Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib
Türkiyə Xarici işlər naziri Hakan Fidan bu gün İordaniyanın xarici işlər naziri Ayman Səfadi ilə telefon danışığı aparıb. Diplomatik mənbələrin məlumatına görə, danışıq zamanı başda Fələstin məsələsi olmaqla Yaxın Şərqdəki son vəziyyət, regional təhlükəsizlik və humanitar durum ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər bölgədə gərginliyin azaldılmasının və sabitliyin qorunmasının vacibliyini vurğulayıblar.
Tehran diplomatik səbr və yeni müharibə arasında - sanksiyalar böhranı dərinləşir, yeni müharibə qaçınılmazdır
İranın xarici işlər naziri Abbas Əraqçi ümid edir ki, sanksiyaların tətbiqi dondurulsun. Bu onun bazar günü BMT-nin baş katibinə ünvanladığı məktubda aydın görünürdü. Məktubda o, “sanksiya mexanizmlərinin, o cümlədən sanksiyalar komitəsi və ekspertlər heyətinin yenidən işə salınmasının qarşısını almağa” çağırırdı. Lakin cavab tez gəldi: Avropa İttifaqının rəhbərliyi bazar ertəsi bəyanat yayaraq bildirdi ki, “İranın nüvə sazişinə əməl etməməyə davam etməsinə cavab olaraq bu gün (bazar ertəsi) ona qarşı sanksiyaları yenidən tətbiq etdi”. İttifaq həmçinin bir daha təsdiqlədi ki, “diplomatik danışıqlar üçün qapı hələ də açıqdır”.
Amerikalıların çoxu dövlətlərin Fələstini tanımalı olduğunu düşünür
Altı gün davam edən və bazar ertəsi başa çatan sorğunun nəticələrinə görə, məsələ ilə bağlı Demokratlar və Respublikaçılar arasında kəskin fikir ayrılığı var: Demokratların 78 faizi Fələstinin tanınmasını dəstəkləyir, bu göstərici Respublikaçılar arasında cəmi 41 faizdir. ABŞ prezidenti Donald Tramp Respublikaçılar Partiyasının üzvüdür.
Makronun “Fələstin addımı” beynəlxalq səssizliyi pozdu – amma ...
Makronun bu addımı qəfil olmasa da, onun aprel ayında Misirin Əriş şəhərinə – Qəzza ilə sərhədə – səfərindən sonra prosesi sürətləndirdiyi bildirilir.
Kanada və Avstraliya İsraili Qəzzadakı insani fəlakətə görə tənqid edib
Kanada və Avstraliya hökumətləri İsraili Qəzzada humanitar yardımların qarşısını almaqda və beynəlxalq hüququ pozmaqda ittiham ediblər. Hər iki ölkə atəşkəsə çağırır.
Qəzza xalqının təhlükəsizliyini görmək istəyirəm, onlar cəhənnəmdən keçiblər – Tramp
Ağ Ev rəhbərinin İsrailin baş naziri Benjamin Netanyahu ilə növbəti həftə görüşmək üçün hazırlaşdığı bir vaxtda, ABŞ Prezidenti Donald Tramp, Qəzza əhalisinin təhlükəsiz bir şəraitdə yaşamasını istədyini bildirib.
Regionda Yeni Reallıqlar: Fələstin Dövlətinin Qarşısındakı Sərt Sədlər
Bu dəyişikliklər Fələstin dövlətinin qurulmasını beynəlxalq ehtiyaca çevirdi.
İranın zəifləyən rolu HƏMAS-ın böhranını dərinləşdirir
İranın məğlubiyyəti və dəstəklədiyi Hizbullahın liderlərinin öldürülməsi, HƏMAS-ın Livandakı koordinasiya xətlərini zəiflətdi.
Fransa və Səudiyyə Ərəbistanı iki dövlətli həll konfransı üçün hazırlıqlara start verdi
Hər iki toplantı göstərir ki, konfransa hazırlıqlar intensiv şəkildə başlayıb və hər iki təşkilatçı tərəf bu proses vasitəsilə siyasi həll yolunu yenidən gündəmə gətirəcək real bir irəliləyişə nail olmaq istəyir.