12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Girovların Qəzzadan geri qaytarılması “ən vacib hədəf deyil” - Smotriç

21 Aprel 2025 18:00
Girovların Qəzzadan geri qaytarılması “ən vacib hədəf deyil” - Smotriç

BAKI, AzerVoice

İsrailin maliyyə naziri Betsalel Smotriç, Qəzzadan girovların geri qaytarılmasının İsrail hökuməti üçün “ən vacib hədəf” olmadığını bildirib.

AzerVoice xəbər verir ki, nazir "İsrail Qali Radiosu"na verdiyi müsahibədə deyib.

“Həqiqəti deməliyik, girovların geri qaytarılması ən vacib məsələ deyil. Bu, şübhəsiz ki, olduqca vacib bir məqsəddir, lakin əgər biz HƏMAS təşkilatını məhv etmək istəyiriksə ki, artıq 7 oktyabr hadisəsi təkrarlanmasın, o zaman başa düşməliyik ki, Qəzzada HƏMAS’ın qalması mümkünsüzdür.” - deyə Smotriç qeyd edib.

Smotriç'in bu açıqlamaları girovların ailələrindən sərt reaksiya alıb. Ailələr bəyanat yayaraq, maliyyə nazirinin “utanc verici” açıqlamalar verdiyini bildirib. Bəyanatda deyilir: “Nazir ən azından bu acı həqiqəti ictimaiyyətə açıq şəkildə bəyan etdi – bu hökumət girovları qəsdən tərk etmək qərarına gəlib.”

Girovların ailələri həmçinin, “Smotriç, tarix sənə şahid olacaq – qardaşların və bacıların əsirlikdə olduğu halda ürəyini onlara bağladın və onları xilas etməmək yolunu seçdin” deyə bəyan ediblər.

Smotriç şənbə günü həmçinin Qəzza zolağının "tam işğalına və lazım gəldikdə İsrailin hərbi idarəçiliyinə keçməsinə" çağırıb. O, “X” platformasında (keçmiş Twitter) yazaraq bildirib: “Bu, təhlükəsizliyimizi təmin etməyin yoludur, həmçinin girovların ölkəyə tezliklə qaytarılmasının da yoludur.”

Bununla yanaşı, nazirin mövqeyini İsrailin baş naziri Benyamin Netanyahu da dəstəkləyib. Smotriç bildirib ki, baş nazirin mövqeyi ilə tam razıdır: Qəzza müharibəsi HƏMAS təşkilatının tam məğlubiyyəti və Qəzzadan çıxarılması ilə yekunlaşmalıdır.

Məqalədə: #İsrail #Fələstin #İsrail və Livan münaqişəsi #Fələstinli məhbuslar #Fələstin soyqırımı #Fələstin insan haqları #Fələstin mədəniyyəti #Fələstin məsələsi #Fələstin və beynəlxalq yardım #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #İsrail və Fələstin münaqişəsi 2025 #Betsalel Smotriç planları #Fələstin liderliyi böhranı #Fələstin humanitar yardımı

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi

00:15
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Suriya

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı

11 Sentyabr 23:14
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
Livan

İsrail Livanın cənubuna yeni hava zərbələri endirib

11 Sentyabr 20:00
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəmən

Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir

11 Sentyabr 18:34

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.