11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Suveyda uğrunda qarşıdurma - Qəbilələr druzlara qarşı birləşib

Suveyda bölgəsində gərginlik artarkən, ərəb qəbilələri birləşərək druz qüvvələrinə qarşı səfərbərlik elan edib.

19 İyul 2025 09:40
Suveyda uğrunda qarşıdurma -  Qəbilələr druzlara qarşı birləşib

BAKI, AzerVoice

Suveyda bölgəsində gərginlik artarkən, ərəb qəbilələri birləşərək druz qüvvələrinə qarşı səfərbərlik elan edib.

AzerVoice xəbər verir ki, qadın və uşaqlar da daxil olmaqla dinc əhalinin hədəf alındığı silahlı qarşıdurmalar fonunda, İsrailin dəstəklədiyi druz silahlılarına qarşı Suriya daxilindən minlərlə qəbilə üzvü Suveyda istiqamətində yola düşüb.

İsrailə bağlı hava vasitələrinin bölgədə apardığı kəşfiyyat fəaliyyəti zamanı bədəvi qəbilələri ilə druzlar arasında silahlı toqquşmalar baş verib. Nəticədə, druz qüvvələrinin nəzarətində olan 9 kəndin ələ keçirildiyi bildirilir. Mezraa kəndinə edilən hava hücumlarının ardınca, bölgəyə 50 minə yaxın silahlı ərəb döyüşçüsünün toplaşacağı gözlənilir.

4 milyon üzvü olan Naim qəbiləsinin lideri Məmduh Mahmud Hammad əl-Naimi "Suveydanı azad edəcəyik" bəyanatı ilə çıxış edib. O bildirib ki, bu hərəkata qəbilələrin təşəbbüsü ilə start verilib və məqsəd dinc əhaliyə qarşı soyqırımı dayandırmaqdır. Əl-Naimi əlavə edib ki, Suriya dövlətinə sədaqətləri tam olsa da, hazırda hərbi koordinasiya həyata keçirilmir.

Qəbilə lideri druzların dinc əhaliyə qarşı zorakılığını pisləyərək, "Əgər İsrail müdaxilə etməsə, Suveyda tam azad ediləcək,"- deyə bildirib. Əl-Naimi həmçinin qeyd edib ki, qəbilələr arasında koordinasiya yolu ilə qadın və uşaqların qorunmasına çalışılır və mülki əhalinin hədəf alınmaması barədə sərt tapşırıq verilib.

Suriya tayfalarının birgə yaydığı bəyanatda Hicri silahlı qruplaşmalarının Suveydada bədəvi qəbilələrinə qarşı törətdiyi zorakılıqlar kəskin şəkildə pislənib. Bəyanatda qeyd olunub ki, tayfalar bölgədə qadınlara, uşaqlara və qocalara qarşı edilən hücumları dəf etmək üçün qanuni müdafiə haqqını həyata keçirir.

Suriya Qəbilə və Klanlar Şurası isə Dəra bölgəsindəki qəbilələri də səfərbərliyə qoşulmağa çağırıb. Şura sədri Şeyx Əbdülmunim Ən-Nasif verdiyi açıqlamada, “Şimaldan cənuba, şərqdən qərbə qədər bütün qəbilələrin üzvlərini Suveydaya doğru hərəkətə keçməyə çağırırıq”, – deyə bildirib. Parlamentin göstərişi ilə Suveyda əhalisinə qarşı heç bir zorakılığa yol verilməməsi əmr olunub.

Qeyd edək ki, Suveyda bölgəsində son günlərdə artan qarşıdurmalar Suriyanın ümumi təhlükəsizlik balansını dəyişə biləcək potensiala sahibdir. Regionda silahlı aktorların sayı artarkən, həm daxili, həm də xarici aktorların iştirakı qarşıdurmanın coğrafiyasını daha da genişləndirir.

Məqalədə: #İsrail #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #Suveyda hadisələri #Suveyda idarəetmə modeli #Druzların İsrailə münasibəti #Süveyda druzlar #İsrailin Süveyda müdaxiləsi #Süveyda

Mövzu üzrə digər xəbərlər

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Suriya

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı

23:14
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
Livan

İsrail Livanın cənubuna yeni hava zərbələri endirib

20:00
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəmən

Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir

18:34
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
Fələstin

Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb

17:50

Son Xəbərlər

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
23:07
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
22:25
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
21:39
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
21:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.