11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzada aclıq səbəbindən daha 7 nəfər həyatını itirib

İsrailin mühasirəsi və yardım blokadası nəticəsində Qəzza zolağında aclıqdan ölənlərin sayı artır. Son 24 saatda biri uşaq olmaqla 7 fələstinli aclıq və qida çatışmazlığı səbəbilə həyatını itirib.

30 İyul 2025 15:20
Baku
Qəzzada aclıq səbəbindən daha 7 nəfər həyatını itirib

BAKI, AzerVoice

İsrailin mühasirəsi və yardım blokadası nəticəsində Qəzza zolağında aclıqdan ölənlərin sayı artır.

AzerVoice xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi yazılı açıqlama verib. Son 24 saatda biri uşaq olmaqla 7 fələstinli aclıq və qida çatışmazlığı səbəbilə həyatını itirib.

Nazirlik bildirir ki, 2023-cü il oktyabrın 7-dən bu yana aclıqdan ölənlərin ümumi sayı 154 nəfərə, onlardan 89-u uşaq olmaqla yüksəlib.

Humanitar təşkilatlar Qəzzada su, qida, dərman və tibbi ləvazimat çatışmazlığının kritik həddə çatdığını, xüsusilə uşaqlar arasında qida çatışmazlığı səbəbilə ölüm hallarının sürətlə artdığını bildirirlər.

Yerli və beynəlxalq təşkilatlar, eləcə də bəzi siyasətçilər İsrailin “aclıq və susuzluğu silah kimi istifadə etməsini” kəskin tənqid edirlər. Mühasirə ilə yanaşı mülki infrastruktura qarşı hücumlar, məcburi deportasiyalar, çadırların və məktəblərin bombalanması bölgədəki fələstinliləri yaşamaq üçün minimal imkanlardan da məhrum edir.

Təxminən 2,3 milyon əhalisi olan Qəzzada 2 milyona yaxın insan bir neçə dəfə yerindən didərgin düşüb və gigiyenik şəraitin olmadığı müvəqqəti sığınacaqlarda sağ qalmağa çalışır.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #İsrail cinayətləri #İsrail hücumları #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #İsrail və Fələstin münaqişəsi 2025 #İsrailin Fələstin siyasəti #Fələstin-İsrail münaqişəsi #Fələstin torpaqları və Qəzza gələcəyi #Qəzza və Fələstin mövqeyi #İsrail və Qəzza münaqişəsi #Fələstin-İsrail iki dövlətli həll #İsrailin Qəzza siyasəti

Mövzu üzrə digər xəbərlər

İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
Livan

İsrail Livanın cənubuna yeni hava zərbələri endirib

20:00
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəmən

Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir

18:34
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
Fələstin

Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb

17:50
İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib
Yaxın Şərq

İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib

17:39

Son Xəbərlər

Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
20:10
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
20:02
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
20:00
CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib
CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib
19:47
İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
19:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.