9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Azərbaycanın guya işğal etdiyi hansısa kvadrat kilometrlər barədə açıqlamalar əsassızdır - Elçin Əmirbəyov

3 Yanvar 2024 14:55
Azərbaycanın guya işğal etdiyi hansısa kvadrat kilometrlər barədə açıqlamalar əsassızdır - Elçin Əmirbəyov

Bakı. AzerPress:

Azərbaycanın guya işğal etdiyi hansısa kvadrat kilometrlər barədə açıqlamalar əsassız və sübutsuzdur.

AzerPress xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniya milli teleradiosuna (ERR) müsahibəsində deyib.

"Gəlin, məsələnin tarixinə baxaq. 28 il ərzində Ermənistanın ola bilsin ki, özününkü hesab etdiyi ərazi Ermənistan Respublikasının silahlı qüvvələrinin silahlı işğalı altında olub. Xəritəyə baxsanız, görərsiniz ki, Azərbaycan tərəfindən şərti sərhədimizin bir hissəsi Zəngilan, Qubadlı və digər rayonlar bütünlüklə Ermənistanın silahlı işğalı altında olub.

Müvafiq olaraq, həqiqətdə Ermənistan Respublikası ilə Azərbaycan, yaxud onların "Artsax Respublikası" adlandırdıqları ilə heç bir sərhəd olmayıb. Azərbaycanın haradasa onların ərazisinə zorla daxil olması, əlbəttə ki, onların qiymətləndirməsidir. Bizim mövqeyimiz tamamilə fərqlidir. Biz əksinə olaraq, Azərbaycan ərazisinin bir hissəsinin indiyədək Ermənistanın işöalı altında olduğunu hesab edirik. Söhbət Ermənistan-Azərbaycan sərhəddinin şimalında Qazax rayonunun 1990-cu illərin əvvəlində Ermənistan tərəfindən işğal olunmuş dörd kəndindən gedir. Söhbət eksklavlardan getmir, bunlar Qazax rayonunun kəndləridir", - o deyib.

E.Əmirbəyovun sözlərinə görə, bununla yanaşı, müvafiq olaraq qarşı tərəfin nəzarətində olan üç Azərbaycan və bir Ermənistan eksklavı da mövcuddur.

"Buna görə də, erməni qonşularımıza "kimsə mənim ərazimi işğal edib" kimi hansısa sübutsuz iddialar irəli sürməzdən əvvəl delimitasiya məsələsi üzərində işə daha ciddi yanaşmalarını məsləhət görərdim. Çünki hansı ərazinin kimə aid olduğuna dair yeganə meyar gələcək dövlət sərhədimizin delimitasiyası barədə əldə olunacaq bu sazişdir. Bu cür saziş olmadıqda kiminsə nəyisə işğal etdiyi barədə danışmaq səmərəsizdir.

Biz öz tərəfimizdən Ermənistan tərəfinə bu işi sona çatdırmaqda səmimi marağımızı nümayiş etdirmək üçün hər şeyi etmişik. İki ölkənin nümayəndə heyətinin sonuncu görüşündə Azərbaycan tərəfi Ermənistan tərəfinə delimitasiya komissiyasının fəaliyyətinin əsasını təşkil edəcək normativ sənədləri nəzərdən keçirərək razılaşdırmağı təklif edib. Hər iki tərəf bu müddəa, reqlament, eləcə də, yardımçı sənədlər, o cümlədən, müxtəlif dövrlərə dair xəritələri hesablama nöqtəsi olaraq qəbul etməlidir", - deyə o əlavə edib.

Azərbaycanın guya işğal etdiyi hansısa kvadrat kilometrlər barədə açıqlamalar əsassızdır - Elçin Əmirbəyov Azərbaycanın guya işğal etdiyi hansısa kvadrat kilometrlər barədə açıqlamalar əsassızdır - Elçin Əmirbəyov
Məqalədə: #Elçin Əmirbəyov

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

10:14
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

00:22

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.