Səkkiz ölkənin XİN rəhbəri İsrailin torpaq qərarını beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirib
Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İndoneziya, Pakistan, Misir və Türkiyənin xarici işlər nazirləri İsrailin işğal altındakı İordan çayının qərb sahilində torpaqları “dövlət torpağı” elan etməsi ilə bağlı qərarını kəskin şəkildə pisləyiblər. Nazirlər, həmçinin 1967-ci ildən bəri ilk dəfə olaraq işğal altındakı geniş ərazilərdə torpaq mülkiyyətinin qeydiyyatı və rəsmiləşdirilməsi prosedurlarının təsdiqlənməsini də qınayıblar. Birgə bəyanatda bu addımların qeyri-qanuni məskunlaşma fəaliyyətini sürətləndirməyə, torpaq müsadirəsinə, İsrailin faktiki nəzarətini möhkəmləndirməyə və işğal altındakı Fələstin ərazilərində qanunsuz suverenlik tətbiqinə yönəlmiş “təhlükəli eskalasiya” olduğu bildirilib.
İsrail 20 ildən çoxdur ki Fələstində jurnalistlərin öldürülməsinə görə məsuliyyət daşımayıb - BMT
İsrailin Fələstində jurnalistlərin öldürülməsinə görə heç vaxt məsuliyyətə cəlb edilmədiyi, bunun isə 20 ildən çox davam etdiyi bildirilib. AzerVoice xəbər verir ki, bu barədə BMT-nin ifadə və fikir azadlığı üzrə xüsusi məruzəçisi İrene Xan Cenevrədə keçirdiyi mətbuat konfransında açıqlama verib. Xan çıxışında qeyd edib ki, İsrailin cəzasız qalması özbaşınalıq mühiti yaradıb və nəticədə “həqiqəti yerindəcə ortaya qoymağa cəsarət edənləri məhv etmək üçün İsrail əsgərləri istədiklərini edə bilirlər”.
Azərbaycan Fələstin üzrə BMT qətnaməsini dəstəklədi
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Fələstin probleminin iki dövlətli həllinə dair mühüm qətnamə qəbul edib. Qətnamə, İsrail və Fələstin arasında davam edən münaqişəyə son qoymaq və bölgədə sabitliyi təmin etmək məqsədi daşıyır. Azərbaycan bu tarixi sənədə lehinə səs verən 142 ölkə arasında yer alaraq, beynəlxalq hüququn və ədalətli həll yolunun tərəfində olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan da qətnaməni dəstəkləyib.
Əraqçi və Quterreş regional məsələləri müzakirə edib
İranın xarici işlər naziri Seyyid Abbas Əraqçi, Avropa üçlüyü (E3) — Fransa, Almaniya və Böyük Britaniyanın ABŞ və İsrailin son hərbi təcavüzünü görməzdən gəlməsini “məsuliyyətsiz və əsassız yanaşma” adlandırıb. O, İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində xalqının hüquqlarını və maraqlarını qorumaq öhdəliyini vurğulayıb və BMT-dən, eləcə də üzv dövlətlərdən İranın dinc nüvə obyektlərinə qarşı qanunsuz hücumları qəti şəkildə pisləmələrini tələb edib.
BMT-də Dohaya hücum müzakirəsi - İsrail və Pakistan nümayəndələri arasında gərgin mübahisə
BMT Təhlükəsizlik Şurasında İsrailin Qətərdə HƏMAS nümayəndə heyətinə endirdiyi hava zərbələri müzakirə olunarkən Pakistan və İsrail nümayəndələri arasında kəskin söz dueli yaşanıb. İsrailin BMT-dəki daimi nümayəndəsi Danny Danon çıxışında Dohadakı hücumu ABŞ-ın Əl-Qaidə lideri Usamə bin Ladenə qarşı keçirdiyi əməliyyatla müqayisə edərək müdafiə edib.
