8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Navi Pillayın açıqlamaları İsrailin törətdiyi cinayətləri təsdiqləyir - Həmas

20 İyun 2024 12:02
Navi Pillayın açıqlamaları İsrailin törətdiyi cinayətləri təsdiqləyir - Həmas

Bakı, VOA

HƏMAS bəyan edib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) işğal olunmuş Fələstin ərazilərində törədilən cinayətləri araşdıran Müstəqil Beynəlxalq İstintaq Komissiyasının sədri Navi Pillayın bəyanatları İsrailin Qəzza zolağında törətdiyi cinayətləri təsdiqləyir.

VOA xəbər verir ki, HƏMAS-ın verdiyi yazılı açıqlamada BMT komissiyasının sədri Pillayın açıqlamaları dəyərləndirilib.

Bildirilib ki, Pillayın bəyanatları “İsrail ordusunun Qəzza zolağında və işğal olunmuş Fələstin ərazilərində Fələstin xalqına qarşı törətməyə davam etdiyi soyqırım, etnik təmizləmə və məcburi köç kimi cinayət və qanun pozuntularla bağlı BMT-nin yeni dəlilləridir."

Bəyanatda “qurban və cəlladın eyni hesab edildiyi” vurğulanıb və İsrailin Fələstin müqavimətinə qarşı saxta olması sübuta yetirilmiş ittihamları davamlı şəkildə təkrarlaması rədd edilib.

Bəyanatda beynəlxalq ictimaiyyətə, BMT-yə və bütün hüquq dairələrinə İsrailin Fələstin xalqına qarşı cinayətlərinin dayandırılması üçün çalışmaq çağırışı edilib.

Həmçinin, hərbi cinayətkar İsrail liderlərinin məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq məhkəmələrin səylərini dəstəkləməyə çağırıb.

BMT-nin işğal olunmuş Fələstin ərazilərində törədilmiş cinayətləri araşdıran Müstəqil Beynəlxalq Araşdırma Komissiyasının sədri Navi Pillay BMT-nin İnsan Hüquqları Şurasının 56-cı Sessiyası çərçivəsində komissiyanın hesabatı ilə bağlı keçirilən interaktiv dialoq iclasında çıxış edib.

"İsrail Qəzzada on minlərlə uşağı öldürüb və ya şikəst edib" deyən Pillay, minlərlə fələstinli uşağın böyük ehtimalla dağıntılar altında qaldığını bildirib.

Navi Pillayın açıqlamaları İsrailin törətdiyi cinayətləri təsdiqləyir - Həmas
Məqalədə: #Qəzza #İsrail #Fələstin #BMT #Navi Pillay #Müstəqil Beynəlxalq İstintaq Komissiyası

Mövzu üzrə digər xəbərlər

İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
İordaniya

İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək

20:55
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
İordaniya

Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya

20:07
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb

18:31
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Suriya

Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub

16:28

Son Xəbərlər

Misir Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalarını alqışlayıb
Misir Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalarını alqışlayıb
21:04
İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
20:55
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
20:18
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
20:11
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
20:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.