9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Niderland hökuməti israilli nazirlərin ölkəyə girişini qadağan etdi

Qadağaya münasibət bildirən İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir “X” (keçmiş “Twitter”) platformasında yazaraq bildirib ki, “Avropanın bütün ölkələrinə girişim qadağan edilsə belə, ölkəm üçün mübarizə aparacaq, HƏMAS-ın məhvini və döyüşçülərimizin dəstəyini davam etdirəcəyəm.”

29 İyul 2025 12:19
Niderland hökuməti israilli nazirlərin ölkəyə girişini qadağan etdi

BAKI, AzerVoice – Niderland hökuməti, İsrailin radikal sağçı nazirləri İtamar Ben-Qvir və Betsalel Smotriçə ölkəyə giriş qadağası tətbiq edib. AzerVoice xəbər verir ki, qadağaya səbəb olaraq onların fələstinlilərə qarşı zorakılığı təşviq etməsi və Qəzzada "etnik təmizləmə" çağırışları göstərilib.

Niderland hökuməti İsrailin Haaqadakı səfirini ölkə Xarici İşlər Nazirliyinə çağıraraq, Qəzzada yaranmış vəziyyəti “dözülməz və müdafiəolunmaz” adlandırıb.

Niderlandın xarici işlər naziri Kaspar Valdikamp Niderland parlamentinə ünvanladığı məktubda bildirib:

“Bu addım Ben-Qvir və Smotriçin fələstinli əhaliyə qarşı zorakılığı təhrik etmələri və Qəzza zolağında etnik təmizləmə çağırışları ilə bağlıdır.”

Ben-Qvir: “Avropaya girişim qadağansa da, HƏMAS-ın süqutu üçün çalışacağam”

Qadağaya münasibət bildirən İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir “X” (keçmiş “Twitter”) platformasında yazaraq bildirib ki, “Avropanın bütün ölkələrinə girişim qadağan edilsə belə, ölkəm üçün mübarizə aparacaq, HƏMAS-ın məhvini və döyüşçülərimizin dəstəyini davam etdirəcəyəm.”

Niderlandın bu addımı, baş nazir Dik Şofun İsrailə qarşı “ölkə səviyyəsində tədbirlərin nəzərdən keçirildiyini” açıqlamasından bir gün sonraya təsadüf edir. Haaqa, eyni zamanda Avropa İttifaqının İsrailli tədqiqatçıların maliyyələşdirilməsinin qismən dayandırılması təklifini dəstəklədiyini bildirib.

Hökumət əlavə edib ki, əgər İsrail Avropa İttifaqı ilə yardım müqaviləsini pozarsa, Niderland Avropa səviyyəsində ticarət sanksiyalarının tətbiqi üçün təzyiq göstərəcək.

Digər Qərb ölkələri də bənzər tədbirlər görüb

Niderlandın qərarı, ötən ay oxşar addımlar atan Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Norveçin mövqeyi ilə üst-üstə düşür. Bu ölkələr də radikal sağçı israilli siyasətçilərin fələstinlilərə qarşı açıqlamalarına sərt reaksiya vermişdi.

Məqalədə: #Ben Qvir #İsrailə qarşı boykotlar #İsrail-Livan sərhədi #İsrail və Hizbullah müharibəsi #Livan-İsrail gərginliyi #İsrail cinayətləri #İsrail hücumları #BMT və İsrail #Amerika Yəhudi Komitəsi #ABŞ-İsrail ortaq strategiyası #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #Qəzza sakinlərinin köçü #Betsalel Smotriç

Mövzu üzrə digər xəbərlər

Yəmən husi terrorçularından təmizlənir
Yəmən

Yəmən husi terrorçularından təmizlənir

07:32
İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
İordaniya

İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək

8 Sentyabr 20:55
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
İordaniya

Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya

8 Sentyabr 20:07
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb

8 Sentyabr 18:31

Son Xəbərlər

BMT Liviyada seçkilərlə bağlı razılaşmanı müsbət qiymətləndirib
BMT Liviyada seçkilərlə bağlı razılaşmanı müsbət qiymətləndirib
09:41
Səudiyyədə mədəniyyətin intellektual təhlükəsizliyin gücləndirilməsində rolu müzakirə olunub
Səudiyyədə mədəniyyətin intellektual təhlükəsizliyin gücləndirilməsində rolu müzakirə olunub
09:26
Səudiyyə Ərəbistanı və Xorvatiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Səudiyyə Ərəbistanı və Xorvatiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
09:23
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
09:00
Saç yağı təqdim edən 6 ərəb brendi
Saç yağı təqdim edən 6 ərəb brendi
08:09
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.