10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Avropa ölkələri İsrailin siyasətinə qarşı ədalətli mövqe göstərməlidir - Araqçi

İranın xarici işlər naziri Seyid Abbas Araqçi Avropa ölkələrini İsrailin regiondakı siyasətinə qarşı ədalətli mövqe göstərməyə çağırıb.

26 İyun 2025 20:56
Avropa ölkələri İsrailin siyasətinə qarşı ədalətli mövqe göstərməlidir - Araqçi

BAKI, AzerVoice

İranın xarici işlər naziri Seyid Abbas Araqçi Avropa ölkələrini İsrailin regiondakı siyasətinə qarşı ədalətli mövqe göstərməyə çağırıb.

AzerVoice xəbər verir ki, bu barədə İranın IRNA xəbər agentliyi məlumat verib.

Araqçi bildirib ki, Avropa ölkələri İsrail və ABŞ-ın İrana qarşı həyata keçirdiyi hücumları açıq şəkildə qınamayıb.

“Avropa ölkələri İsrailin bölgədə davam edən təcavüzkar siyasətinə qarşı məsuliyyətli və ədalətli mövqe göstərməlidir” - deyə, Araqçi vurğulayıb.

Nazir əlavə edib ki, İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə qarşı hücumları, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə (NPT), BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) qərarlarının açıq şəkildə pozulmasıdır.

"Bu qanunsuz və cinayət xarakterli hərəkətlərin məsuliyyəti təkcə ABŞ və İsrailin deyil, həm də bu hücumları dəstəkləyən digər ölkələrin üzərinə düşür" - deyə, Araqçi bildirib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

Məqalədə: #İsrail #İran #ABŞ #İsrail-İran münaqişəsi #Avropa ölkələri #Seyid Abbas Araqçi

Mövzu üzrə digər xəbərlər

Netanyahu Qəzza müharibəsi ilə bağlı ittihamlar qarşısında özünü hədəf kimi təqdim edir
Yaxın Şərq

Netanyahu Qəzza müharibəsi ilə bağlı ittihamlar qarşısında özünü hədəf kimi təqdim edir

18:58
İsrail qüvvələri Suriyanın Dəra bölgəsinə daxil olub
Suriya

İsrail qüvvələri Suriyanın Dəra bölgəsinə daxil olub

18:53
Böyük Britaniya Yəməndə döyüşlərin dayandırılmasını tələb edir
Yəmən

Böyük Britaniya Yəməndə döyüşlərin dayandırılmasını tələb edir

18:36
İordaniya özünü xarici sərmayələr üçün regional mərkəz kimi təqdim edir
İordaniya

İordaniya özünü xarici sərmayələr üçün regional mərkəz kimi təqdim edir

18:26

Son Xəbərlər

Netanyahu Qəzza müharibəsi ilə bağlı ittihamlar qarşısında özünü hədəf kimi təqdim edir
Netanyahu Qəzza müharibəsi ilə bağlı ittihamlar qarşısında özünü hədəf kimi təqdim edir
18:58
İsrail qüvvələri Suriyanın Dəra bölgəsinə daxil olub
İsrail qüvvələri Suriyanın Dəra bölgəsinə daxil olub
18:53
İran hökuməti xarici təsirlə bağlı sərt qanun layihəsinə qarşı çıxıb
İran hökuməti xarici təsirlə bağlı sərt qanun layihəsinə qarşı çıxıb
18:50
Britaniyada keçmiş somalili qaçqın Starmerin yerinə namizəd olub
Britaniyada keçmiş somalili qaçqın Starmerin yerinə namizəd olub
18:45
Qətərin əmək naziri diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edib
Qətərin əmək naziri diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edib
18:40
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.