11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Netanyahunun rüşvət işi üzrə məhkəməsinin təxirə salınması porkurorluq tərəfindən rədd edilib

İsrail Baş prokurorluğu, Baş nazir Benyamin Netanyahunun korrupsiya işi üzrə məhkəmə prosesinin iki həftəlik təxirə salınması tələbinə rədd cavabı verib.

27 İyun 2025 19:19
Netanyahunun rüşvət işi üzrə məhkəməsinin təxirə salınması porkurorluq tərəfindən rədd edilib

BAKI, AzerVoice

İsrail Baş prokurorluğu, Baş nazir Benyamin Netanyahunun korrupsiya işi üzrə məhkəmə prosesinin iki həftəlik təxirə salınması tələbinə rədd cavabı verib.

AzerVoice xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

Məlumata görə, Netanyahunun vəkilləri tərəfindən verilən müraciətdə beynəlxalq və regional gərginliklər əsas gətirilsə də, Baş Prokurorluq bu arqumentlərin kifayət etmədiyini bildirib. Qurumun açıqlamasında qeyd olunub ki, ifadəvermə prosesinin ləng getməsi və məhkəmə tətillərinin yaxınlaşması təxirə salma üçün əsas təşkil etmir. Bundan əlavə, Netanyahunun dövlət rəhbəri olaraq öhdəliklərini yerinə yetirməsi üçün artıq ifadə vermə cədvəli həftədə üç dəfə yox, iki dəfə olmaqla dəyişdirilmişdi.

Netanyahunun vəkili Amit Hadad tərəfindən verilən və İranla bağlı gərginliklərə istinad edən təxirə salınma müraciəti, Şərqi Qüdsdə yerləşən Qüds Bölgə Məhkəməsi tərəfindən də rədd edilib. İsrailin 12-ci kanalının məlumatına görə, məhkəmə bu tələbin yetərli əsaslandırma təqdim etmədiyini bildirib.

Qeyd edək ki, İsrail Baş prokuroru Avixay Mandelblit, 21 noyabr 2019-cu ildə Netanyahu barəsində “rüşvət, etimadı pozma və vəzifədən şəxsi məqsədlər üçün istifadə” maddələri üzrə üç ayrı iş üzrə ittiham irəli sürmüşdü. O, İsrail tarixində vəzifədə ikən mühakimə olunan ilk baş nazir kimi tarixə düşüb. İlk dinləmə 2020-ci il mayın 24-də Qüds məhkəməsində keçirilib. Netanyahu sonuncu dəfə ötən il dekabrın 10-da Tel-Əviv məhkəməsində ifadə verib.

Baş nazir rüşvət, dələduzluq və vəzifədən sui-istifadə ilə ittiham olunur.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #məhkəmə

Mövzu üzrə digər xəbərlər

Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livan

Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb

10 Sentyabr 21:25
Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb
Yəmən

Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb

10 Sentyabr 20:41
Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib
Yəmən

Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib

10 Sentyabr 20:34
İran İordaniyadakı ABŞ təyyarələrini vurub
İordaniya

İran İordaniyadakı ABŞ təyyarələrini vurub

10 Sentyabr 20:16

Son Xəbərlər

Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
07:43
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.