İsrailin UNIFIL-ə hücumu beynəlxalq iradəyə meydan oxumaqdır - Livan
İsrailin BMT-nin Müvəqqəti Sülhməramlı Qüvvələrinə (UNIFIL) hücumunun beynəlxalq ictimaiyyətin iradəsinə meydan oxuma olduğunu bildirən Livan Prezidenti Cozef Avn, bu hücumu qınayıb. Livan Prezidentliyindən yayılan yazılı açıqlamaya görə, Avn, İsrailin UNIFIL üzvlərinə Livanın cənubundakı vəzifələri zamanı hücumundan sonra UNIFIL Missiyasının rəhbəri və komandiri Diodato Abagnara ilə telefonla danışıb. Görüşdə Avn, Diodatoya İsrail ordusunun UNIFIL-ə qarşı hücumunu qınadığını bildirib. Livanın cənubundakı İsrail işğalının sona çatdırılması və Livanlı məhbusların qaytarılması ilə bağlı beynəlxalq çağırışları və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini xatırladan Avn, İsrailin bu çağırışları görməzlikdən gəldiyini və beynəlxalq ictimaiyyətin iradəsinə meydan oxumağa davam etdiyini vurğulayıb.
“WhatsApp-da əsgər axtarışı”: İsrail komandanlığı qeyri-adi addımlar atır
Məlumata görə, əsgərlər iki ilə yaxın davam edən döyüşlərdən sonra tükənib və “HƏMASı gerilla müharibəsi üslubu ilə məhv etmək mümkün deyil”. Ordunun bəzi komandirləri isə qeyri-adi üsullara əl ataraq, hətta universitet tələbələrinin WhatsApp qruplarında döyüşçü, xüsusən də snayper və sanitar axtardıqlarını elan ediblər.
21 ölkə İsrailin yeni məskunlaşma planını qanunsuz adlandırdı – London səfiri geri çağırıldı
Fransa, Böyük Britaniya, Kanada, İspaniya və İtaliyanın da daxil olduğu dövlətlər İsrailin qərarını kəskin şəkildə pisləyib və onun dərhal ləğvini tələb edib. Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas da sənədə imza ataraq, bu addımın “Yaxın Şərqdə təhlükəsizlik və sabitliyə təhdid” olduğunu bildirib.
Belçika İsrail səfirini Qəzza planına görə Xarici İşlər Nazirliyinə çağırıb
Belçika xarici işlər naziri Hadja Lahbib Prevot, milli medianın Belqa xəbər agentliyinə açıqlamasında, səfir İdit Rosenzveyq-Abunun planla bağlı izahat üçün nazirliyə çağırıldığını bildirib. Nazir İsrailin qərarını pisləyərək, bunun geri çevrilməsi üçün beynəlxalq ictimaiyyətin təcili hərəkətə keçməli olduğunu vurğulayıb.
Niderland hökuməti israilli nazirlərin ölkəyə girişini qadağan etdi
Qadağaya münasibət bildirən İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir “X” (keçmiş “Twitter”) platformasında yazaraq bildirib ki, “Avropanın bütün ölkələrinə girişim qadağan edilsə belə, ölkəm üçün mübarizə aparacaq, HƏMAS-ın məhvini və döyüşçülərimizin dəstəyini davam etdirəcəyəm.”
İsrail əsgəri soruşur – Müharibə Nə Uğrunda Davam Edir?
İndiyədək Qəzza ərazisində, HƏMAS-ın əlində sağ olduğu güman edilən 20 girovun xilas edilməsi məqsədilə aparılan döyüşlər nəticəsində 446 israilli əsgər ölüb. Bu rəqəmə 7 oktyabr 2023-cü ildə həlak olan 444 əsgər daxil deyil.
Uran zənginləşdirilməsi heç vaxt dayandırılmayacaq - İranın BMT-dəki nümayəndəsi
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Tehran administrasiyası tərəfindən həyata keçirilən uranın zənginləşdirilməsi prosesinin “heç vaxt dayanmayacağını” bildirib.