7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Netanyahunun korrupsiya məhkəməsi təxirə salınıb

Qüds Dairə Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahunun müdafiə tərəfinin müraciətini qismən qəbul edərək onun korrupsiya işləri üzrə keçirilən dinləmələrdə ifadə verməsini bir həftəlik təxirə salıb.

29 İyun 2025 16:41
Netanyahunun korrupsiya məhkəməsi təxirə salınıb

BAKI, AzerVoice

Qüds Dairə Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahunun müdafiə tərəfinin müraciətini qismən qəbul edərək onun korrupsiya işləri üzrə keçirilən dinləmələrdə ifadə verməsini bir həftəlik təxirə salıb.

AzerVoice xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

Məlumata görə, qərar bağlanmış iclasdan sonra, Netanyahunun şəxsi müraciəti əsasında verilib. İclasda İsrail Müdafiə Qüvvələrinin Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri Şlomi Binder və "Mossad"ın direktoru David Barnea da iştirak ediblər. Məhkəmənin qərarında qeyd olunub: “Təqdim olunan izahlara əsasən, müraciət qismən təmin edilir və bu mərhələdə 30 iyun və 2 iyul tarixlərinə təyin olunmuş ifadəvermə seansları ləğv olunur”.

İsrailin "Kan" telekanalının məlumatına görə, müdafiə tərəfinin ikinci həftəlik təxirə salma tələbi ilə bağlı qərar sonradan veriləcək.

Qeyd edək ki, Netanyahunun vəkilləri iyunun 27-də məhkəməyə müraciət edərək, İranla yaşanan gərginlik və digər regional hadisələr səbəbindən baş nazirin bütün diqqətini siyasi və təhlükəsizlik məsələlərinə, o cümlədən Qəzza müharibəsinə və girovların azad olunması problemilə məşğul olmağa yönəltməsinin vacibliyini bildirərək iki həftəlik təxir istəmişdilər. Həmin müraciət ilk mərhələdə rədd olunmuşdu.

Xatırladaq ki, 2019-cu il noyabrın 21-də İsrailin baş prokuroru Netanyahunun rüşvət, dələduzluq və ictimai etimada xəyanət maddələri ilə ittiham olunacağını açıqlamışdı. Baş nazir bütün ittihamları rədd edib. İttiham aktları 2020-ci il yanvarın 28-də Qüds Dairə Məhkəməsinə təqdim olunub.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #korrupsiya #məhkəmə #dələduzluq #Korrupsiya işi

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
"44" bədii filminin premyerasının vaxtı məlum olub
"44" bədii filminin premyerasının vaxtı məlum olub
15:47
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.