8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Epşteynin İsrail-Hindistan siyasəti ilə bağlı əlaqələri üzə çıxıb

ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi tərəfindən açıqlanan yeni sənədlər, ABŞ-lı maliyyəçi və azyaşlılara qarşı cinsi cinayətlərə görə məhkum edilmiş Cefri Epşteynin Hindistan siyasətinə təsir göstərmək cəhdlərini və Baş nazir Narendra Modinin hakim dairələri ilə əlaqələrini üzə çıxarıb.

22 Noyabr 2025 21:15
Epşteynin İsrail-Hindistan siyasəti ilə bağlı əlaqələri üzə çıxıb

Bakı,AzerVoice, Orxan Qədirzadə

ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi tərəfindən açıqlanan yeni sənədlər, ABŞ-lı maliyyəçi və azyaşlılara qarşı cinsi cinayətlərə görə məhkum edilmiş Cefri Epşteynin Hindistan siyasətinə təsir göstərmək cəhdlərini və Baş nazir Narendra Modinin hakim dairələri ilə əlaqələrini üzə çıxarıb.

AzerVoice xəbər verir ki, sənədlərə görə, Epşteyn 2019-cu ilin ortalarında - həbsindən təxminən iki ay əvvəl - Modi ilə keçmiş Ağ Ev müşaviri Stiv Bannon arasında görüş təşkil etməyi təklif edib. Həmçinin onun Hindistanda nüfuzlu siyasi və biznes fiqurları ilə əlaqə saxladığı, o cümlədən İsrail müdafiə sənayesi ilə əməkdaşlıq edən hindistanlı milyarderə Hindistan–İsrail münasibətləri barədə mesajlar göndərdiyi bildirilir.

ABŞ mediasının məlumatına əsasən, Epşteynin İsrail kəşfiyyat strukturları ilə yaxın əlaqələri olub. Onun Hindistanla təmasları, 2017 və 2018-ci illərdə Modi və Benyamin Netanyahu arasında keçirilmiş rəsmi səfərlərdən sonra genişlənib. Həmin dövrdə kibertəhlükəsizlik, aviasiya və enerji sahələrində anlaşmalar imzalanıb, 2019-cu ildə isə Hindistan İsrail silahlarının ən böyük alıcısına çevrilib.

Sənədlər həmçinin göstərir ki, Epşteyn cinsi cinayətlərə görə məhkum olunduqdan sonra belə hakimiyyət partiyasının yüksək səviyyəli nümayəndəsi Hardeep Singh Puri ilə bir neçə dəfə görüşüb. Bu müddətdə o, beynəlxalq layihələrdə iştirak edib və İsrail hökuməti və kəşfiyyatla əlaqəli şirkətlərin maraqlarını təşviq edib.

23 may 2019-cu ildə - Modinin yenidən Baş nazir seçildiyi gün - Bannon Epşteynə Hindistanla bağlı təqdimat hazırlayacağını yazıb. Epşteyn cavabında diqqətinin “Çinin qarşısının alınmasına” yönəldiyini bildirib və görüşün tezləşdirilməsini istəyərək deyib ki, “Mən görüşü təşkil edə bilərəm. Modiylə görüşməlisən.” Bannon cavabında “olar” deyib. Daha sonra Epşteyn yeni mesaj göndərərək “Modi xəttədir.”-deyib.

Məqalədə: #Narendra Modi #ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi #Cefri Epşteyn #Cefri Epşteynin Hindistan İsrail əlaqələri #Hindistan–İsrail münasibətlər #ABŞ mediasında Epşteyn #Epşteynin İsrail kəşfiyyat strukturları ilə yaxın əlaqələri #Hardeep Singh Puri

Mövzu üzrə digər xəbərlər

Hindistan İranla ticarət əlaqələrini genişləndirmək istəyir - Modi
Digər Dövlətlər

Hindistan İranla ticarət əlaqələrini genişləndirmək istəyir - Modi

31 Avqust 18:23
ABŞ-də müharibənin davam etməsini istəyən qüvvələr var - Məsud Pezeşkian
İran

ABŞ-də müharibənin davam etməsini istəyən qüvvələr var - Məsud Pezeşkian

31 Avqust 18:17
Meta ilə Hindistan hökuməti arasında gərginliyin səbəbi nədir?
Texnologiya

Meta ilə Hindistan hökuməti arasında gərginliyin səbəbi nədir?

5 Avqust 19:11
Hindistanda "Nəsil Z" hərəkatı Modi hökumətini geri addım atmağa məcbur edib
Digər Dövlətlər

Hindistanda "Nəsil Z" hərəkatı Modi hökumətini geri addım atmağa məcbur edib

25 İyul 19:59

Son Xəbərlər

Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
10:00
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
09:48
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək
09:42
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
09:36
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
09:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.