8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib

Ruben Vardanyanın məhkəmə prosesi noyabrın 24-də davam etdirilib.

24 Noyabr 2025 20:13
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib

BAKI,AzerVoice

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 24-də davam etdirilib.

AzerVoice xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Mirhüseyn Salahov Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində özünün, Hüseyn Məmmədovun və daha bir neçə nəfərin yaralandığını söyləyib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Elturan Cəbiyev Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində xəsarət aldığını bildirib.

Zərərçəkmiş Telman Fərhadlı ifadəsində Kəlbəcərdə düşmən tərəfindən açılmış atəş nəticəsində yaralandığını deyib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş hadisə zamanı daha iki nəfərin xəsarət aldığını söyləyib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş İslam Məsiyev və Mehdi Əhmədov Kəlbəcərdə düşmən tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində müxtəlif xəsarətlər aldıqlarını bildiriblər.

İfadə verən Xəlil Xasməmmədov düşmənin təxribatı nəticəsində özünün və daha iki nəfərin xəsarət aldığını, daha iki nəfərin isə həlak olduğunu deyib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Ariz Məmmədov Şuşa rayonunun Xəlfəli kəndində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin minaatandan açdığı atəş nəticəsində yaralandığını bildirib. Hadisə zamanı yanında olmuş Nemət Abdullayev və Sadiq Qasımlı da yaralanıb.

Zərərçəkmiş Elnur Şıxıyev Kəlbəcərdə tibbi təxliyə maşınını idarə edərkən düşmən tərəfindən açılmış atəş nəticəsində yaralandığını deyib. O bildirib ki, idarə etdiyi avtomobilin üzərində tibbi xidmətlə bağlı fərqləndirici nişan olmasına baxmayaraq, maşın minaatanla atəşə tutulub.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Sadiq Əliyev və Müsənnif Əliyev düşmənin Kəlbəcərdə törətdiyi təxribat nəticəsində yaralandıqlarını bildiriblər.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Yagir Sultanov düşmənin atdığı minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində yaralandığını söyləyib.

İlyas Babazadə Kəlbəcərdə düşmən tərəfindən atılmış artilleriya mərmisinin partlaması nəticəsində yaralandığını söyləyib. Hadisə zamanı yanında olmuş Nicat Qarazadə isə həlak olub.

Zərərçəkmiş Fərid İbrahimov Ağdamda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış artilleriya mərmisinin partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib.

Zərərçəkmiş Elgün Talıbov ifadəsində Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində sağ əlindən yaralandığını söyləyib.

Xəyal Həbibov Laçında düşmən tərəfindən basdırılmış minanın partlaması nəticəsində yaralandığını bildirib.

Vüqar Həsənov Ağdamda düşmən tərəfindən açılmış atəş nəticəsində yaralandığını deyib.

Digər zərərçəkmiş şəxslər - Mustafa Ağayev, Əmrah Abdıyev, Natiq Zeynallı, Fərid Əliyev, Hidayət Qüdrətzadə, Polad Rəhmanov, Zamil Tağıyev, Sənan Əliyev, Famil Abdullayev, Firuddin Namazalıyev, Hakim Həsənov, Ömər Musayev müxtəlif istiqamətlərdə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.

Daha sonra məhkəmə prosesi cinayət işi materiallarında olan sənədlər və digər sübutların tədqiqi ilə davam etdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 25-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

AzerVoice xatırladır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılmışdır.

Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Məqalədə: #Baş Prokurorluq #Ruben Vardanyan #Bakı Hərbi Məhkəməsi #Zeynal Ağayev #Günel Səmədova #Camal Ramazanov #Anar Rzayev #Ermənistan vətəndaşı #Ermənistan ordusu #Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti

Mövzu üzrə digər xəbərlər

Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər

Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo

20:06
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

16:20

Son Xəbərlər

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
21:07
Misir Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalarını alqışlayıb
Misir Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalarını alqışlayıb
21:04
İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
20:55
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
20:18
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
20:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.