Bakı. AzerPress:
İranı terrorla mübarizədə birgə hərəkət etməyə çağırırıq.
AzerPress-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı zamanı deyib.
Ərdoğan görüş zamanı Kirmanda baş verən terror aktı ilə bağlı başsağlığı verib.
Prezident Ərdoğan dinc əhalini hədəf alan terror aktını qınayıb və Türkiyənin terrorla mübarizədə İranın yanında olduğunu bildirib.
Məlumat üçün bildirək ki, İran prezidenti İbrahim Rəisinin Türkiyəyə səfərinin sonrakı tarixə təxirə salınması qərara alınıb.
Hafiz Rufizoğlu