın humanitar yardım üçün nəzərdə tutulan atəşkəs təşəbbüsünə razılıq verib. RSF tərəfindən yayılan açıqlamada humanitar fəaliyyətlərin həyata keçirilməsi üçün atəşkəs planına razılıq verildiyi bildirilib. Ancaq tərəflər arasında 2023-cü ildən bəri davam edən döyüşlərin bir çox bölgədə fasilələrlə davam etdiyi qeyd olunur.

7 Noyabr 2025 02:00
Sudanda atəşkəs elan edildi

BAKI, AzerVoice, Orxan Qədirzadə

Sudanda ordu ilə toqquşan “Sürətli Dəstək Qüvvələri” (RSF) ABŞ-ın humanitar yardım üçün nəzərdə tutulan atəşkəs təşəbbüsünə razılıq verib.

AzerVoice-un məlumatına görə, RSF tərəfindən yayılan açıqlamada humanitar fəaliyyətlərin həyata keçirilməsi üçün atəşkəs planına razılıq verildiyi bildirilib. Ancaq tərəflər arasında 2023-cü ildən bəri davam edən döyüşlərin bir çox bölgədə fasilələrlə davam etdiyi qeyd olunur.

BMT-nin məlumatına əsasən, 2023-cü ildən bu yana Sudandakı silahlı qarşıdurmalar nəticəsində 40 mindən çox insan həlak olub. Toqquşmalar səbəbilə 14 milyondan artıq sakin evlərini tərk etmək məcburiyyətində qalıb, təxminən 375 min nəfərin isə aclıq təhlükəsi ilə üz-üzə qaldığı bildirilir.

Ölkədə gərginlik 2019-cu ildə eks-prezident Ömər əl-Bəşirin devrilməsindən sonra yaranıb. Həmin il mülki və hərbi nümayəndələrdən ibarət keçid hökuməti qurulub və Abdulla Hamduk baş nazir təyin edilib. Lakin 2021-ci ilin oktyabrında ordu və RSF tərəfindən həyata keçirilən çevriliş nəticəsində Hamduk vəzifəsindən uzaqlaşdırılıb.

Daha sonra ağır iqtisadi böhran fonunda etirazlar kütləvi xarakter alıb və ordu ilə RSF arasında güc mübarizəsi 15 aprel 2023-cü ildə açıq silahlı qarşıdurmaya çevrilib.

Məqalədə: #ABŞ #Sudan #Ömər əl-Bəşir #Sudan Səhiyyə Nazirliyi #Sudan humanitar böhranı #Sudanda vətəndaş müharibəsi #Sürətli Dəstək Qüvvələri (RSF) #Abdulla Hamduk

Mövzu üzrə digər xəbərlər

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Səudiyyə Ərəbistanı

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı

07:46
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Tarixdə bu gün

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət

03:00
Quranda 800-dən çox ayə nəyi əmr edir?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Quranda 800-dən çox ayə nəyi əmr edir?

12 Sentyabr 16:44
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13

Son Xəbərlər

Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
07:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.