İtaliyadan Qəzzaya humanitar yardım
Qlobal Sumud Flotillası çərçivəsində İtaliyanın Genuya limanından humanitar yardım daşıyan qayıqlar bu gün səhər saatlarında hazırlıqlarını tamamlayaraq Qəzza zolağına doğru hərəkətə keçib. Bu qayıqlar Siciliyanın Kataniya və Augusta limanlarında digər gəmilərlə birləşərək Barselonadan yola çıxan böyük donanmaya qoşulacaq və yaxın günlərdə Qəzzaya səfərlərini davam etdirəcək.
Qəzza zolağını idarə edəcək müvəqqəti komitəni yaxın vaxtlarda elan edəcəyik
Fələstin Baş naziri Məhəmməd Mustafa, Qəzza zolağını idarə etmək üçün yaxın günlərdə müvəqqəti bir komitə elan ediləcəyini bildirib. Misirə rəsmi səfər edən Baş nazir Mustafa, Misirin Xarici İşlər naziri Bədr Əbdülati ilə birlikdə Misirlə Qəzza arasındakı Rəfah Sərhəd Qapısında mətbuat konfransı keçirib. O vurğulayıb ki, Rəfah keçid məntəqəsi Qəzza xalqı üçün bir yaşayış və nəfəs qapısı olmalıdır və İsrailin xalqı aclığa və zorla köçürməyə məruz qoyan siyasəti qəbuledilməzdir. “Beynəlxalq ictimaiyyət daha təsirli addımlar atmalı və İsraili blokada və aclıq siyasətini dayandırmağa məcbur etməlidir.” - deyə baş nazir qeyd edib.
İsrailin Qəzzaya hücumlarında 19 minə yaxın təhsil işçisi və tələbə həlak olub
İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri Qəzza Zolağına təşkil etdiyi hücumlarda 19 minə yaxın müəllim və tələbənin həyatını itirdiyi bildirilib. Fələstin Təhsil və Ali Təhsil Nazirliyi 7 oktyabr 2023-dən 5 avqust 2025-ə qədərki dövrdə baş vermiş İsrail hücumlarının təhsil sektorunda yaratdığı dağıntılar, ölüm və yaralanmalarla bağlı hesabat yayıb. Hesabata görə, İsrailin işğal altında olan Fələstin torpaqları və Qətliamın baş verdiyi Qəzza Zolağındakı hücumlarda 18 min 685 müəllim və tələbə həyatını itirib, 32 min 399 nəfər isə yaralanıb.
Qəzza zolağında humanitar böhran dərinləşir
Qəzza zolağında İsrail ordusunun təhlükəli yola yönləndirdiyi humanitar yardım yük maşını yemək almağa çalışan fələstinlilərin üzərinə aşıb. Hadisə nəticəsində 20 nəfər ölüb, çox sayda insan yaralanıb. Qəzza hökumətinin media ofisi İsrailin yardımların bölgəyə girişini məhdudlaşdırmasının humanitar böhranı dərinləşdirdiyini və xaos yaratdığını bildirib
Fələstin dövlətini tanıma qərarına görə Kanadaya təşəkkür edib
Bəyanatda Kanadanın Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrinə və beynəlxalq hüquqa uyğun olan "cəsarətli və tarixi" addımı alqışlanıb və bu addımın sülhə töhfə verəcəyi qeyd edilib.
Kanadanın Fələstini Tanıması Ticarət Razılaşmasını Çətinləşdirəcək - Tramp
ABŞ prezidenti Donald Tramp bildirib ki, Kanadanın sentyabr ayında Fələstin dövlətini tanıyacağını elan etməsi bu ölkə ilə ticarət razılaşmasının əldə olunmasını çətinləşdirəcək. Kanadanın Fələstini tanıyacağına dair açıqlamasına toxunan Tramp, "Bu, onlarla ticarət razılaşması əldə etməyimizi çox çətinləşdirəcək" - deyə qeyd edib.
İsrail XİN Britaniyanın Fələstin ilə bağlı bəyanatını rədd edib
İsrail, Böyük Britaniyanın Baş naziri Kir Starmerin Fələstin dövlətini tanımaq planları ilə bağlı bəyanatını rədd edib. Bu barədə İsrail Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Fransa hökuməti İsrailin Fələstindəki cinayətlərinə şəriklikdə ittiham olunur
Fransada 100-dən çox vəkilin daxil olduğu "Yaxın Şərqdə Ədalət üçün Vəkillər Assosiasiyası" (AJPO) ölkə rəhbərliyini İsrailin Qəzza və işğal olunmuş İordan çayının qərb sahilində törətdiyi soyqırımı, insanlığa qarşı və müharibə cinayətlərinə şəriklikdə ittiham edərək Beynəlxalq Cinayət Məhkəməsinə (UCM) müraciət edib.
Atəşkəs üçün Kritik An: İsrailin Qəzzadakı Geriçəkilmə Siyasəti Gözlənilir
HƏMAS hərəkatından olan mənbələr bildiriblər ki, Qəzza zolağında atəşkəsə dair danışıqlar hələ də davam edir və əsas mübahisə mövzularından biri olan 60 günlük atəşkəs müddətində İsrail ordusunun bölgə daxilində yerləşmə xəritələrinin razılaşdırılması hələ yekunlaşdırılmayıb.
Regionda Yeni Reallıqlar: Fələstin Dövlətinin Qarşısındakı Sərt Sədlər
Bu dəyişikliklər Fələstin dövlətinin qurulmasını beynəlxalq ehtiyaca çevirdi.
İranın zəifləyən rolu HƏMAS-ın böhranını dərinləşdirir
İranın məğlubiyyəti və dəstəklədiyi Hizbullahın liderlərinin öldürülməsi, HƏMAS-ın Livandakı koordinasiya xətlərini zəiflətdi.
Səudiyyə Ərəbistan Fələstinə 30 milyon dollar maliyyə dəstəyi ayırıb
Səudiyyə Ərəbistanı Fələstin dövlətinə 30 milyon dollar yardım ayırıb.