7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Kanada və Avstraliya İsraili Qəzzadakı insani fəlakətə görə tənqid edib

Kanada və Avstraliya hökumətləri İsraili Qəzzada humanitar yardımların qarşısını almaqda və beynəlxalq hüququ pozmaqda ittiham ediblər. Hər iki ölkə atəşkəsə çağırır.

25 İyul 2025 10:15
Kanada və Avstraliya İsraili Qəzzadakı insani fəlakətə görə tənqid edib

BAKI, AzerVoice

Kanada və Avstraliya hökumətləri cümə günü İsrailin Qəzza zolağında baş verən humanitar böhranla bağlı hərəkətsizliyinə sərt reaksiya veriblər.

AzerVoice xəbər verir ki, Kanadanın Baş naziri Mark Karni İsrailin Kanadanın maliyyələşdirdiyi humanitar yardımların müharibədən zərər çəkmiş Qəzza sakinlərinə çatdırılmasına maneə yaratdığını bildirərək, bunun beynəlxalq hüququn pozulması olduğunu qeyd edib.

O, sosial media platforması "X" üzərindən paylaşımında deyib:
"Kanada bütün tərəfləri dərhal və xoş niyyətlə atəşkəsə dair danışıqlara başlamağa çağırır. HƏMAS-ı bütün girovları dərhal azad etməyə, İsrail hökumətini isə Qəzza və İordan çayının qərb sahilində ərazi bütövlüyünə hörmət etməyə çağırırıq."

Oxşar tonda çıxış edən Avstraliyanın Baş naziri Entoni Albanizi də cümə günü yaydığı bəyanatda bildirib ki, Qəzza sakinlərinin həyatı, aclığı və əzabı qarşısında mümkün olan bütün tədbirlər görülməlidir.

“İsrailin yardım girişini əngəlləməsi və mülki şəxslərin, o cümlədən uşaqların öldürülməsi nə qəbul edilə bilər, nə də müdafiə edilə bilər”, – deyə o əlavə edib.

Hər iki lider İsrailin hərbi əməliyyatlarının səbəb olduğu humanitar böhran fonunda beynəlxalq ictimaiyyəti daha sərt mövqe tutmağa çağırıblar.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #Kanada #Avstraliya #Qəzza hücumu #Qəzza münaqişəsi #İsrail cinayətləri #İsrail hücumları #Qəzzada humanitar böhran #İranın Fələstində strateji hədəfləri #İsrail və Qəzza #İsrail və Qəzza münaqişəsi

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
11:00
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
10:51
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
10:43
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
10:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.