6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İranın zəifləyən rolu HƏMAS-ın böhranını dərinləşdirir

İranın məğlubiyyəti və dəstəklədiyi Hizbullahın liderlərinin öldürülməsi, HƏMAS-ın Livandakı koordinasiya xətlərini zəiflətdi.

29 İyun 2025 09:00
İranın zəifləyən rolu HƏMAS-ın böhranını dərinləşdirir

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

İsraillə son 12 günlük müharibədə İranın məğlubiyyəti, HƏMAS hərəkatının ən əhəmiyyətli xarici dəstək qapılarından birini bağlayıb. İranın hərbi təlim və silah təminatındakı rolu itdikcə, bu, HƏMAS-ın İsraillə qarşıdurmalardakı hərbi idarəetməsinə bilavasitə təsir göstərir və təşkilatın Qəzza zolağındakı nüfuzuna kölgə salır. Bu fonda İranın zəifləməsi ilə yanaşı, HƏMAS-a qarşı olan əhalinin fəallığı da artır.

Rəsmi mövqedə HƏMAS özünü İrandan asılı olmayan və daxili gücünə arxalanan bir təşkilat kimi göstərməyə çalışsa da, bir çox siyasi və hərbi analitik bu zərbələrin onun fəaliyyətinə birbaşa təsir etdiyini düşünür. İran hazırda müharibə nəticəsində ciddi şəkildə zədələnmiş nüvə və raket proqramlarını bərpa etməyə çalışır və bu, onun regional güc kimi geri çəkilməsinə səbəb olur.

İranın məğlubiyyəti və dəstəklədiyi Hizbullahın liderlərinin öldürülməsi, HƏMAS-ın Livandakı koordinasiya xətlərini zəiflətdi.
Livanda İranla əlaqələri idarə edən əsas komandirlərdən biri – general Səid İzadinin də İsrailin hücumları zamanı öldürülməsi bu əlaqələrin tamamilə çökməsinə yol açdı. HƏMAS İzadinin ölümünü “Fələstin müqavimət hərəkatının dayaqlarından biri” kimi qiymətləndirərək rəsmi başsağlığı verdi.

Bölgədə İranın təsiri ilə fəaliyyət göstərən digər hərbi qruplaşmalara yaxın mənbələrin bildirdiyinə görə, general İzadi HƏMAS-a pilotsuz uçuş aparatı və mürəkkəb hücum texnikalarının hazırlanmasında mühüm töhfə vermişdi.

HƏMAS-ın rəsmi nümayəndəsi Sami Əbu Zühri İsrailin İrana yönəlik kampaniyasına cavab olaraq bildirib ki, “İran böyük və güclü dövlətdir, məğlub olmayacaq”.

Bununla belə, HƏMAS hazırda Qəzza zolağında həm İsrailin amansız hərbi təzyiqləri, həm də ona qarşı çıxan insanların təzyiqi ilə üz-üzə qalıb. Hərəkat ciddi lider itkisi və tunel infrastrukturunun böyük hissəsini itirməklə yanaşı, İranın dəstəyinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik içindədir.

HƏMAS-a yaxın üç ayrı mənbənin Reuters agentliyinə verdiyi məlumata görə, təşkilat döyüşçülərinə maksimum dözümlülüklə müqavimət göstərmək əmri verilsə də, onun Qəzzaya tam nəzarəti getdikcə zəifləyir. İsrailin bəzi qəbilə birliklərinə açıq dəstək verdiyi şəraitdə bu nəzarətin saxlanması çətinləşib.

Bu mənbələrdən biri bildirib ki, HƏMAS hazırda həm Qəzza əhalisinin humanitar böhrandan qaynaqlanan təzyiqləri, həm də beynəlxalq atəşkəs çağırışları qarşısında döyüşü dayandırmaq zərurəti ilə üz-üzədir.

Eyni mənbə qeyd edib ki, atəşkəs yalnız əhaliyə bir qədər rahat nəfəs almaq imkanı verməyəcək, həm də HƏMAS-ın bəzi “qeyri-nəzarətli” elementlərə – o cümlədən yardımları qarət edənlərə və bəzi qəbilə üzvlərinə qarşı nəzarəti bərpa etməsinə şərait yaradacaq.

Bununla belə, HƏMAS hələ də hücum qabiliyyətinə malikdir. Təşkilat bu həftə Cənub Qəzzada təşkil etdiyi hücumla yeddi İsrail əsgərini öldürüb. Amma Yaxın Şərqdəki üç diplomatik mənbə hesab edir ki, təşkilat mərkəzləşdirilmiş komandanlıq və idarəetməsini itirib və yalnız lokal və qəfil hücumlarla kifayətlənir. HƏMAS tarixində bu qədər ağır zərbəyə heç vaxt məruz qalmamışdı – hərbi rəhbərliyinin demək olar ki, bütün yüksək vəzifəli üzvləri öldürülüb.

