Bakı, AzerVoice
İran İsrailə “güclü və kompleks” cavab hazırladığını bildirib.
AzerVoice ArabAZ- a istinadən xəbər verir ki,
Amerikanın “Wall Street Journal” qəzeti ərəb və iranlı diplomatlara
istinadən yazıb ki, Tehran bir neçə regional tərəfi “daha güclü
döyüş başlıqları və digər silahlardan istifadə edərək, İsrailə
güclü və kompleks cavab planlaşdırdığını” bildirib.
Xəbərdə qeyd olunur ki, əvvəlki toqquşmalardan fərqli olaraq İran
bu dəfə münaqişənin azalmasında maraqlı deyil və məksimum
imkanlardan istifadə edərək, İsrailə zərbə vuracaq.
Qəzetə aşıqlama verən İran rəsmisi Tehranın “hücumları ilə Amerika seçkilərinə təsir etmək istəmədiyini” deyib və cavabın çərşənbə axşamı səsvermədən sonra, lakin gələn yanvarda yeni prezidentin andiçmə mərasimindən əvvəl veriləcəyini bildirib.