4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Parisdə Suriyanın və İsrailin nazirləri ABŞ vasitəçiliyi ilə görüşüb

Suriya xarici işlər naziri Əsəd Şeybani və İsrailin strateji məsələlər naziri Ron Dermer Parisdə ABŞ-ın təşəbbüsü ilə görüş keçiriblər. Görüşdə bölgədə gərginliyin azaldılması məqsədi ilə dialoqun davam etdirilməsinə dair razılıq əldə olunub.

25 İyul 2025 10:45
Parisdə Suriyanın və İsrailin nazirləri ABŞ vasitəçiliyi ilə görüşüb

BAKI, AzerVoice

Fransa paytaxtı Parisdə cümə axşamı Suriyanın xarici işlər naziri Əsəd Şeybani ilə İsrailin strateji məsələlər naziri Ron Dermer arasında əvvəlcədən görünməmiş səviyyədə görüş keçirilib. Görüşün ABŞ-ın Suriya üzrə xüsusi elçisi Tom Brakın vasitəçiliyi ilə baş tutduğu bildirilib.

AzerVoice xəbər verir ki, bu haqda Amerikalı diplomat Tom Brak sosial şəbəkə platforması "X" üzərindən yayımladığı açıqlamada bildirib.

“Bu axşam Parisdə suriyalılar və israillilərlə görüşdüm. Məqsədimiz dialoq və gərginliyin azaldılması idi və bunu nailiyyətlə yerinə yetirdik. Bütün tərəflər bu səyləri davam etdirmək öhdəliyini bir daha təsdiqlədi.”-deyə o paylaşım edib.

Görüşə dair məlumat verən yüksək səviyyəli diplomatik mənbə qeyd edib ki, bu dialoqun aparılmasına ABŞ elçisinin təşəbbüsü ilə şərait yaradılıb.

Qeyd edək ki, görüş Suriya cənubunda – əsasən druzların yaşadığı Süveyda vilayətində 13 iyul tarixində başlayan və bir həftə ərzində 1200-dən çox insanın həlak olduğu qanlı toqquşmalar fonunda təşkil edilib. Silahlı toqquşmalar yerli druzlar və bədəvilər arasında başlasa da, tezliklə hökumət qüvvələri və tayfa silahlıları da bu prosesə qoşulub. Həmin günlərdə İsrailin Dəməşqdəki rəsmi obyektlərə və Süveydədəki hərbi hədəflərə zərbələr endirdiyi bildirilir.

Məlumata əsasən, ABŞ elçisi və Suriya naziri cümə günü Fransanın xarici işlər naziri Jan-Noel Baro ilə də görüş keçirəcəklər.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Bəşşar Əsəd rejiminin devrilməsindən sonra hakimiyyətə gələn Suriya keçid administrasiyası qonşularla münaqişədən uzaq dayanmaq niyyətində olduğunu bəyan etmişdi.

Qeyd olunur ki, bu görüşdən əvvəl – 12 iyul tarixində Azərbaycanın paytaxtı Bakıda Suriya keçid prezidenti Əhməd Şərəin səfəri çərçivəsində suriyalı və israilli rəsmilər arasında daha bir görüş baş tutmuşdu. Bu haqda Dəməşqdəki diplomatik mənbələr məlumat yayıb.

Məqalədə: #ABŞ #Xarici İşlər Nazirliyi #Suriya #Paris #XİN #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya Müdafiə Nazirliyi #Suriya siyasi həll #Suriya və təhlükəsizlik məsələləri #Suriya ordusu və təhlükəsizlik #Suriya Xarici İşlər Nazirliyi #Suriya hökuməti #Suriya və İsrail gərginliyi #İsrail və Suriya münasibətləri #İsrailin Suriya sərhədindəki mövqeyi #İsrailin Suriya ilə bağlı gələcək planları hansılardır? #ABŞ-ın Ankara səfiri namizədi Tom Barak #Əsəd əl-Şeybani #İsrail Suriya siyasəti #Suriya İsrail gərginliyi #Suriya İsrail danışıqları

Mövzu üzrə digər xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib

18:19
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

17:14
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

15:19

Son Xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.