ABŞ-ın vasitəçiliyi ilə İran və İsrail arasında razılaşdırılmış atəşkəs davam edərkən, dünya diqqəti yenidən Qəzzada mümkün atəşkəs sazişinin imzalanması və girovların azad olunması imkanlarına yönəlib.

HƏMAS-a yaxın mənbə bildirib ki, hərəkat iki aylıq müvəqqəti atəşkəsi qəbul etməyə hazırdır – əsas məqsəd artan nüfuzlu qəbilələrlə mübarizə aparmaqdır. Lakin İsrailin baş naziri Benyamin Netanyahunun müharibəni dayandırmaq üçün qoyduğu şərtlər – xüsusilə HƏMAS liderlərinin Qəzzanı tərk etməsi – təşkilat üçün tam bir məğlubiyyət mənasına gəlir və təşkilat bu şərtləri heç vaxt qəbul etməyəcək.

Beyrutdakı Karnegi Yaxın Şərq Mərkəzinin eksperti Yezid Sayiq HƏMAS-ın əsas məqsədinin sadəcə varlığını qorumaq olduğunu düşünür. Onun sözlərinə görə, bu, təkcə hərbi baxımdan deyil, həm də siyasi olaraq təşkilat üçün həyati əhəmiyyət kəsb edir.

“Əgər müharibə dayandırılmazsa, HƏMAS fiziki baxımdan Qəzzada məhv edilə bilər. Eyni zamanda, müharibədən sonra qurulacaq siyasi sistemdə də heç bir yer qazanmaq şansı olmayacaq”-deyə Sayiq bildirib.

İsrailin HƏMAS-a qarşı mübarizəsində yeni bir strategiya – Qəzzada narazı kütlənin aktivləşdirilməsi də ön plana çıxır. Digər bir tərəfdən Netanyahu açıq şəkildə bəyan edib ki, İsrail bəzi qəbilə birliklərini silahlandırır, lakin onların kim olduğunu açıqlamayıb.

Bu qəbilələr arasında ən diqqət çəkəni – Əbuşəbab qəbiləsi – Rafah bölgəsində yerləşir və hal-hazırda İsrailin nəzarətindədir. HƏMAS mənbələrinin bildirdiyinə görə, təşkilat bu qəbilənin liderlərini ya tutmaq, ya da zərərsizləşdirmək niyyətindədir. Onlar qəbiləni İsraillə əməkdaşlıqda və HƏMAS-a qarşı hücum planlarında ittiham edirlər.

Əbuşəbab qəbiləsi Rafahın şərq hissəsinə nəzarət edir və bölgədə sərbəst hərəkət imkanı olan az sayda birliklərdəndir. Qəbilənin Facebook səhifəsində paylaşılan fotolarda onların yardım karvanlarını təşkil etdiyi görünür. Hətta bəzi məlumatlarda qəbilənin bölgədə müstəqil idarəetmə qurmaq cəhdləri olduğu bildirilir. Hərçənd qəbilə bunu inkar edir və yalnız yardım məqsədilə fəaliyyət göstərdiklərini bildirir. Onlar Rafahdan köçmüş sakinləri evlərinə qayıtmağa çağıraraq, yemək və sığınacaq təmin edəcəklərini vəd ediblər.

Məqalədə: #İsrail #Fələstin #HƏMAS #Fələstin Səhiyyə Nazirliyi #İsrail ordusu #İsrail zabitləri #İsrailə qarşı boykotlar #Fələstinə dəstək yürüyüşü #fələstin bayrağı #BƏƏ və Fələstin məsələsi #Fələstinlilərin məcburi köçü #İsrailin Hizbullah ittihamları #HƏMAS və Hizbullah əlaqələri #Fələstinli məhbuslar #İsrail cinayətləri #Fələstin soyqırımı #İsrail hücumları #BMT və İsrail #Fələstin mədəniyyəti #Fələstin məsələsi #Fələstin və beynəlxalq yardım #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #İsrailin Fələstin torpaqlarını işğalı #İranın Fələstində strateji hədəfləri #Fələstin Qızıl Aypara Cəmiyyəti #Fələstinli məhbusların azadlığı #İsrail Fələstin münaqişəsi #Fələstin Muxtariyyəti böhranı #İranın Fələstin münaqişəsində rolu #Fələstin liderliyi böhranı #Fələstin seçkiləri və Abbasın gələcəyi #Ərəb ölkələrinin Fələstin planı #Fələstin humanitar yardımı #HƏMAS İsrail münaqişəsi #HƏMAS və İsrail müharibəsi #İsrail hökuməti HƏMAS hücumuna niyə hazır deyildi? #HƏMAS və İsrail münaqişəsi #Həmasın təşkilati strukturu #HƏMAS və İsrail #İsrail və HƏMAS qarşıdurması #İsrail-HƏMAS müharibəsi və Yəmən reaksiyası #İsrail-HƏMAS danışıqları #HƏMAS və İsrail arasında müharibə

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.